Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > ABŞ-ın Naxçıvanı nəzarətinə keçirmək istəyi... - Azərbaycan hökumətinə ünvanlanan məktubda
ABŞ-ın Naxçıvanı nəzarətinə keçirmək istəyi... - Azərbaycan hökumətinə ünvanlanan məktubda |
ABŞ başda olmaqla bir çox Avropa dövlətləri ayaq basdığı ölkələrə heç bir vaxt rahatlıq və firavanlıq gətirməyiblər. Sözdə xoşniyyətli olduqlarını aləmə car çəksələr də gəldikdən sonra onların əsl niyyətləri aşkar olub. Son 25 ildə dünyada, xüsusən də Şərqdə baş verənlərə diqqət etsək Avropa dövlətlərinin və ABŞ-ın o ölkələri nə günə saldığını görərik. ABŞ ayağını hara basıbsa oradan zülm, dağıntı, fəlakət əskik olmayıbdır. Yüz il öncəyə nəzər salsaq görərik ki, orada da ABŞ və İngiltərənin izləri görünür. Elə 1918-ci ildə qurulan Demokratik Cümhuriyyətimizin mövcud olduğu 23 ayda da ölkəmiz onların şərindən uzaq qaça bilməyiblər. Bunu bir çox tarixi sənədlər və onların bugünkü əməlləri sübut edir. Onlar bu gün nədirsə, elə yüz il öncə də həmin şey olublar. Fikrimizin isbatı üçün Qafqazda müttəfiqlərin ali komissari Vilyam Haskelin Naxçıvanda Amerika general-qubernatorluğunun yaradılması şərtləri haqqında 1919-cu il sentyabrın 1-də Azərbaycan Respulikası hökumətinin sədri Nəsib bəy Yusifbəyliyə yazdığı məkuba diqqət edək. “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabından əldə etdiyimiz məktuba heç bir şərh vermədən oxucuların diqqətinə təqdim edirik. Qeyd edim ki, N.Yusifbəyli ona hansı cavabı verir, o barədə hələlik əlimizdə bir bilgi yoxdur.
“I. Xahişinizə uyğun olaraq cümə axşamı, 29 avqust 1919-cu il tarixdə, Bakıda keçirilən konfransda Sizinlə polkovnik Haskel arasında əldə edilmiş razılaşmaya əsasən Şərur-Dərələyəz-Naxçıvanda bərqərar edilməsi zəruri olan neytral zonanın yaradılması şərtlərini Sizə göndərirəm. Aşağıdakılar razılaşdırılmışdır ki: 1. Neytral zona Şərur-Dərələyəz və Naxçıvan əyalətləri tamamilə daxil edilməklə yaradılacaqdır. 2. Bu neytral zonanın idarəçiliyi polkovnik Haskel tərəfındən təyin edilən Amerika qubernatorunun əlində olacaqdır. 3. Erməni əhalisinin çoxluq təşkil etdiyi yerlər istisna olmaqla (Belə dairənin xarakterini isə Amerika qubernatoru müəyyənləşdirir), yerli hakimiyyət tatarlara (Azərbaycan türkləri – R.S.) məxsus olacaqdır. 4. Azərbaycan və Ermənistan hökumətləri neytral zonadan bütün qoşunlarını dərhal uzaqlaşdıracaqlar ki, onlar geriyə yalnız Amerika qubernatorunun xahişi ilə qaytarıla bilər. 5. Azərbaycan və Ermənistan hökumətləri bütün agentlərini və yerli əhalini qızışdıran şəxslərin hamısını dərhal uzaqlaşdıracaqlar. Onların sırasında təkcə həmin hökumətlərin deyil, həm də bu və ya digər hökumətə rəğbət bəsləyən hökumətlərin agentləri də olacaqdır. 6. Azərbaycan və Ermənistan düşmən hökumətin şəxslərinə qarşı 1 sentyabr 1919-cu il tarixə qədər törədilmiş bütün cinayətlərə görə ümumi əfv elan edəcəklər. Üzərində heç bir hökumətin nəzarət etmə hüququ olmayan Britaniya hərbi hakimiyyətinin artıq edilmiş hərəkətlərini pozacaq heç bir şey bu amnistiyada ola bilməz. 