Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Yaddaşı zəif olanların nəzərinə: hər gün 3 ədəd yeyin
Yaddaşı zəif olanların nəzərinə: hər gün 3 ədəd yeyin |
Qayğılar, stress, gərginlik çox zaman unutqanlığa səbəb olur. Gün keçdikcə də unutqanlıqdan şikayətlənən insanların sayı artmağa başlayır.
Tez-tez evin başqa bir otağına gedib, “mən bura niyə gəlmişdim?” və ya şkafı açıb “mən buradan nə götürməliydim?” deyirsinizsə, demək artıq unutqanlıqla baş-başasınız. Mütəxəssislər unutqanlığı aradan qaldırmaq üçün düzgün qidalanmanı məsləhət görür. Unutqanlıq problemi ilə qarşı-qarşıya qalanlar üçün məsləhət görülən 8 qida haqqında məlumat veririk. 1. İki gün balıq yeyin: Omeqa 3 yağ turşuları ilə zəngin qidalanmaq yaddaşsızlıq riskini azaldır. Unutqanlığın qarşısını almaq üçün həftədə 2 gün balıq yemək şərtdir. 2. Üç ədəd qoz: Qoz omeqa 3 yağ turşusu baxımından ən zəngin qidalardan biridir. Güclü yaddaşa sahib olmaq üçün gündə 3 ədəd qoz yeyin. 3. Bir ovuc kişmiş: Xüsusilə quru üzüm zehni qüvvətləndirir. Unutqanlığı məğlub etmək üçün hər gün bir ovuc yeyin. 4. Moruq: Gümrahlıq verir, zehni yorğunluğu aradan qaldırıcı gücə malikdir. 5. Kərəviz: Sinir yorğunluğunu və unutqanlığı aradan qaldırır. 6. Tünd şokolad: Kakao və tərkibindəki flavonlar səbəbindən beyindəki qan axımını sürətləndirir. 7. Ciyər: Beyin və sinir hüceyrələrini inkişaf etdirir. Yaddaşsızlıq və unutqanlıq xəstəliyinə qarşı təsirlidir. 8. Qərənfil çay(mixək)ı: Qərənfil (mixək) adi çay kimi dəmlənib içildikdə yaddaşı gücləndirir, zehni canlandırıb unutqanlığın qarşısını alır. Geri dön |