Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təhsilimizin uğurları kimlərdən və ya nələrdən asılıdır?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Təhsilimizin uğurları kimlərdən və ya nələrdən asılıdır?

Təhsilimizin uğurları kimlərdən və ya nələrdən asılıdır?


Mən iki il bundan əvvəl çəkilmiş bu fotodakı uşaqlara cəmi iki ay dərs demişəm O vaxt 7-ci sinifdə oxuyurdular. Bu il 9-cu sinfi bitirirlər.Deyilənə görə 5-6-cı qızıl medala real namizəd və iddiaçıdır.
Onlar dərslikdəki hər bir mövzuya ciddi münasibət bəsləyirdilər.Əzbərçilik onlara yad idi.Bilmədiklərini əlavə materiallar oxumaqla aydınlaşdırmağa çalışırdılar. Onlara ilin əvvəlindən dərs deyən müəllimim dərs yükü çox olduğuna görə,ya da mən hələ də bilmədiyim məsələlərə dərs deməyi mənə tapşırdılar.Əvvəlki müəllimləri bir sinifdən imtina etmək məcburiyyətində qalmışdı. Seçim qarşısında qalan müəllim bu sinifdən imtina etməyi lazım bildi.idi.Nədənini,səbəbini hələ də çoxları bilmir.Mənim fikrimcə, bu, yeddinci siniflər üçün yazılmış "Azərbaycan dili" dərsliyinin tapmaca xarakterli mövzuları ilə ilgilili ola bilərdi.


Əksəri imkanlı ailədə böyüyən uşaqlardır. Bəzilərinin valideynləri xarici ölkələrdə təhsili almışdır. l
Bu, özü cəmiyyətin möcüzəli yüksəlişidir; bəlkə də valideynləri çətinliklə böyüyüblər, amma bəziləri məktəbə idarə maşınları ilə gəlirlər, bu uşaqlar bizim vaxtımızdakı kimi ev dərdi,eşik dərdi çəkmirlər,oduna getmirlər,suya getmirlər,hamısı öz gələcəklərinə böyük ümidlə baxırlar.

Valideyinlərinin yeganə istəyi övladlarının yaxşı oxumalarıdır.

Haqqında söz açdığım bu uşaqlar dünyada gedən hadisələrdən xəbərdardırlar,yay tətilini Biləcəridən çox-çox uzaqlarda keçirirlər, tətildən gələndən sonra yazdıqları inşalarında dünyanın 7 yox, bəlkə də 17 möcüzəsindən danışa bilirlər.
Bu uşaqların bəlkə də yeganə çətinlikləri valideynlərinin belə çətinliklə anladıqları,başa düşdükləri dərslikdəki mövzu çətinlikləridir.Dərslikdəki tapmacalar bu uşaqların psixologiyasında xeyli dəyişikliklər etmişdi.

Baxın,baxın,yaxçı baxın. Bu, bir dərsin ümumi mənzərəsinin bir hissəsidir. Şəkli müəllim dostum rəhmətlik Vüsal Orucov çəkmişdi.

....Vəziyyət çətindir,uşaqlar dərslikdəki problemlərlə qarşılaşıblar. Qrup üsulu ilə işləyən bu uşaqları çətin vəziyyətdən çıxmağa ümid varmı? Əlbəttə, var.

Mənə elə gəlir ki,məktəblərdə milli təhsilə yol göstərən,milli dünyagörüşünə istiqamət verən mövzulardan baş çıxara bilən müəllimlər işləməlidirlər.Tutuquşuluq təhsilin düşmənidir.

Təhsil tariximizin dəyərli qaydaları müasir məktəblərə yol açmalıdır.Bu günün şagirddləri özləri də hiss etmədən lazım oldu,olmadı avropalılaşırlar.Bu, bizə həmişə lazımdırmı? Şagirdləri Avropaya meyilləndirən sabahın həyat tərzidir.Onların çoxu ingilis dilində ingilisləri təəccübləndirə bilir.
Beynəlxalq məktəblərdə ihegemonluq edən ingilisdilli müəllimlər şagirdlərimizə pul qazanmağın yolunu yaxşı başa salırlar. Milli təhsil bu işdə öz mövqeyini itirməkdədir.
Bu gün Azərbaycanın hər yerində- informasiya texnologiyalarından səmərəli istifadə olunur.Bəlkə tezliklə bugünkü məktəblərimiz ingilis dilində, yəqin ki,şeir də yazaşaqlar.
Mən hələ də ingilis dilində şeir yazan bir müəllim tanımıram.\Bir müəllim bu məsələdə nümunə göstərmək istədi.
Yüksək vəzifə sahibi idi.İndi orta məktəb direktorudur.30-40 səhifəlik bir kitab çap etdirdi.Rastına gələnə payladı,amma ingilisdilli şair ola bilmədi,Şekspirə xəyanət etdi,onun dilində cəh-cəh vura bilmədi.
Mən həmişə demişəm ki, dil bilməyin birinci şərti həmin dildə şeir yazma bilmək qabiliyyətidir.Təəssüf ki, bu gün Azərbaycanda xarici dili şeir yazmaq dərəcəsində bilən, tədris etməyi bacaran, demək olar ki, müəllim də, şagird də yoxdur.

