Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > «İran İsrail-Azərbaycan münasibətlərinə qısqanclıqla yanaşır»
«İran İsrail-Azərbaycan münasibətlərinə qısqanclıqla yanaşır» |
Sədrəddin Soltan: «Ermənistan və ya Rusiyadan mümkün təxribatlarla üz-üzə qala bilərik»
Güney Azərbaycan Televiziyasının (GünAzTV) «Həftə sonu» proqramının növbəti buraxılışı İsrail xarici işlər nazirinin Azərbaycana səfərinin mümkün nəticələri və İranın nüvə çalışmalarına həsr olunub. Proqramın qonağı olan politoloq Sədrəddin Soltan Tehranın İsrail-Azərbaycan münasibətlərinə qısqanclıqla yanaşdığını bildirib: «İran hakimiyyətinin şüarı «İsrailə ölüm»dür. Əsas hədəfləri İsraili dünya xəritəsindən silməkdir. Buna görə də Tehran Azərbaycanın İsraillə əlaqələrini diqqətlə izləyir. İsrail də İranın nüvə proqramından ehtiyatlandığından öz müttəfiqləri ilə bu mövzu ətrafında müzakirələr aparır və Azərbaycanla dialoqa da bu aspektdən yanaşmaq lazımdır. Bu, normal prosesdir». Sədrəddin Soltan «İsrail İrana qarşı planını hərəkətə keçirmək istəyərkən strateji tərəfdaş adlandırdığı Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə alacaqmı» sualına belə cavab verib: «İsrail genişmiqyaslı əməliyyat planı həyata keçirmək istəyərsə, tərəfdaşlarının təhlükəsizlik məsələlərini də diqqətə almalıdır. Digər tərəfdən, savaş başlayacağı təqdirdə Azərbaycana təhlükə yalnız İran istiqamətindən olmaya da bilər. Ermənistan və ya Rusiyadan mümkün təxribatlarla üz-üzə qala bilərik. Ona görə də İrana qarşı hərbi əməliyyat planlaşdıran ölkə və ya ölkələr Azərbaycana bütün istiqamətlərdən yönələ biləcək mümkün təhlükələri qabaqcadan neytrallaşdırmalıdırlar». «Bizim qonşu ölkələrlə problemimiz yoxdur» Əhmədrza Purdəstan: «Azərbaycan tanklarının İran sərhədində yerləşdirilməsi ola bilsin ki, hərbi təlim keçirmək üçündür» İranın Quru Qoşunlarının komandanı, general Əhmədrza Purdəstan Azərbaycan Respublikasının İranla bəzi sərhəd zonalarda hərbi fəallığı artırması barədə yayılan məlumatlara münasibət bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl İran mediası Azərbaycan Respublikasının İranla bəzi sərhəd zonalarda hərbi fəallığı artırması barədə məlumat yayıb. Məlumata görə, son günlərdə Azərbaycan Respublikası ordusunun 30-a yaxın tankı İranın (Güney Azərbaycanın) Biləsuvar və Parsabad (Muğan) məntəqələrinə yaxın sərhəd zonalarına doğru irəliləyib, bir neçə saat hərəkət etdikdən sonra Azərbaycan Respublikasının İmişli şəhərində yerləşdirilib. İran mediasının xəbərlərində həmin tankların bəzisinin «İsrail istehsalı» olduğu bildirilir. Aprelin 30-da jurnalistlərə açıqlamasında Əhmədrza Purdəstan deyib: «Bizim Azərbaycan Respublikası ilə yaxşı əlaqələrimiz var. Biz Azərbaycan Respublikasının bu addımını özümüzə təhdid saymırıq. Ola bilsin, bu addım hərbi təlim keçirmək üçündür. Bir hərbi qüvvə kimi bizim borcumuz İranın bütün sərhədlərini qorumaq, ölkə sərhədindən kənarda baş verən hər bir hərəkəti nəzarətdə saxlamaq və baş verə biləcək mümkün təhlükənin qarşısını almaqdır». Əhmədrza Purdəstan jurnalistlərdən birinin verdiyi «Siz Azərbaycan Respublikası ordusunun tanklarının İran sərhədində yerləşdirilməsi xəbərini təsdiq edirsinizmi» sualını belə cavablandırıb: «Bu haqda məlumatım yoxdur. Lakin belə hal olubsa da, bu, adi haldır. Çünki bizim qonşu ölkələrlə problemimiz yoxdur». Nalbandyandan növbəti sərsəmləmə «Dağlıq Qarabağ münaqişəsi Ermənistanla Azərbaycanın problemi deyil» «Biz həmişə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təklifləri müsbət qarşılamışıq. Amma Azərbaycan tərəfi davamlı olaraq bundan uzaq qaçıb. Bununla belə, problemin nizamlanması üçün tərəflər arasında aparılan danışıqların müsbət nəticələnəcəyinə ümid edirik». Bu fikirləri