Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Brokolinin faydaları
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Brokolinin faydaları

Brokolinin faydaları


Xərçəngin düşməni olduğu bilinən brokolinin daha bir faydası tapıldı. İngilis araşdırmaçılar brokolidəki sülforafan maddəsinin beyni qoruduğunu kəşf etdilər.

Mütəxəssislər bu maddə sayəsində insanların iflicdən və Alzheimer xəstəliyindən qoruna biləcəyini ifadə etdilər.
Digər tərəfdən brokoli idrak funksiyasını inkişaf etdirən və beyin gücünü artıran K vitamini ehtiva edir. Bundan əlavə, zehni qüvvətləndirən və yaddaşı inkişaf etdirmədə əsas rol oynayan B vitaminlərini də özündə saxlayır. Digər bitki mənşəli qaynaqlara görə, yüksək nisbətdə zülal ehtiva edir. Bu xüsusiyyəti sayəsində xora problemi olanlara kömək edir.
İngiltərədə aparılan araşdırma, həmçinin həftədə bir dəfə brokoli istehlak edənlərin mədə və bağırsaq çətinliklərinin azaldığını müəyyən etdi.

Brokoli təkcə xərçəng deyil, bir çox ciddi xəstəliyin əngəllənməsini təmin edir. Bu səbəbdən yemək proqramınıza brokolini əlavə etməyi unutmayın.


Geri dön