Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər > BU GÜN MƏMMƏD ARAZIN DOĞUM GÜNÜDÜR
BU GÜN MƏMMƏD ARAZIN DOĞUM GÜNÜDÜR |
Məmməd Araz şair, yazıçı, ictimai xadim və ən nəhayət böyük bir Azərbaycan filosofudur.
Məmməd Araz yaddaşlarda həm də yaxşı insan və sınmaz, qorxmaz, mubariz bir insan kimi qaldı. (Davam.tv-də onun barəsində GÜNAZ TV-nin hazırladığı bir filmi təqdim edirik. Bunun üçün davam.tv bölümünə keçın) «Vətənin qayasında mamır olub bitməyə belə hazır olan» şairin qısa bioqrafiyası: Məmməd Araz 14 oktyabr 1933-cü il - Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu, Nursu kəndində anadan olmuşdur. 1940-cı il - Şahbuz rayonunun Nursu kəndinin 1-ci sinfində təhsilə başlamışdır. 1945-ci il – Atası İnfil kişi «xalq düşməni» adı ilə Sibirə sürgün olunmuşdur. 1949-cu il – Kəndşahbuzda orta məktəbi bitirmişdir. 1950-ci il – APİ-nin coğrafiya fakültəsinə daxil olmuş və eyni zamanda yaradıcılığını da davam etdirmişdir. 1951-ci il – Yazıçı İ.Şıxlının təşkil etdiyi ədəbi dərnəyin məşğələlərində iştirak edir. 1952-ci il – «İnqilab və mədəniyyət» jurnalının may nömrəsində «Yanın işıqlarım» şeri çap olunur. Mətbuatda çap olunmuş bu şerilə ədəbiyyat aləminə qədəm qoymuşdur. 1954-cü il – APİ-ni bitirmiş, təntənəli buraxılış gecəsində məzunlara həsr olunmuş «Ayrılıq» şerini oxumuşdur. 1955-56-cı illər – Şahbuz rayonunun Nursu kəndində müəllim işləmişdir. 1957-ci il – Azərbayçan Nazirlər Soveti yanındakı Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsinə işə qəbul edilmişdir. Həmin il «Üç oğul anası» poemasını çap etdirmişdir. 1957-ci il – Azərbayçan Yazarlar Birliyinin üzvü olmuşdur. 1958-ci il - 8 noyabrda ailə həyatı qurmuşdur. 1959-cu il – «Sevgi nəğməsi» adlı ilk şerlər kitabı «Azərnəşr»də çap olunmuşdur. 1959-cu il - Moskva SSRİ Yazıcılar İttifaqı nəzdindəki M.Qorki adına ikiillik Ali Ədəbiyyat kursuna daxil olmuşdur. 1961-ci il - Ali Ədəbiyyat kursunu bitirdikdən sonra «Maarif» nəşriyyatında redaktor işləmişdir. 1961-ci il – «Üç oğul anası» şerlər kitabı çapdan çıxmışdır. 1962-ci il – M.Ə.Sabirə həsr olunmuş «Mən də insan oldum» poeması tamamlanıb dövrü mətbuatda dərc olunmuşdur. 1963-cü il – Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsinə irəli çəkilmişdir. 1963-cü il – «Mən səni taparam» kitabı nəşr edilmişdir. 1964-cü il- «Araz axır» adlı poemalar toplusu çapdan çıxmışdır. 1965-ci il – Dövrü mətbuatda şer və məqalələri ilə çıxış etmişdir. 1966-cı il – «Anamdan yadigar nəğmələr» adlı kitabı nəşr edilmişdir. 1967-ci il – «Ulduz» jurnalına məsul katib təyin edilmişdir. 1967-ci il – «Ömür karvanı» kitabı «Azərnəşr»də çap olunmuşdur. 