Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsrailli politoloq Vladimir Xanin: -Dağlıq Qarabağ əvvəl-axır regionda iqtisadi gücə malik olan Azərbaycanın nəzarətinə keçəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > İsrailli politoloq Vladimir Xanin: -Dağlıq Qarabağ əvvəl-axır regionda iqtisadi gücə malik olan Azərbaycanın nəzarətinə keçəcək

İsrailli politoloq Vladimir Xanin: -Dağlıq Qarabağ əvvəl-axır regionda iqtisadi gücə malik olan Azərbaycanın nəzarətinə keçəcək


“İsrail Dağlıq Qarabağın müstəqilliyini və onun Ermənistana birləşməsini heç vaxt tanımayacaq”
“Dağlıq Qarabağ əvvəl-axır regionda iqtsadi gücə malik olan Azərbaycanın tərkibinə keçəcək”. Bu açıqlamanı APA-nın Yaxın Şərqə ezam olunmuş xüsusi müxbirinə müsahibəsində israilli politoloq, İsrail immiqrasiya nazirliyinin baş elmi işçisi Vladimir (Zeev) Xanin bildirib. Onun sözlərinə görə, İsrail Dağlıq Qarabağın müstəqilliyini və onun Ermənistana birləşməsini heç bir zaman tanımayacaq: “Hər kəsə məlumdur ki, Azərbaycan İsrailin, Ermənistan isə İranın regionda ən yaxın tərəfdaşıdır.
Hesab edirəm ki, yeni bir silahlı münaqişəyə başlamaq hər iki ölkənin maraqlarına uyğun deyil. Bu problem uzadılmış bir problemdir. Dağlıq Qarabağ problemi bu və ya digər formada de-fakto həll olunacaq. Burada iqtisadi inteqrasiya mühüm rol oynayacaq. Və sonda Dağlıq Qarabağ iqtisadiyyatı güclü olan ölkənin tərkibində qalacaq. Çünki həmin ölkə Dağlıq Qarabağ əhalisinə daha yaxşı iqtisadi imkanlar verə biləcək. Bununla da problem öz həllini tapacaq.
Bu gün Azərbaycan İsrail üçün beynəlxalq strategiya baxımından böyük tərəfdaşdır. Ermənistan isə İranın partnyorudur. Bununla yanaşı yəhudi xalqının ermənilərlə qarşılıqlı səmimi münasibətləri var, amma ümummilli səviyyədə İsrail-Ermnistan münasibətləri böyük sual doğurur.
Müasir dünyada belə alınıb ki, beynəlxalq hüquq müharibə və müstəmləkə sərhədlərindən sonra qərarsızdır. Bu nə dərəcədə ədalətlidi, ya ədalətli deyil, amma bununla hər kəs razılaşır. İsrail dövlətinin qonşu ərəb dövlətləri ilə münasibətlərinin nizamlanması müstəmləkə sərhədlərinə görədir. Deyək ki, İsrailin Livanla sərhədi ingilislərlə fransızların Birinci Dünya müharibəsindən sonra, Osmanlı imperiyasını böldüyü zaman cızdığı sərhəddir. İsraillə İordaniya arasındakı sərhədi də ingilislər çəkiblər. Lakin İsraillə Fələstin muxtariyyəti arasında çəkilən yaşıl xətti heç vaxt sərhəd kimi tanınmayıb. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub. Bu gün əgər o özünü müstəqil elan edirsə və öz sərhədlərinin olduğunu iddia edirsə, İsrail heç vaxt onu tanıya bilməz. Nə də onun Ermənistana birləşməsini. Sabah İsrailə sual verməyəcəklər ki, Fələstinin sərhədlərini niyə tanımırsan?!
Beynəlxalq hüquqda öz müqəddəratını təyinetmə forması yalnız ayrı dövlət yaratmaq deyil. Öz müqəddəratını təyinetmə forması milli muxtariyyət, milli və mədəni muxtariyyət və ya milli-şəxsi muxtariyyət ola bilər. Yenə də, burada tərəflərin siyasi iradə nümayiş etdirməsindən söhbət gedir”.

Geri dön