Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Stalin "Əli və Nino" əsərinin müəllifinin evini və əmlakını əlindən alıb - Bu barədə Məhəmməd Əsəd bəy öz məktubunda yazır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Stalin "Əli və Nino" əsərinin müəllifinin evini və əmlakını əlindən alıb - Bu barədə Məhəmməd Əsəd bəy öz məktubunda yazır

Stalin "Əli və Nino" əsərinin müəllifinin evini və əmlakını əlindən alıb - Bu barədə Məhəmməd Əsəd bəy öz məktubunda yazır


Məhəmməd Əsəd Bəyi bir qisim ziyalıları çıxmaq şərti ilə demək olar ki, geniş ictimaiyyət o qədər də tanımır. Çünki tanıdılmayıb. Məhəmməd Əsəd Bəy ömrünü mühacirətdə başa vuran yazıçılarımızdandır. O, “Şərqdə neft və qan”, “Qafqazın 12 sirri”, “Stalin”, “Ağ Rusiya”, “Dünyaya qarşı cəhd”, “Allahu əkbər”, "Əli və Nino" və digər əsərlərin müəllifidir.

Məhəmməd Əsəd Bəyin tanımaq üçün onun məktublarına diqqət etmək lazımdır. Burada yazılanlar qismən də olsa, mühacir yazıçımızın barəsində müəyyən məlumata sahib olmağa imkan verir. Hələ bir neçə il öncə Məhəmməd Əsəd Bəyin tədqiqatçısı Nuridə Atəşin Avropa arxivlərindən araşdırıb üzə çıxardığı arxiv sənədləri və yazıçının məktublarını toplu halında dərc etmişdi. Bu sənədlər və məktublarda olduqca maraqlı məqamlar yer alıb. Beləliklə, Enter.News N.Atəşin üzə çıxardığı həmin sənədlərdən birini – Məhəmməd Əsəd Bəyin 1941-ci ildə İtaliyanın Daxili İşlər və Müharibə Nazirliklərinə ünvanladığı məktubu təqdim edir:

"Hörmətli Daxili İşlər naziri, hörmətli Müharibə Nazirliyinin nəzərinə

1919-cu ildə Stalin şəxsən mənim evimi və əmlakımı tutumuşdur. Bu insanın sadizmindən qaçmaq üçün həmin il mən evimi və vətənimi, Bakını (Qafqaz) tərk etdim.

Bir müddət İtaliyada sığındıqdan sonra Avropaya gedib Berlində öz təhsilimi tamamladım. Sonra Avropadan başqa mən Afrikaya, Asiyaya və Amerikaya səyahət etdim.

Mənim dinim islam, irqim isə qafqazlıdır. Həyatım boyu bolşevizmə qarşı mübarizə aparmışam. Bunun sübutu mənim çoxsaylı – iyirmi cildi aşan, dünyanın bütün mədəni dillərinə tərcümə olunmuş əsərlərimdir. Bolşevizmə qarşı mən yalnız nəşr vasitəsi ilə yox, bütün mümkün vasitələrlə mübarizə aparmışam. Çünki insaniyyətin bu cür dəhşətli ifadəsi mənim varlığımı həmişə maraqlandırırdı. Çoxsaylı Avropa və müsəlman ləhcələrindən başqa mən təkcə rəsmi rus dilini yox, həm də Rusiya ərazisində danışılan bütün dilləri bilirəm. Bunlar onu göstərir ki, mən bolşevizmə qarşı mənəvi mübarizədə bir mütəxəssisəm.

Asse qüvvələri nəhayət SSRİ-yə qarşı mübarizəyə başladığına görə mən İtaliya hökumətindən “Bolşevizm” adını daşıyan vəhşi və qaranlıq qüvvələrə qarşı mübarizədə hər hansı bir şəkildə iştirak etməyimə icazə vermənizi itaətlə xahiş edirəm.

Məhəmməd Əsəd Bəy

Positano

18.07.1941"

Təqdim etdi: Rəşad Sahil

Geri dön