1968-ci il - Məqalə və şerləri ilə dövrü mətbuatda çıxış etmişdir. 1969-cu il – «Gənclik» nəşriyyatında «İllərdən biri» kitabı çapdan çıxmışdır. 1970-ci il – «Ədəbiyyat və incəsənət» qəzetində baş redaktor müavini vəzifəsində çalışmışdır. 1971-ci il – Azərbayçan Yazıcılar İttifaqının poeziya bölməsinə 1981-ci ilə qədər rəhbərlik etmiş, milli şerin inkişafına, ədəbi gəncliyin formalaşmasına səy göstərmişdir. «Yer üzünün Qarabağ düzü», «Qarabağ simfoniyası» məqalələrini çap etdirmişdir. 1972-ci il – «Ədəbiyyat və incəsənət» qəzetində N.Nərimanovun anadan olmasının 100 illiyi ilə ədaqədar hazırlanmış xüsusi nömrədə verilmiş materiallara görə millətçi kimi baş redaktor müavini vəzifəsindən azad edilmişdir. 1973-cü il – «Qanadlı qayalar» kitabı işıq üzü görmüşdür. 1973-cü il – Azərbaycan Dövlət Nəşriyyatı Baş redaktorunun müavini kimi işləmişdir. 1974-cü il – «Gənçlik» nəşriyyatında «Atamın kitabı» kitabı çap olunmuşdur. 1974-cü il – Yeni nəşrə başlayan «Azərbayçan təbiəti» jurnalının baş redaktorluğuna irəli çəkilmiş və ömrünün sonuna qədər orada işləmişdir. 1974-cü il – «Həyatın və sözün rəngləri» adlı publisist kitabı nəşr edilir. 1975-ci il – Azərbayçan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuşdur. 1978-ci il – «Oxucuya məktub» kitabı «Gənclik» nəşriyyatında çap edilmişdir. 1978-ci il – Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 1979-cu il – «Aylarım, illərim» adlı kitabı oxuçuların ixtiyarına verilmişdir. 1982-ci il – Azərbayçan SSR Fəxri fərmanı ilə təltif olunmuşdur. 1982-ci il – ««Dünya sənin, dünya mənim» şerlər kitabı Azərbaycan SSR Dövlət mükafatına təqdim olunmuş, lakin məlum səbəblərə görə mükafat verilməmişdir. 1983-cü il – «Dünya sənin, dünya mənim» kitabı «Yazıçı» nəşriyyatında nəşr edilmişdir. 1984-cü il – Azərbayçan Respublikasının Əməkdar inçəsənət xadimi fəxri adına layiq görülmüşdür. 1986-cı il – «Seçilmiş əsərləri» kitabı «Yazıçı» nəşriyyatında çap olunmuşdur. 1988-ci il – «Azərbayçan» və «Ulduz» jurnallarında çap olunmuş şerlər silsiləsinə görə Azərbaycan Respublikasının Dövlət mükafatını almışdır. 7 dekabr 1991-ci il - Azərbayçan Respublikasının Xalq şairi fəxri adına layiq görülmüşdür. 1991-ci il – Türkiyədə Məhəmməd peyğəmbərin doğum günü münasibətilə keçirilən müsabiqədə «Ya rəbbim, bu dünya sən quran deyil» adlı şerinə görə xüsusi mükafatla təltif olunmuşdur. 1992-ci il – «Daş harayı» kitabı çap olunmuşdur. 1992-ci il – «Dünya düzəlmir» kitabı oxuculara çatdırılmışdır. 1994-cü il- «Qayalara yazılan səs» kitabı çap edilir. 1995-ci il – Müstəqil Azərbayçanın ən yüksək mükafatı – «İstiqlal» ordeni alan ilk üç şairdən biridir. 