7. Neytral zonada yerli məmurlar Amerika qubernatoru tərəfindən təyin ediləcəkdir. İcrası mümkun olan kimi bu qəbildən olan yerli məmurların secki günü Amerika qubernatoru tərəfindən tezliklə təyin ediləcəkdir. Amerika qubernatorunun neytral zona hüdudlarında hər bir məmuru yolverilməz satılma və digər səbəblərə görə dərhal uzaqlaşdırmaq səlahiyyəti olacaqdır. 8. Azərbaycan hökuməti neytral zonada və İrəvan rayonunda tatar əhalisini sakitləşdirmək üçün özünün bütün nüfuzundan istifadə edəcəkdir. 9. Ermənistan hökuməti neytral zonada və Zəngəzur rayonunda erməni əhalisini sakitləşdirmək üçün özünün bütün nüfuzundan istifadə edəcəkdir. 10. Azərbaycan və Ermənistan hökümətləri bu ölkələrdə yaşayan Azərbaycan və erməni millətindən olan insanların həyat və əmlakının qorunmasını qarşılıqlı şəkildə təmin edəcəklər. 11. Şərur-Dərələyəz və Naxçıvan əyalətlərindən keçən İrəvanla İran sərhədi arasındakı dəmir yolu və teleqraf tabeçiliyə veriləcək və hərəkət üçün dərhal açılacaqdır. Bu dəmir yolu Amerika qubernatorunun qərarı ilə maksimal şəkildə işə salındıqda onun nəzarəti altında olacaqdır və Ermənistan dəmir yolu şəbəkəsinin tatar (Azərbaycan türkləri – R.S.) və erməni şəxsi heyəti tərəfindən xidmət edilən hissəsi kimi fəaliyyət göstərəcəkdir. 12. Prinsip etibarilə dəmir yolu əhaliyə fərq qoymadan xidmət edəcəkdir. 13. Azərbaycan hökuməti Yaxın Şərq Yardım Komitəsi tərəfindən Şuşa və Gorusda həyata keçirilən yardım tədbirlərini bütün vasitələrlə təmin edilməsinə razılaşacaqdır. 14. Böyük Vedinin tatar (Azərbaycan türkləri – R.S.) əhalisi Amerika qubernatorunun nəzarəti altında bu şəhərdən neytral zona hüdudlarında salınacaq başqa bir şəhərə köçürüləcəkdir. Həmin əhaliyə bütün əmlakını özü ilə götürmək icazəsi veriləcəkdir. 15. İndi tikilən Bakı-Culfa dəmir yolu yalnız Azərbaycan hökumətinin nəzarəti altında olacaqdır və tikintiyə əngəl törədilməyəcəkdir. Dəmir yolu boyunca neytral zona ilə Ermənistanın sərhədi Qurd qapısı adlanan yerdən kecir. 16. Neytral zonanın idarə edilməsi üçün maddi vəsaitlər yerli vergilərə əsaslanacaqdır. Amerika qubernatorunun idarəçiliyi dövründə Azərbaycan hökumətindən zəruri olan heç bir əlavə vəsait tələb olunmayacaqdır. 17. Neytral zonadakı məktəb və məbədlər Amerika qubernatorunun idarəsi altında öz fəaliyyətlərini indiyə kimi mövcud olmuş adətləri üzrə davam etdirəcəklər. 18. Bütün neytral zonada bütün dinlərə sərbəst ibadət edilməsi hüququ mövcud olacaqdır. 19. Məktəblər xidmət edəcəyi yerin xarakterinə uyğun fəaliyyət göstərəcəkdir. 20. Neytral zonada yardım hər hansı bir ölkənin milli mənsubiyyəti nəzərə alınmadan qubernatorun göstərişi ilə daha çox ehtiyacı olanlara göstəriləcəkdir. Əgər bu mumkun olmasa, yardım işi zəruri olan yerlərdə və əlbəttə ki, Azərbaycanın məhrumiyyətlərə məruz qalmış rayonlarında aparılacaqdır. II. Yuxarıda gostərilən şərtləri 2 nusxədə Sizə gondərirəm və xahiş edirəm ki, imzaladıqdan sonra hökumətiniz tərəfindən təsdiq edilmiş bir nusxəni Sizə bu kağızı təqdim edən zabit vasitəsilə mənə qaytarasınız. İkinci nüsxə Sizin istifadəniz üçündür. Ən yüksək hörmət və ehtiramımdan xatircəm ola bilərsiniz. Sizə sədaqətli Vilyam Haskel, Müttəfiqlərinin Ali Komissarı” Təqdim etdi: Rəşad Sahil Geri dön |