Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > DAK Birlik Qurultayı keçirdi
DAK Birlik Qurultayı keçirdi |
Aprelin 28-29-da Belçikanın paytaxtı Brüssel şəhərində Dünya Azərbaycanlıları Konqresinin XII Birlik Qurultayı keçirildi.
DAK Birlik qurultayında iştirak etmək üçün Brusselə toplanan nümayəndə heyəti qurultay öncəsi - 27 apreldə Avropa Parlamentində görüş keçirdilər. 28 Apreldə qurultay öz işinə başladı. Birlik Qurultayına 26 ölkədən 140 mandatlı nümayəndə qatılmışdı. Iki gün davam edən qurultayda divan heyəti seçilməklə və Azərbaycan dövlət himninin səslənməsilə qurultay öz işinə başladı. Birinci gün ilk olaraq DAK fəxri sədri Prof. Səbri Tebrizi qurultay iştirakçılarını salamlayaraq qurultayı açıq elan etdi və qurultaya başarılar dilədi. Birlik komitəsinin hesabatı dinlənildi vəe birlik qurultayına hazırlıq təşkilat komitəsinin on aylıq fəaliyyəti yüksək qiymətləndırıldı. DAK-ın birlik qurultayında iştirak edən qonaqlar çıxış edərək DAK birlik təşəbbüsünü dəstəklədilər. Bundan sonra DAK nizamnaməsi müzakirəyə çıxarıldı və səs çoxluğ ilə təsdiq edildi. Qurultay DAK İdarə heyətini və DAK nəzarət təftiş komitəsi üzvlərini seçdi. Guney Azərbaycan, Qarabağ və diasporun inkişafı mövzusunda məruzələr və çıxışlar dinlənildi. DAK İcraiyyə Komitəsi yaradıldı və Oktay Hüseynov (Moskva), Baba Tağıyev (Azərbaycan), Teymur Emınbəylı (Isveç) DAK icrayə komitəsinin həmsədrləri seçildi. DAK nəzarət təftiş komitəsinə və idarə heyətinə seçkilər keçirildi və gizli səs vermə nəticəsində Mustafa Kərimov, Ruxsanə Zeynalova, Mehman Hüseynov, Şükür Muğanlı, Asəf Bağırov Nəzarət Təftiş Komissiyasının üzvləri seçildilər. İdarə Heyəti isə aşağıdakı tərkibdənh ibarət olub: Cavad Derəxti, Mirəşrəf Fətiyev, Əhməd Obalı, Səftər Rəhimli, Hüseyn Vüsuqi, Fərəməz Quluzadə, Fatma Əliyeva, Alov Məmmədli, Ayhan Dəmirçi, Məmməd Azər, Səyavuş Yusifli, Asif Qurbanlı, Xaqani Qayıblı, Oqtay Hüseynov, Əhmədağa Əbilov. Cavad Derəxti, Əhməd Obalı və Mirəşrəf Fətiyev isə DAK həmsədirləri seçilib. Sonda Birlik qurultayına təbriklər oxundu və qurultay zamanı müzakirə olunan məsələlərlə bağlı o cümlədən Dağlıq Qarabağ, Güney Azərbaycan, Urmu gölü bəynəlxalq təşkilatlara müraciət edildi. DAK fəxri sədri Prof.Səbri Təbrizi Qurultayın sonunda çıxış edərək birlik qurultayının iştirakçılarına təşəkkürünü bildirdi və qurultaya seçilmiş idarə heyəti üzvlərinə birlik istiqamətində fəaliyyətlərindən dolayı başarılar diləyərək bildirdi ki, "dünyada yaşayan 50 milyondan çox Azərbaycan türkünün bu gün ən çox ehtiyacı olan birlikdi və biz bu məsuliyyəti dərk edərək hərəkət edirik , həmçinin bildirdi ki, biz diaspora təşkilatı olaraq öz ayaqlarımız üstündə durmalı və bütün imkanlarımızı səfərbər etməliyik" . Nəzərinizə çatdıraq ki, aprelin 14-15-də Sabir Rüstəmxanlının həmsədri olduğu birlikdən narazı DAK da Ukraynada qurultay keçirmişdi. Geri dön |