Bir neçə il məktəbdə döşəmədə bardaş qurub dərs oxuyan Məhəmməd Füzuli üç dildə yüksək bədii dəyəri ilə dünyanaı heyran edən şeirlər yazmışdır.
Mükəmməl məktəb təhsili görməyən Aşıq Ələsgər Serbiyadan,Çernoqoriyadan söz açmış,Quranın təfsiri üçün çox gərəkli görünən məsələləri gündəmə gətirmişdir.
Seyid Əzim Şirvani elm dalınca Çinə getməsə də,ərəb dünyasına üz tutmuş,elə elmi məxəzlərdən faydalanmışdır ki, yazdıqları bu gün də ciddi tədqiqlər, elmi araşdırmalar mövzusudur.
Seyid Əzim Şirvani söz içində söz deməyi bacaran nüktədan şairdir.Onun eyham və işarələrini başa düşmək hələ çoxlarına nəsib olmayıb. S.Ə.Şirrvani təkcə Azərbaycan dilinin yox, ərəb dilinin də,fars dilinin rəmzini ərəbdən də,farsdan da yaxşı bilib.
Ələkbər Tahirzadə 3-4 illik təhsillə dünyaya dərs deyib,dünya şairlərinə dərs deməyi bacaran söz ustası kimi tanınıb.Dünyada 100-dən artıq alimin çörəyi onun təhnəsindən çıxır.

Bu gün məktəblərimizdə ana dilinin tədrisinə qayğı daha da artırılmalıdır.Bu gün Azərbaycan ziyalısı Azərbaycan dilinin düzgün tələffüzünü bilmir.
Bu gün nənələrin və babaların nəvələri ilə ünsiyyəti üçün yeni istiqamətlər müəyyənləşdirilməlidir.Dədəsini adını övladlarına verən bəzi valideynlər kökə bağlılıq nümunəsini başqa şəkildə həyata keçirməlidirlər.
Mənə elə gəlir ki,11-ci sinif şagirdi 2000 sözü bilməklə orta məktəbdə keçilən bütün fənləri mənimsəyə bilər. Amma bu, orta məktəbin məcburi leksikasıdır.
Dil - dəryadır.Bu dəryada üzməyi bacaran şagirdlərimiz və müəllimlərimiz, eləcə də təhsil rəhbərlərimiz ,demək olar ki, çox azdır.Etiraz edənlərin səviyyəsini yoxlamaq o qədər də çətin deyil.Daş da hazırdır,tərəzidir.Etiraz edən varsa,5-10 dəqiqəyə onların savadını asanlıqla yoxlamaq olar.
...Bu şəklə diqqətlə baxın. Baxışlarından və mövzuya münasibətlərindən hiss olunur ki, onların hamısı böyük adam olmağa qadirdirlər. Amma işi elə qurmaq lazımdır ki,onların özləri özlərinə ümidlə baxsınlar. Ev də, eşik də, pul-para da bu gün var, sabah olmaya bilər.
Uşaqları gələcəyə elə istiqamətləndirmək lazımdır ki,onlar həyatı və həyatda ömür sürən bütün insanları tanıya bilsinlər.
Uşaqlar gələcəklərini özləri düçünməlidirlər.Onlara ancaq və ancaq döğru elmi,elmi-metodiki yol göstərilməlidir.

Biz hələ müasirlərimizin cərgəsində Nəsimi, Füzuli, Vaqif,seyid Əzim,Səid Ünsizadə,Rəşid bəy Əfəndizadə,Abdulla Şaiq kimi elmi dünyagörüşlü müəllimləri görmürük.Məktəblərdə tədris olunan fənlərə və mövzulara elmi yanaşma üsulu da, metodika da kökündən dəyişilməlidir.

Çox söz demək istəyirəm.Qorxuram ki, özünü ən yaxşı təhsil mütəxəssisi hesab edənlər məni başa düşməsinlər.Amma hər halda etiraf etmək lazımdır ki,biz elm öyrənməkdə milli təhsil tariximizi hərtərəfli öyrənməliyik.Bu işi bacarmayanlar özlərinə təbiətin qoynunda daha maraqlı məşğuliyyət tapa bilərlər.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika PrezidentininSərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi.

Bakı,06.06.2017.

Geri dön