Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Deputat Azər Süleymanov: “Gürcüstan erməni diasporu məni məhkəməyə verməyə hazırlaşır”
Deputat Azər Süleymanov: “Gürcüstan erməni diasporu məni məhkəməyə verməyə hazırlaşır” |
“Bundan sonra heç vaxt Gürcüstan parlamentində “erməni soyqırımı” məsələsinə baxıla bilməz”
Gürcüstan parlamentində bir neçə gün öncə baş verən qalmaqal Azərbaycanda da ciddi rezonanns doğurdu. Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanovun qondarma “ erməni soyqırımı”nı müzakirəyə təklif edən deputat Boqaturiyaya sərt reaksiyası dava-dalaşala nəticələndi. Gürsüstan parlamentinin deputatı Azər Süleymanovla eksklüziv müsahibəni təqdim edirik. - Azər müəllim, Gürcüstan parlamentin son iclasında deputat Condo Boqaturiyanın “erməni soyqırımı” ilə bağlı səsləndirdiyi fikirlərə etiraz etdiniz. Daha sonra aranızda insident yaşandı. Bu hadisə ilə bağlı nə deyə bilərsiniz? - Öncə qeyd edim ki, bu hadisə birinci dəfə baş vermirdi. Bundan əvvəl də belə insidentlər olub və biz zamanında qarşısını almışıq. Gürcsütan parlamentinin həmin iclasında Condo Baqaturiya çıxış edərək “erməni soyqırımı”nı tanımaq barədə təklif irəli sürdü. Həmin ermənipərəst deputatın bu çıxışına mən soyuqqanlılıqla baxa bilməzdim. Parlamentdə 150 deputatın içində bir nəfərin durub belə ifadələr söyləməsi mənə pis təsir etdi. Həmin o deputat da müxalifətdəndir. Mən yerindəcə etirazımı bildirdim. Onun cavabını verdim. Məndən sonra gürcü dostlarımız da onun çıxışından narazılıq etdilər. Düşünürəm ki, həm azərbaycanlılar, həm də gürcü parlamentarilər Condo Boqaturiyanın lazımı cavabını verdi. Hesab edirəm ki, Gürcüstan parlamentində “erməni soyqırımı” məsələsinə bundan sonra ömürlük baxıla bilməz. Ümumiyyətlə, bu hadisədən sonra erməni televiziyası mənə sual verdi ki, “nəyə görə sizin içinizdə ermənilərə qarşı bu qədər nifrət var?”. Mən də onlara dedim ki, 20 faiz torpağımızı işğal etmisiniz, 1 milyondan çox qaçqın və məcburi köçkünləri öz evlərindən didərgin salmısınız, başımıza Xocalı soyqırımı kimi faciəni gətirmisiniz. Belə olan təqdirdə sizə hansı sevgidən, hörmətdən söhbət gedə bilər. Mən çıxışımda mesajımı göndərdim onlara. Bildirdim ki, ermənilər öz xoşları ilə torpaqlarımızı verməsələr, biz İrəvana qədər gedib çıxacağıq. Azərbaycanın artıq buna gücü və qüdrəti də çatır. Azərbaycan xalqı ömür boyu oturub bunları gözləyə bilmərik. - Bu hadisədən sonra ermənilərin sizə qarşı münasibət necədir? - Yəqin ki, siz həmin parlamentdən kadrlara baxmısınız. Mənimlə bərabər gürcüstanlı deputatlar və digər dostlarım da mənə heç imkan vermədilər. Mən yalan oldum. Onlar məndən də sərt reaksiya verdilər. İnanın ki, imkan vermədilər mənə ağzımı açım. Yumruq davasına çıxdılar həmin deputatla. Ermənistan siyasəti dünyanın hər bir yerində uduza-uduza gedir. Yalan uzun çəkə bilməz. Hamı bildi ki, “erməni soyqırımı” da yalandır. Amma 20 il bundan qabaq olan Xocalı soyqırımı göz qabağındadır. Nə Gürcüstanda, nə də başqa ölkələrdə ermənilərin uydurmalarına kimsə inanır. Bu gün Azərbaycanla Gürcüstanın həm strateji əlaqələri var, həm də yaxın qonşuyuq. Hər ikisi qardaş dövlətlərdir. Gürcüstanda yaşayan azərbaycanlılar Gürcsütan dövlətinə heç vaxt yad kimi baxmayıblar. Biz Gürcüstanı öz dövlətimiz kimi qəbul edirik. Biz heç vaxt vətənimizə xəyanət etməmişik. Hər zaman gürcü xalqının yanında olmuşuq. Gürcü xalqı da çox gözəl bilir ki, erməni xalqı kimdir, Azərbaycan xalqı kimdir. Artıq millətlər də ayılıb. Bu baxımdan həmin hadisədə gürcü deputatlar mənə dəstək oldular, Azərbaycan xalqının haqlı mövqeyini müdafiə etdilər. Erməniyə imkan vermədilər çıxış etsin. Parlamentdə bundan sonra da Azərbaycanın mənafeyini, Dağlıq Qarabağ məsələsini hər zaman müdafiə edəcəyəm. Bu mübarizə həyatımızın sonuna kimi getməlidir. Qarabağımız işğaldan azad olunana qədər biz istər Gürcüstanda olsun, istərsə də dünyanın başqa ölkələrində mübarizəmizi davam etdirəcəyik. Bu bizim borcumuzdur. Bu gün artıq ermənilər məni məhkəməyə verir. Haqqımda cinayət işi qaldırmaq istəyirlər. Gürcüstanın müxalifət qəzetləri baş verən hadisə ilə bağlı müxtəlif yalan xəbərlər yayırlar. Partiyadan çıxırılmam, millət vəkilliyinin əlimdən alınmasını istəyirlər. Gürcüstan erməni diasporu məni məhkəməyə verməyə hazırlaşır. Onlar Gürcüstan dövlətinə müraciət edib ki, mənim haqqımda cinayət işi açılsın. Ancaq Gürcüstan Konstitusiyasında millət vəkili dediyi sözə görə məsuliyyət daşımır. - Dağlıq Qarabağ həqiqətlərini Gürcüstan ictimaiyyətinə çatdırmaq sizin üçün çətin deyilmi? - Xeyr. Burada yaşayan bütün soydaşlarımızla əlimizdən gəldiyi qədər xalqımızı, vətənimizi müdafiə etməyə çalışırıq. Qeyd edim ki, Gürcüstanda yaşayan azərbaycanlıların ürəkləri həmişə Azərbaycanla döyünüb, onlar hər zaman Azərbaycana yaxın olublar. Gürcüstan bizim vətənimizdir. Biz heç vaxt yaddan çıxarmamışıq ki, bizim Azərbaycan kimi arxamız, yiyəmiz var. Bu iki dövlətin arasındakı bağlılıq körpüsü bizlərik. Biz də torpağımız üçün, vətənimiz üçün canımızdan belə keçməyə hazırıq. Bu istiqamətdə bundan sonra da gücümüz çatdığı qədər mübarizə aparacağıq. Anar RÜSTƏMOVModern.az Geri dön |