Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avorpa Azərbaycanlıları Konqresinə yeni rəhbər seçilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Avorpa Azərbaycanlıları Konqresinə yeni rəhbər seçilib

Avorpa Azərbaycanlıları Konqresinə yeni rəhbər seçilib


Almaniyanın Berlin şəhərində keçirilmiş Avorpa Azərbaycanlıları Konqresinin (AAK) IV Qurultayında yeni rəhbər seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Davam.az”a verilən məlumata görə, Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer İsmayılova Konqresin prezidenti seçilib.
Qurultayda AAK-ın İcraiyyə Komitəsi və Nəzarət-Təftiş Komissiyasının tərkibi seçildikdən sonra AAK-ın I vitse prezidentləri və vitse-prezidentləri də seçilib. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bulal Dündar birinci vitse-prezident, Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Azərbaycan Federasiyası İsveçin sədri Səttar Sevgin, Estoniya parlamentinin deputatı, “Bakı” klubunun həmsədri Eldar Əfəndiyev, ÜAK-nin Moskva şəhər Təşkilatının sədri İlqar Hacıyev isə vitse-prezident seçiliblər.
Toplantıda AAK-nın qətnaməsi, həmçinin qurultay nümayəndələrinin Azərbaycan prezidenti İlham Əliyevə müraciəti və digər sənədlər qəbul edilib.
Qeyd edək ki, AAK-nın IV Qurultayında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, millət vəkilləri, xarici ölkə təmsilçiləri, digər diaspor təşkilatlarının nümayəndələri və rəhbərləri iştirak ediblər.
AAK 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilib. Ötən dövr ərzində quruma Başar Kömür başçılıq edib.

Geri dön