Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türkün şanlı tarixi > Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF
Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF |
Bir neçə gün bundan öncə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Qeyd olunub ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalıb. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb. Şanlı tariximiz olan Cümhuriyyətimizin 100 illiyi münasibətilə bu ildən başlayaraq silsilə yazılar təqdim edir. Bugünkü toxunduğumuz məsələ cümhuriyyət tariximizin təhsil sistemindəki rolu barədədir. Azərbaycan ikinci müstəqilliyini əldə etdikdən sonra təhsil sahəsində cümhuriyyət tariximizə hansı formada yer verilib? Cümhuriyyətimizin yaranması, yaradıcıları, cümhuriyyət dövrünün ziyalıları, tarixçiləri, görkəmli xadimlərinə dərsliklərimizdə nə dərəcədə yer verilib? Tarixçi-alim Nəsiman Yaqublu Modern.az-a açıqlamasında məsələnin ürəkaçan olmadığını bildirib. “Cümhuriyyət dövrü ilə bağlı orta məktəb dərsliklərimizdə real mənzərə o qədər də ürəkaçan deyil. Yuxarı siniflərin dərsliklərində cümhuriyyət dövrümüzə aid bir səhifə və bir səhifə yarım material verilib. Bu, cümhuriyyət qurucularının həyat və fəaliyyətini tam şəkildə əks etdirmir. Çar Rusiyası necə təqdim olunursa, az qala cümhuriyyət dövrü də dərsliklərimizdə o cür təqdim olunur. Bu da kifayət qədər məzmunlu material deyil. Halbuki, belə olmamalıdır. Bu, dövlətçiliyimizin əsasının qoyulduğu dövrdür”. Nəsiman Yaqublu dərsliklərdə cümhuriyyət dövrünə geniş yer verilməsi barədə təkliflər də səsləndirib. “Tədris proqramlarına o dövrlə bağlı geniş şəkildə dərs saatları ayrılmalıdır. 2, 3, 4 saat bəs etmir. Saatların vaxtı kifayət qədər çox olmalıdır. O dövrlə bağlı yazılan dərslikləri yazanlar cümhuriyyət dövrünün araşdırmaçı mütəxəssisləri olmalıdır. Bu o demək deyil ki, mütləq o dövrü akademik, akademiyanın prezidenti, yaxud da tarix institutunun direktoru yazmalıdır. Əsla. Dərsliklərdə konkret faktlar əsaslandırılaraq təqdim olunmalıdır. Cümhuriyyət dövrünün xüsusiyyətlərini, Azərbaycan xalqına, dövlətçiliyinə nə verdiyini, eyni zamanda, o dövrdə qəbul edilən atrubutlarımızı ciddi və əsaslandırılmış şəkildə şagirdlərə çatdırmalıdır. Bu mənada çox iş görmək olar. Şagirdlərə o dövr və qurucuları haqqında daha geniş məlumat verilməlidir. Bir məqamı da qeyd edim. Dərslikləri hazırlayarkən qısqanclıqları kənara qoymaq lazımdır. Yəni, “bu Rəsulzadədir”, ya da “Nəsib bəy Yusifbəylidir” deyib fərq qoymaq olmaz. Tariximizə və dövlətimizin inkişafına diqqət yetirməliyik. Məsələn, niyə Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktubu dərsliklərə salmayaq?! O baş nazir olanda atasına məktub yazır ki, mənə maliyyə köməkliyi elə. Atası da yazır ki, sən oxuyanda da maliyyə yardımı etməyimi istəyirdin. İndi baş nazirsən. Yenə də kömək edim?! Rəsulzadə həbsdə olanda Stalin onun yanına gəlir.Rəsulzadə Stalinə “məni həbsxanadan tez çıxarın” demir. Əksinə deyir: “Siz işğalçısınız”. Son məqama qədər dövlətin azadlığını düşünür. Belə nümunələri dərslilərə salmaq lazımdır ki, uşaqlarımız o ruhda böyüsünlər”. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə də cümhuriyyət dövrünün dərsliklərdə geniş işıqlandırılmasının tərəfdarıdır. “Bu istiqamətdə görüləcək işlərimiz çoxdur. Azərbaycan Xalq cümhuriyyətinin yaranması tək Azərbaycan üçün deyil, dünya üçün də mütərəqqi hadisədir. Çünki Şərqdə ilk qurulan respublikadır. Bu Azərbaycanın tarixi missiyasıdır. Ona görə də Azərbaycanın təhsil proqramlarında da dünyəvi dəyərlərimizin olması vacibdir. Gələn il cümhuriyyətimizin 100 illiyini qeyd edəcəyik. Biz Azərbaycanın inkişaf edən gəncliyinə bunu çatdırmalıyıq. Düzdür, dəsrliklərimizdə cümhuriyyətimiz barədə məlumatlar yer alır. Düşünürəm ki, bunu daha da genişləndirmək lazımdır”. Namidə BİNGÖL Geri dön |