1995-ci il – Dövlət tərəfindən Almaniyaya müalicəyə göndərilir. 1997-ci il – «Yol ayrıcında söhbət» kitabı oxuculara təqdim olunur. 2001-ci il - «Sənətdə son mənzil olmur» publisist kitabı nəşr olunur. 2002-çi il – Uşaqlar ücün yazılmış şerləri toplu halında «Şikayət dəftəri» adı ilə «Adiloğlu» nəşriyyatında cap edilir. 2002-ci il – «Qayalara yazılan səs» kitabı Təbrizdə ərəb əlifbası ilə çap olunur. 2002-ci il - «Ağlayan qayalar» adlı suvenir kitabı çap edilir. 2003-cü il – Son illərin şerləri «Vətən deyin» adlı kitabında çap olunmuşdur. 2003-cü il – «Əsgər andı» kitabı çap edilib əsgərlərə paylanır. 2003-cü il – Cildləri – 1-2-3-4 – dörd cilddə toplanıb çap olunmuşdur. 2004-cü il – Dövlətin qərarı ilə 1-2 cildliyi çap edilir. 2004-cü il – «Çaşıoğlu» nəşriyyatında «Seçcilmiş əsərləri» kitabı nəşr edilir. 2004-cü il - dekabrın 1-də günorta saat 13.40-da vəfat etdi. Xarici dillərə çap olunmuş kitabları 1966-cı il – Mamed İbraqim «Poö Araks» (Moskva, Sovetskiy pisatelğ, stixi) 1975-ci il - Mamed Araz «Kamennıy orel» ((Moskva, Sovetskiy pisatelğ) 1981-ci il -Mamed Araz «Krılatıe skalı» (Baku, «Yazıçı») 1983-cü il - Mamed Araz «Kniqa otüa moeqo» ((Moskva, Sovetskiy pisatelğ) 1983-cü il - Mamed Araz «Zavehanie» (stixi na qruzinskim yazıke, Tbilisi) 1990-cı il – M.Araz «Seçilmiş eserleri» (Türkiyə, Kültür Bakanlığı) 2006-cı il – Məmməd Araz «Dünya sənin, dünya mənim» (fransızça, Bakı) Tərcümə etdiyi şerlər 1964-cü il – Sergey Mixalkov «Foma» 1965-çi il R.Taqor «Təbiətin intiqamı» 1966-cı il Qaysın Quliyev (şerlər) 1970-ci il – Abay (şerlər) 1974-cü il – Qevorq Ağaçanyan «Narahat ürək» 1975-ci il – Mixail Svetlov (şerlər) 1982-ci il – N.A.Nekrasov «Rus qadınları» 1988-çi il – «Oçaq başında» (müxtəlif tərçümələr kitab şəklində) M.Araz haqqında çap olunmuş kitablar 1993-cü il – İsa Həbibbəyli «M.Araz-60, Millilik və bəşərilik» 1993-cü il – İsa Həbibbəyli «Məmməd Araz» 1994-cü il – Vaqif Yusifli «Məmməd Araz dünyası» 1998-ci il - Yavuz Axundlu «İstiqlal şairləri» 1999-cu il – Y.Əliyev «Vətən sənə oğul dedi» 1999-cu il – İ.Həbibbəyli «Xalq şairi Məmməd Araz» (albom-monoqrafiya) 2000-ci il – Qardaşxan Əzizxanlı «Se,ilmişlər və mən» 2001-ci il – Abdulla Qurbani «M.Araz üc gün çəbhə bölgəsində» 2001-ci il - «Haqqın var yaşamağa, haqqın var, Məmməd Araz» (xatirələr, ithaflar) 2002-ci il – Raqif Nazimoğlu «Məmməd Arazla söhbət» 2002-ci il – Əmirxan Xəlilli «Məmməd Araz dühası» 2003-cü il – Flora Xəlilzadə «Məmməd Araza məktub» 2006-cı il – «Mən özüm bilirəm nə,iyəm, nəyəm…» (Haqqında məqalələr toplusu) 2008-ci il – Gülxanım Fətəli qızı «Məmməd Arazlı günlərim» Geri dön |