Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın Təhsil Nazirliyi dərslikləri yeniləşdirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Azərbaycanın Təhsil Nazirliyi dərslikləri yeniləşdirir

Azərbaycanın Təhsil Nazirliyi dərslikləri yeniləşdirir


Azərbaycan Təhsil Nazirliyi şagirdlərin iş dəftərlərindəki bəzi məsələləri dərsliklərə daxil edəcək. Bunu çərşənbə günü Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib.
Onun sözlərinə görə, bu yenilik I və V siniflərdə bütün fənlər üzrə dərsliklərdə həyata keçiriləcək.
Şahbazlının sözlərinə görə, iş dəftərlərindəki bəzi məsələlərin dərsliklərə daxil edilməsi dərsliklərin məzmunun daha da yaxşılaşmasına xidmət edəcək.
Nazirlik rəsmisi deyib ki, hazırda dərslik və müəllim üçün nəzərdə tutulan metodiki vəsaitlər dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına pulsuz verilir. Amma iş dəftərlərini valideynlər alırlar. Bəzən valideynlərin bu iş dəftərlərini almağa imkanı olmur.
"Elə ailələr var ki, onların 3-4 uşağı məktəbə gedir. Onlar bu iş dəftərlərini ala bilmirdilər. Almayanda da bu, bizim ümumi siyasətimizə xələl gətirirdi. Ona görə də biz başqa variant təklif etdik ki, dərslik və müəllim üçün metodik vəsait olsun, iş dəftərlərində nəzərdə tutulan bəzi məsələlər dərsliyə daxil edilsin", - Şahbazlı bildirib.
Qeyd edək ki, orta təhsil sistemində fənn kurrikulumlarının tətbiqi ilə əlaqədar məktəblərdə dərsliklərlə yanaşı, iş dəftərlərindən də istifadə edilir. Hazırda I-IV siniflərdə fənn kurrikulumları tətbiq edilir. Yeni tədris ilində artıq V siniflər üzrə də kurrikulum tətbiq olunacaq.

Geri dön