Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: ÜAK-ın bağlanması Rusiyanın Azərbaycan dövlətinə qarşı olan siyasətinin tərkib hissəsidir
Fərəc Quliyev: ÜAK-ın bağlanması Rusiyanın Azərbaycan dövlətinə qarşı olan siyasətinin tərkib hissəsidir |
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev İctimai televiziyanın “Ortaq Məxrəc” verilişində Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı aparılan müzakirəyə qatılıb. Partiya sədri ÜAK-nın hüquqi pozuntular səbəbindən bağlanmasının bəhanə olduğunu, bunun sırf siyasi qərar olduğunu deyib və bildirib ki, bunun arxasında bəzən söylənildiyi kimi hər hansı bir qurupun marağı deyil, Rusiya hökumətinin Azərbaycanın güclənməsinə qarşı olan qərəzi durur. Millət vəkili bu qərarın arxasında duran iqtisadi maraqlarla yanaşı strateji marağı da açıqlayıb. O bildirib ki, ölkəsində terror təşkilatlarının belə fəaliyyətinə şərait yaradan Rusiya hökumətinin azərbaycanlıların sivil bir nüfuzlu qurumunu bağlamaqda məqsədi bizim təşkilatlanmış şəkildə fəaliyyət göstərməyimizə mane olmaq, Rusiyanın ictimai-siyasi həyatında iştirakının qarşısını almaq məqsədi güdür.
Fərəc Quliyev açıq danışmağın və xalqa həqiqətləri çatdırmağın vacibliyini söyləyərək bildirib ki, ÜAK-nin bağlanmasını erməni lobbisinin fəaliyyətinin ayağına yazaraq hadisəni malalamaqla hər hansı bir nəticə əldə etmək olmaz, Ermənistan Rusiyanı deyil, Rusiya Ermənistanı idarə edir, ona görə də aydın şəkildə Rusiyanın yürütdüyü imperiyaçılıq siyasətini hər hansı bir müstəmləkə dövlətin üzərinə yazmaq yox, ortaya qoyulan o iradənin üzərinə getmək lazımdı. Rusiyanın imperiyaçılıq siyasətinin üzərinə necə getmək lazım olduğu ilə bağlı aparıcının sualını Fərəc Quliyev ətraflı və əsaslandırılmış şəkildə cavablandırıb. Fərəc Quliyevin həmin müzakirədəki səsləndirdiyi fikirlərin vidosunu təqdim edirik: Geri dön |