Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > "Mənə türklərdən ibarət bir ordu verin, sizə dünyanı fəth edim" - Napoleonun ən məşhur sitatları
"Mənə türklərdən ibarət bir ordu verin, sizə dünyanı fəth edim" - Napoleonun ən məşhur sitatları |
Napoelon Bonapartın tarixdən silinməyən məşhur deyimlərindən bir neçəsini təqdim edirik:
- Ağıl insanın düşdüyü vəziyyətdən üstün olmalıdır ki, onu qurtara bilsin. - Əgər dünya tək bir ölkə olsaydı, paytaxtı İstanbul olardı. - Başlamaq lazımdır, sonrasına baxarıq. - Dərd və çətinliklər insanın iradəsini möhkəmləndirir. - Böyük şəxsiyyətlə gülünc şəxsiyyət arasında bir addım yol var. - Ancaq həqiqət təhqiredicidir. - Döyüşərək ölmək qəhrəmanların, intihar etmək qorxaqların imtiyazıdır. - Dünyada təqlid edilməyən tək şey cəsarətdir. - Gözəl bir qadın gözə, yaxşı bir qadın qəlbə xoş gələr. Birincisi qızıl, ikincisi isə xəzinədir. - İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc, sonunda düşüncəyə məğlub olar. - Feodalizm quruluşunu top yıxdı, müasir quruluşu isə qələm yıxacaq. - Analar bir əlləriylə uşağını, digər əli ilə dünyanı yelləyərlər. - Az bilib çox danışan, bədxərclik edən yoxsula bənzər. - Ən gözəl savaş insanın öz varlığına və asılı olduqlarına qarşı olan savaşdır. - Aslanın rəhbərlik etdiyi qoyunlar ordusu, qoyunun rəhbərlik etdiyi aslanlar ordusundan güclüdür. - Ən qorxulu an zəfər anıdır. - Əsgərdən ilk növbədə dözüm və səbr tələb olunur, cəsarət bundan sonra gəlir. - Güc heç vaxt gülməli olmur. - Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir. - Güc ortaya çıxınca qanunlar zəifləyər. - Həqiqət çox güclü olduğu üçün hər yerdə özünü qəbul etdirə bilir. - Hər kəs özündə olmayanlar üçün mübarizə aparar. - İnsan öz səbr və dözümüylə tauna da qalib gələ bilər. - Ümid ilə ümüdsüzlüyün arası bir addımdır. - Yoxuşa qalxanda dayanmaq olur, yenişdə mümkün deyil. - Zəfər iradədən ibarətdir. - İnsanı ancaq iki şeylə yerindən tərpətmək olar - qorxu və şəxsi maraq. - İnsanı yaralayan tək şey həqiqətdir. - Kəndli yaddaşı sərkərdə biliyindən üstündür. - İnsanı ucaldan iki şey var: qorxu və maraq. - Qazandıqlarımın hər birini cəsarətimə və çalışqanlığıma borcluyam. - Məğlubiyyətin üzünə gülə bilsən, deməli, cəsursan. - Qoşununu yedirmək istəməyən xalq az keçməz ki, yadları yedirməyə məcbur olar. - Mənə türklərdən ibarət bir ordu verin, sizə dünyanı fəth edim. - Mümkün deyil ifadəsi axmaqların lüğətindən götürülüb. - Ölüm heç bir şeydir, amma məğlub və şərəfsiz yaşamaq hər gün ölməkdir. - Siyasət qılıncdan güclüdür. - Süngüylə hər şey eləmək olar, bircə onun üstünə oturmaq olmaz. - Uğurlarım gəncliyimdəki xəyallarımın məhsuludur. - Xərçəng insanın içinə sirayət eləmiş məğlubiyyətdir. Geri dön |