Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İran mətbuatı balaca uşağın Türk dilində şeirin yayımına dözmədi - VİDEO
İran mətbuatı balaca uşağın Türk dilində şeirin yayımına dözmədi - VİDEO |
Bir neçə gün öncə Iran televiziyasının "90" proqramında türk dilində şeir yayımlanmışdır.“Tabnak” saytı öz irqçi mövqeyini bir daha sərgiləyərək, sözü gedən videonun yayımına kəskin reaksiya verib. Sayt qeyd edib ki, “nə qədər təəccüblü olsada "90" proqramı bu həftə antiiran və qövmçülük şüarlarının tribunasına çevirildi. Tutuquşu kimi antiiran şüarını səsləndirən uşağın təsviri İran İslam Cümhuriyyətinin teveviziyasından yayımlandı. Hansı ki, hətta xarici kütləvi informasiya vasitələri belə buna cürət etməyiblər”.
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı, Sistemin Məsləhətlərini Müəyyənləşdirən Qurumun məsul şəxsi (dəbir) Möhsün Rzayiyə bağlı “Tabnak” saytı güney azərbaycanlı uşağın səsləndirdiyi türkcə şeirin yayılmasını İranın ərazi bütövlüyünə təhdid və fars dilinə qarşı təhqir sayıb.Aşağıda keçən həftə “Traxtur-Perspolis” müsabiqəsi zamanı lentə alınıb və "90" proqramında yayımlanan Videonu bir daha oxucularımız üçün təqdim edirik: Geri dön |