İranda səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Ermənistanla Azərbaycanın problemi deyil: «Bu problem Dağlıq Qarabağ bölgəsi və Azərbaycan Respublikası arasındadır. Ancaq Azərbaycan tərəfinin apardığı təbliğat Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının lehinə deyil». Edvard Halbandyan həmçinin deyib ki, İranın sülh məqsədli nüvə enerjisindən faydalanmaq haqqı var». Eyni zamanda o deyib ki, bu ilin iyun ayında Ermənistanla İran arasında ortaq iqtisadi komissiyanın yaradılması gözlənilir: «Hazırda iki ölkə arasında illik ticarət həcmi 325 milyon dollardır. Yaxın gələcəkdə bunun daha da artacağı gözlənilir». «İsrail İrana zərbə endirməyə hazırdır» İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Beni Qantz deyib ki, İranın nüvə silahı istehsal etməsi çox pis bir hadisə olacaq. O bildirib ki, İsrail və dünya ölkələri İranın nüvə silahına yiyələnməsinin qarşısını almalıdır: «Biz bu məsələ ilə bağlı layihəmizi hazırlayacağıq. İsrail ordusu ehtiyac olduğu təqdirdə İrana hücum etməyə hazırdır. Lakin bu addımı dərhal atmayacağıq». Beni Qantz əlavə edib ki, İran İsrailin varlığı üçün təhlükə potensialıdır. İran ərəb futbolçulara təzyiq göstərib İranın «Persepolis» komandası ilə oynamaq üçün Tehrana gələn Səudiyyə Ərəbistanının «əl-Hilal» futbol klubunun üzvlərinin barmaq izləri götürülüb. Bu addım təhlükəsizlik tədbirləri məqsədilə atılıb və Səudiyyə Ərəbistanının oxşar addımına cavabdır. Belə ki, bundan əvvəl bu ölkəyə gələn İran futbolçularından da barmaq izləri götürülmüşdü. Sayı təqribən 40 nəfər olan Səudiyyə Ərəbistanı futbolçularından ibarət nümayəndə heyətini Tehran aeroportunda ər-Riyadın İrandakı səfirliyinin əməkdaşları qarşılayıb. «Persepolis» və «əl-Hilal» arasında futbol qarşılaşması mayın 1-də «Azadi» stadionunda keçiriləcək. Qeyd edək ki, «Əl-Hilal» klubunun sahibi Səudiyyə Ərəbistanı şahzadələrindən biri olan Əbdürrəhman bin Musaid əs-Səuddur. İran yeni vertolyot istehsal edəcək İranın Müdafiə Sənayesi Nazirliyi ölkənin Mülki Aviasiya Təşkilatından «Şahid» vertolyotları və «İran-140″ dəniz patrul təyyarələrinin istehsalı üzrə lisenziya alıb. İranın müdafiə naziri Əhməd Vəhidi bu hadisə ilə bağlı keçirilən mərasimdə iştirak edib. Mərasimdə çıxış edən Əhməd Vəhidi qeyd edib ki, belə bir lisenziyanın alınması İran istehsalçıları və ekspertlərinin vertolyot və təyyarələrin istehsalı sahəsində nə qədər irəli getdiklərini göstərir. Əhməd Vəhidi əlavə edib ki, İranın «Şahid» vertolyotları və «İran-140″ təyyarələrini istehsal etməsi beynəlxalq tələblərə tam cavab verir. İran Mərkəzi Bankından valyuta qadağası İran Mərkəzi Bankı səfərə gedənlərin ala biləcəyi xarici valyutanın məbləğini azaldıb. Məlumata görə, hava yolları sərnişinləri 1000 dollar və ya onun ekvivalentini rəsmi qiymətdən asılı olaraq digər valyutada ildə bir dəfə ala bilər. Bundan başqa, bir çox ölkələrə, o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə və digərlərinə uçan sərnişinlər 400 dollar və ya onun digər valyutalarda ekvivalentini ildə bir dəfə ala bilər. Məhəmmədəli Dadxah həbs olunub İranda tanınmış hüquq müdafiəçisi, vəkil Məhəmmədəli Dadxah aprelin 29-da Tehranda həbs edilib. Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində mühakimə olunan siyasi məhbus Ərjəng Davudini müdafiə etmək üçün gedən Məhəmmədəli Dadxahın özü orada həbs olunub. Ərjəng Davudinin məhkəməsindən öncə tutulan vəkil İranda İnsan Haqları Müdafiəçiləri Təşkilatının qurucularından biri və sözçüsüdür. Fars rejimi Braziliyadan qarğıdalı alıb İran Braziliyadan 70 min ton qarğıdalı alıb. Bununla bağlı iki ölkə arasında müqavilə imzalanıb. Razılaşmaya əsasən, məhsul İrana may-iyun aylarında təslim ediləcək. Turqut Geri dön |