Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Dilimiz - milli kimliyimiz - Onu necə qorumalıyıq?
Dilimiz - milli kimliyimiz - Onu necə qorumalıyıq? |
Azərbaycan dili və ya Azərbaycan Oğuz Türkçəsi qədim bir tarixə malikdir. Türk millətindən olan Azərbaycan türklərinin dili öz türkçədir desək yanılmarıq. Amma həqiqi mənada çirklənilmədən, özündən, əslindən qoparılmadan saflığı ilə gələcək nəsillərə ötürülərsə, bu bizim kimlik kartımız, bəlgəmiz olar. Öncədən də qeyd etdiyim kimi “çirklənilmədən” ifadəsini yenə vurğulayıram. “Bir dil necə çirklənər?” deyə sual oluna bilər. Əgər biz öz dilimizə lazımsız, yabancı, milli olmayan sözlər daxil ediriksə, bu dilimizin çirklənməsinə gətirib çıxarır. Digər tərəfdən də əgər bununla özümüzü müasir, “modern” göstərmək üçün edəriksə, bu artıq dilimizə qarşı cinayətdir! Özəlliklə rus dilindən olan sözləri hələ də dilimizdən çıxartmırıq və inad edirik. Deyəsən “fsyo”', “uje”', “tak”, “davay”, “mama”, “papa” və s. kimi sözləri işlətmək bəzilərinə xoşdur. Niyə? Bunun səbəbi nədir? Bu suallara vercəyimiz şablon, qəlib cavablar hazırdır. Məsələn, “biz rusların əsarətində idik”, “'rus dili beynalxalq dillərdən biridir”, “Rusiya bizim qonşumuzdur” və s. kimi bəhanələr... Əgər siz qonşunuzun adını atanıza demirsinizsə, rus qonşunuzdur deyə Azərbaycan dilinin əvəzinə rus dilində danışmalısınız?! Rus işğalında qalmağı bəhanə etməyə gəlincə, artıq bunu bilmək lazımdır ki, rusların işğalından qurtulmağımızdan 30 ilə yaxın müddət keçib. Artıq bu bəhanəni bir kənara qoymaq lazımdır! Birdəfəlik bilməliyik ki, rus bizim sadəcə qonşumuz, dostumuz yox, həm də erməniyə dəstək verən, mədəniyyətimizin və dilimizin inkişafının önünü kəsən bir gücdür. Örnək olaraq qonşu Gürcüstanı götürək; artıq gürcülər rus dilində danışmağın daşını çoxdan atıb! Digər tərəfdən “Rus dili beynəlxalq dildir” deyilirsə, o zaman eviniz və Bakı küçələri nə konfrans zalı, nə də beynalxalq və ya akademik arenadır! Əgər dediyim məkanlarda Azərbaycanımızı təmsil edərkən xaric dillərdə danışsanız, bu daha yararlı olar. Siz rus və ya da ingilis dilində danışmağa beynəlxalq arenada, akademik məkanlarda davam edin. Əks halda Bakı küçələrində, xüsusi ilə “Tarqovi” adlandırdığınız yerdə rusca danışmağa davam edirsinizsə, bu sizi “modern” yox, dilində danışmağı ar bilən, dilinə dəyər verməyən biri kimi göstərcəkdir. Bilirəm, bəziləri “dil bilmək yaxşıdır” kimi ifadələr işlədəcək. Təbii ki, nə qədər dil öyrənsək bir o qədər yaxşıdır. Amma gəlin öz dilimizi də sevək və qoruyaq.
Dəyərli həmvətənlərim, hətta düşmənin də dilini öyrənin, amma Azərbaycan Türk Oğuz yurdunda Azərbaycan türkcəsində danışmaq sizin və bizim boynumuzun borcudur! Bu bizim vətəndaş borcumuzdur. Əks halda Azərbaycan türkcəsində danışanlara “çuşka” deyərək yuxarıdan aşağı baxdığınız dövrə geri dönərsiniz ki, bu da milli kimliyin və şəxsiyyətin alçaldılması, itirilməsi deməkdir! Çünki milli dili, duyğusu, düşüncəsi, vətən, millət sevgisi olmayanların, dilini qorumayanlar, vətənini millətini, dövlətini qorumazlar! Onu da qeyd edim ki, artıq vətənimizdə illərdir beynəlxalq yarışlar keçirilir və ölkəmizə qonaqlar gəlir. Əgər siz onların qonaq olduğu zamanlarda da rus dilində öz vətəndaşlarınızla danışsanız, o zaman qonaqlar bizə necə baxar? Necə ki, bundan əvvəlki yarışmada İngiltərədən gələn bir müsafirimizin belə bir sualı ilə qarşılaşacaqsınız: “Hələ də Azərbaycanda dövlət dili rus dilidir?” Unutmayın biz onlara öz dilimizi - Azərbaycan türkcəsini tanıtmalı və sevdirməliyik. Sonda unudulmaz ədibimiz Şəhriyardan iki misra ilə fikirimi bitirmək istərdim: Türkün dili tək sevgili, istəkli dil olmaz, Özgə dilə qatsan, bu əsil dil əsil olmaz. P.S.Verdiyi dəyərli bilgilər üçün Türk Komutan İshak Çelik Bəyə minnətdarlığımı bildirirəm. Aynur Talıblı Sabahattin Zaim Üniversiteti, tarix və mədəniyyət araşdırmaları bölümü Geri dön |