Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Diqqət: Zəhərlənməmək üçün bunları yeməyin
Diqqət: Zəhərlənməmək üçün bunları yeməyin |
Keçən ilin ümumi təhlilləri göstərdi ki, bazara çıxarılan yerli məhsulların çoxu nitritlərlə zənginləşmiş kənd təsərrüfatı məhsullarıdır. Hazırda ölkənin əmtəə bazarı təhlükəli mallarla sürətlə çirklənir. Xüsusən süd məhsulları bazarı həddindən artıq pis vəziyyətdədir. Dövlət orqanlarının yoxlama funksiyası olmadığından, bu vəziyyət getdikcə pisləşir.
Bu sözləri açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onu sözlərinə görə, sezonunda satılmayan məhsullardan az istifadə etmək lazımdır: “Kənd Təsərrüfatı Nazirliyi və məhsulların təhlükəsizliyini qoruyan digər dövlət orqanları heç bir iş görmürlər. Zəhərlənib xəstəxanaya düşməmək üçün insanlar özləri buna diqqət etməlidirlər. Hazırda süd məhsullarının keyfiyyətində ciddi təhlükə mövcuddur. Yayın gəlişi ilə xüsusilə uşaqlar dondurmadan çox istifadə edirlər. Standartlara görə, dondurmanın hazırlanmasında yalnız kərə yağından istifadə olunmalıdır. Fakt isə əksini göstərir. Yedikdən sonra ağızda acılıq yaranırsa, demək, dondurmanın tərkibinə piy, marqarin və bitki yağları qarışdırılıb. Həmçinin diqqət etmək lazımdır ki, dondurmanın qabı əzik olmasın. Əgər qab əzilibsə, demək, dondurma əriyib və yenidən dondurulub”. Ekspertin sözlərinə görə, yayda ən çox yeyilən və xeyirli bostan məhsulu olan qarpız hazırda ən təhlükəli hesab edilən qidalardandır: “Bir gündə iki kiloqramdan artıq qarpız yemək çox vaxt zəhərlənməyə səbəb olur. Qarpız alarkən bunlara diqqət edin: Qarpız beş kiloqramdan artıq və hədsiz şirin olmamalıdır; Kəsdikdə rəngi tünd qırmızı olan və içindəki “damar”ları aydın seçilən qarpız keyfiyyətlidir; Qarpız bıçaq vuran kimi bölünməli, qabığı təxminən beş millimetrdən qalın olmamalıdır. Böyük və hədsiz şirin qarpızlar əslində nitritlərlə zəhərlənmiş qarpızlardır. Bu problem eynən yemişlərdə də var. Ümumiyyətlə, normasından böyük olan qidalardan uzaq olun”. E.Hüseynovun sözlərinə görə, əsas təhlükə mənbəyi tərəvəz bitkiləri, xüsusən də xiyar və pomidorlardır: “Kəsdikdə içi göy olan pomidoru, balıq tamı gələn xiyarı qətiyyən yemək olmaz. Həmçinin onları soyuducuda yox, otaq temperaturunda saxlamaq lazımdır”. Ekspertin sözlərinə görə, hazırda ən təhlükəsiz qidalar meyvələrdir: “Nisbətən təhlükəli hesab olunan meyvə çiyələkdir ki, böyüklərini yox, kiçiklərini almaq lazımdır. Çiyələk tez xarab olursa, demək o keyfiyyətlidir. Digər meyvələr isə demək olar ki, təhlükəsizdir. Sadəcə olaraq, aldıqdan sonra onları yaxşıca yumaq lazımdır”. Ekspert sonda qeyd edib ki, ümumiyyətlə, böyük MMC-lər insanları həmişə aldadır: “Məsələn, sovet vaxtından əhalinin “İvanovka” brendinə böyük inamı olub. Fakt isə göstərir ki, Azərbaycanda satılan və “İvanovka” adı ilə istehlakçılara təklif edilən məhsulların əksəriyyətinin İvanovka kəndi ilə heç bir əlaqəsi yoxdur. Hazırda 20-ə yaxın “İvanovka” adı altında dükanlar mövcuddur. Bu biabırçılıq haqda dəfələrlə məsələ qaldırılsa da, bu hal hələ də davam edir. Həmin şirkətlər saxta “İvanovka” adı altında guya “Made in Azerbaijan” brendini tanıdırlar”. Geri dön |