Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran inqilab məhkəməsi 17 yaşlı məktəb öyrəncisi olan Azərbaycan milli fəalını 4 il həbsə məhkum etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İran inqilab məhkəməsi 17 yaşlı məktəb öyrəncisi olan Azərbaycan milli fəalını 4 il həbsə məhkum etdi

İran inqilab məhkəməsi 17 yaşlı məktəb öyrəncisi olan Azərbaycan milli fəalını 4 il həbsə məhkum etdi


Güney Azərbaycanın qərbi Azərbaycan əyalətində Mahabad(Soyuq Bulaq) inqilab məhkəməsi 17 yaşlı məktəb öyrəncisi olan Azərbaycan milli fəalını nizam əleyhinə təbliq etmək və milli güvənliyə qarşı addım atmaq ittihamları ilə dörd illik həbsə məhkum etmişdir. Bu milli fəalın haqqında əldə olunan bilgilərə görə , Cavadi kiya adlı hakim, Səhəndi siyasi fəaliyyətlər , o cümlədən qanunsuz iclaslar keçirmək, yeni insanları milli hərəkətə cəzb etmək, Dərgi yayınlamaq ittihamları ilə bir il zindan və 3 il də asılı ya təliqi zindana məhkum etdi.

Səhənd bəy, toplam 4 il zindana məhkum edilmişdir. Hakim bir məhkəmə qərarını yazılı olaraq Səhənd bəyə verməmiş, şifahi olaraq söyləmişdir. Səhənd bəyin ailəsi hakiminqərarı bu formada bildirdiyinə görə etiraz etmişlər. Xatırladaq, 17 yaşlı Səhənd bəy, Qoşaçayda anadan olmuşdur. Səhənd bəy, ötən ilin Sentyabr ayında tutuqlanmışdı. 40 gün təkadamlıq kamerada işkəncələrə məruz qaldıqdan sonra 75 min dollarlıq mülki girov müqabilində azadlığa buraxılmışdı. Səhənd Nobəxt , məktəb öyrəncisi olduğu müddətdə “Səhənd” və “Azərbaycan” adlı dərgiləri hazırlayaraq məktəbdə yayırmış. Bu dərgilər fəaliyyətlərinə iki il davam etdikdən sonra daha yayınlamasına izn verilmədi. Beləliklə Səhənd bəy, Duman adlı kitabevi açmaq və internet satış saytı açmaqla(www.duman.ir) Türkcə kitablar satmağa başladı.

Geri dön