Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Oruc tutanlar üçün möcüzəvi susuzluq resepti
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Oruc tutanlar üçün möcüzəvi susuzluq resepti

Oruc tutanlar üçün möcüzəvi susuzluq resepti


Türkiyəli diyetoloq Eda Ağıllı oruc tutanlar üçün susuzluğu arandan qaldıran xüsusi kokteyl təklif edib.

Mütəxəssisin reseptini təqdim edirik:

E.Ağıllı imsakda yumurta, süd, qatıq kimi zülalla zəngin qidalara, taxıl məhsullarına, badam, fındıq, qoz kimi çərəzlərə, təzə tərəvəz və meyvələrə üstünlük verməyi tövsiyə edib: "Porsiyaları azaldın, qidaları yavaş-yavaş və yaxşı çeynəyərək yeyin. Yağlı, qızartma, bol ədviyyatlı qidalardan çəkinin. Şirniyyat yerinə, südlü, təzə meyvə, dondurma və yoqurt kimi yüngül desertlərə yer verin”.

Susuzluğu aradan qaldıran nənəli kokteyl

Ərzaqlar:

Bir butulka mineral su

1 stəkan adi su

125 qram yağsız qatıq

200 qram nazik doğranmış xiyar

3-4 yarpaq nanə

Hazırlanması:
Su, qatıq, xiyar və nanəni blenderdə qarışdırın. Üzərinə mineral su əlavə edib için. Unutmayın ki, hər gün 2 litrə yaxın su içmək orqanizmin su ehtiyacının ödənilməsi baxımından mühümdür. Odur ki, imsak və iftarda mümkün qədər çoxlu maye qəbul etməyə çalışın.

Geri dön