Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dağlıq Qarabağ kartı - Rusiya münaqişənin uzanmasına çalışır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Dağlıq Qarabağ kartı - Rusiya münaqişənin uzanmasına çalışır

Dağlıq Qarabağ kartı - Rusiya münaqişənin uzanmasına çalışır


"Qarabağın işğal altında qalması uzun sürməyəcək".

Mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında məhkəmə prosesi keçiriləcək və Milli.Az-ın əldə etdiyi məlumatlara görə, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatı ləğv ediləcəkdir. Yəni, hazırda Rusiyada ən böyük diaspor təşkilatımızın taleyi sual altındadır. Bu isə nəinki Rusiyada yaşayan azərbaycanlılara, ümumilikdə Azərbaycan-Rusiya münasibətlərinə ciddi və sarsıdıcı zərbə olacaq.


Ümumiyyətlə, Azərbaycan Rusiya ilə hər zaman isti münasibətlər saxlamağa, ölkədə rus dili və mədəniyyətini qorumağa, Rusiya ilə ikitərəfli faydalı əməkdaşlıq etməyə, onun strateji maraqlarına zidd olan addımlar atmamağa çalışsa da, buna baxmayaraq Moskva bu cür mövqe nümayiş etdirən cənub qonşusuna qarşı naxələflik edir. Son zamanlar isə Rusiyanın dövlət strukturlarındakı Azərbaycanı sevməyən bəzi qruplar, xüsusilə də erməni lobbisi Azərbaycana, onun xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini gücləndiriblər. ÜAK-ın ləğvinin gündəmə gəlməsi də bu qəbildəndir.

Qeyd edək ki, mayın 9-da Moskvada faşizm üzərində qələbənin növbəti ildönümü münasibətilə keçirilən parad zamanı Dağlıq Qarabağın "bayraq"ları dalğalandırıldı. Rusiya rəsmiləri, hüquq-mühafizə orqanları belə ciddi təxribatın qarşısını almaq əvəzinə buna etiraz edən azərbaycanlıları cəzalandırdılar, onları yürüşdən uzaqlaşdırdılar.
Rusiyanın ermənipərəst mövqeyindən çıxış etməsinə digər sübut onun Ermənistanla hərbi əməkdaşlığını sürətlə inkişaf etdirməsi, oradakı hərbi bazasını genişləndirməsidir. Məlum məsələdir ki, bu hərbi ittifaq ilk növbədə Azərbaycan və Türkiyəyə qarşı nəzərdə tutulub.

Bundan əlavə, Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı general Andranik Makaryan deyir ki, Qarabağda vəziyyətin gərginləşəcəyi təqdirdə bu müttəfiq qoşun ləngimədən orada tətbiq edilə bilər. Rusiya rəsmiləri bunu təkzib edəcək hər hansı fikir söyləmədiklərindən biz də bunu "susmaq razılıq əlamətidir" prinsipini əsas götürərək, bundan sonra Qarabağda müharibə başlayacağı təqdirdə Rusiyanın da bizə qarşı vuruşacağı kimi qəbul edirik.

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib ki, onsuz da Dağlıq Qarabağ məsələsinin arxasında birbaşa Rusiya amili durur:

"Birmənalı şəkildə bəyan və etiraf olunmalıdır ki, Rusiya açıq şəkildə Azərbaycana qarşı tövr nümayiş etdirir. Bunu gizlətmək lazım deyil. Məncə, Qarabağ problemini yaradan ölkə də elə Rusiyadır, bu gün Azərbaycanın işğal olunmuş ərazilərinin ermənilərin əlində qalmasını təmin edən də odur. Yoxsa ermənilər bircə gün də olsa, o torpaqları əlllərində saxlaya bilməzdilər. Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verilməsi, KTMT səviyyəsində bəzi bəyanatların səslənməsi, bölgədə beynəlxalq kvotanı pozaraq ən müasir silahlara, raketlərədək silahlandırılması, Azərbaycana qarşı verilən bəyanatlar, Azərbaycana aid və ermənilər tərəfindən işğal edilmiş torpaqlarda separatçıların qurduqları rejimə meydan verilməsi və s. hadisələr göstərir ki, bu, birmənalı olaraq Rusiya tərəfindən ortaya atılmış oyundur və postsovet məkanında vaxtilə yaratdığı bütün süni münaqişə ocaqlarından biri olaraq, Dağlıq Qarabağ məsələsindən də öz strateji maraqlarına uyğun kart kimi istifadə edir".

Millət vəkilinin fikrincə, Rusiya üçün Dağlıq Qarabağın kimin əlində qalması maraqlı deyil. O, sadəcə münaqişənin uzanmasına çalışır, bitməsini istəmir və bunun üçün əlindən gələni edir: "Amma dünya dəyişir və günlərin birində Rusiya çökməyə başlayanda ermənilər bu torpaqları əllərində saxlaya bilməyəcək. Bir çox məsələlərlə bağlı, məsələn, ABŞ Gürcüstanın ərazilərini işğal edənlərlə əməkdaşlıq edən dövlətlərə qarşı bir qərar verdi ki, ciddi şəkildə sanksiyalar tətbiq edəcək. Dünya dövlətləri tərəfindən belə yanaşmalar Azərbaycana qarşı da olacaq və Qarabağın da işğal altında qalması uzun sürməyəcək.

Azərbaycan dəfələrlə məsələ ilə bağlı öz mövqeyini bildirib, onun dinc yolu ilə həllinə çalışır. Amma əgər Rusiya bu cür davranacaqsa, biz də o ölkənin nə ölçüdə və hansı gücdə olmasından asılı olmayaraq, torpaqlarımızı, suverenliyimizi, mütəqilliyimizi ayaqlar atına atmayacağıq və müvafiq tədbirlər görəcəyik".

İlkin İzzət/Milli.Az

Geri dön