Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qaraqoyunluların Hindistanda yaratdığı Qolkonda Sultanlığı və Qütbşahlılar sülaləsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türkün şanlı tarixi > Qaraqoyunluların Hindistanda yaratdığı Qolkonda Sultanlığı və Qütbşahlılar sülaləsi

Qaraqoyunluların Hindistanda yaratdığı Qolkonda Sultanlığı və Qütbşahlılar sülaləsi


Hindistan tarixində Qaraqoyunluların- Azərbaycan türklərinin yaratdığı Qolkonda Sultanlığı və bu dövləti yaradan Qütbşahlılar sülaləsi özünəməxsus yer tutur. Qolkonda Sultanlığında rəsmi dil Azərbaycan türkcəsi və farsca idi. Hindistanda Qaraqoyunluların yaratdığı Qolkonda Sultanlığı 1518-1687-ci illərdə mövcud olmuşdu.1467-ci ildə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın ordusu Muş düzənliyində Ağqoyunlular −Uzun Həsən tərəfindən məğlub edilir.1467-ci ilin 4 oktyabrında Cahanşah Ağqoyunlular tərəfindən öldürülür. Qaraqoyunluların dövlətinin sonuncu hökmdarı Həsən Əli olur (1467-1468). Həsən Əli də 1469-cu ildə Ağqoyunlular tərəfindən öldürülür. Qaraqoyunlu dövləti süqut etdikdən sonra Qaraqoyunlu tayfalarının bir hissəsi Şərqi Anadolunu və Azərbaycan hüdudlarını tərk edərək Ağqoyunluların təzyiqi və təqibi nəticəsində Hindistan ərazisində yerləşirlər.
Qütbşahlılar sülaləsi Qaraqoyunluların hakim sülaləsi Baharlı sülaləsinin davamı idi. Qolkonda Qaraqoyunluları Qütbşahlılar sülaləsini belə sıralamaq mümkündür:
Sultanqulu bəy Baharlı Qütbülmülk (1518-1543).
Cəmşidqulu Bəy Baharlı Qütbşah (1543-1550).
Sübhanqulu Bəy Baharlı Qütbşah (1550).
İbrahimqulu Bəy Baharlı Qütbşah (1550-1580).
Məhəmmədqulu Bəy Baharlı Qütbşah (1580-1611).
Sultan Məhəmməd Bəy Baharlı Qütbşah (1611-1625).
Abdulla Bəy Baharlı Qütbşah (1625-1672).
Əbülhəsən Bəy Baharlı Qütbşah (1672-1687).
Hindistanda Azərbaycan türklərinin qurduğu dövlət Qolkonda Sultanlığı adlanır. Qolkonda Sultanlığı 1518-ci ildə qurulmuş, 1687-ci ilə qədər mövcud olmuş Qaraqoyunlu dövlətidir. Bu sultanlığın ilk hökmdarı Sultanqulu Bəy Baharlı Qütbülmülkdür (1518-1543).
Sultanqulu Bəy Baharlı həm Qolkonda Sultanlığının yaradıcısı, həm də Qütbşahlılar sülaləsinin banisidir. Baharlı sülaləsinə mənsub Qaraqoyunlu şahzadəsi idi.1470 –ci ildə Azərbaycanın Həmədan şəhərinə bağlı Sədabad kəndində doğulmuşdur. Atası Üveysqulu bəy Baharlı, anası Məryəm xanım olmuşdur. Babası Pirqulu Bəy Baharlı Qara İsgəndərin, nənəsi Xədicə Bəyim isə Cahanşahın nəvəsi idi. Babası öləndə hələ 12 yaşı vardı. Hərb sənəti ilə məşğul olmaqdan xüsusi zövq alırdı.
Ağqoyunlu hökmdarı Sultan Yaqubun taxta çıxmasından sonra Qaraqoyunlu tayfalarının sıxışdırılması gücləndi. Atası Üveysqulu tərəfindən qardaşı Allahqulu ilə birlikdə Qaraqoyunlu tayfasına mənsub insanlarla birlikdə dini yaymaq bəhanəsi ilə Əfqanıstanın Kafiristan adlanan ərazisinə göndərildi.1490-cı ildə Qaraqoyunlular Hidistan ərazisində yerləşən Bəhməni dövləti ərazisində hərbi xidmətə başladılar. Sultanqulu Bəy Baharlı öz tayfası ilə birlikdə II Mahmud şah Bəhmənin sarayında xidmətə başladı.1487-ci ildə yerli əyanların qiyamında qaraqoyunlular şahı ölümdən xilas etdilər.Şah Sultanqulu Bəyi ikinci vəzir vəzifəsinə irəli çəkdi.1496-cı ildə Telinqan əyalətinə və Qolkonda qalasına vali təyin edildi.1518-ci ildə Bəhməni Sultanlığının (1347-1527) sultanı II Mahmudun ölümündən sonra əmirlər üsyana qalxdılar.Əhməd Nizamşah Əhmədnaqar sultanlığını,Yusif Adilşah Bicapur krallığını, Fəthullah İbadülmülk Berar sultanlığını, Qasim Barid isə Bidər sultanlığının əsasını qoydu. Sultanqulu da öz növbəsində Qolkondanın müstəqilliyini elan edərək Qolkonda Sultanlığının Qütbşahlıların Qaraqoyunlu dövlətinin əsasını qoydu.
Sultanqulu hakimiyyətə gələndən sonra Səfəvilər dövlətinə (1501-1736) yaxın olmaq üçün Səfəvi dövlətinin rəsmi məzhəbi ələviliyi, islam dinini dövlət dini elan etdi.1736-cı İldə Nadir Şahın hakimiyyətə gəlişi ilə Əfşar imperatorluğunda rəsmi məzhəb cəfəri məzhəbi olmuşdur.Hazırda İran ərazisində Nadir şahın yaratdığı məzhəb cəfəri məzhəbi hakimdi. Beləliklə, Qolkonda ələvi sultanlığı quruldu.Sultanqulu Bəy Baharlı Qütbülmülk əsasən Vicayanaqar imperiyasına qarşı yürüşlər etmiş Krişna çayı və Qodavari çayı arasındakı əraziləri fəth edərək Hind okeanı sahillərinə çatdı. Sultanqulu sultanlığı ərazisində Qolkondadan başqa ikinci mərkəzi Varanqala idi. Sultanqulu bəyin sultanlığı bütün Hindistan yarımadasını əhatə edirdi. Ərəbistan dənizindən Benqal körfəzinə qədər uzanırdı. Sultanqulu bəyin altı oğlu və dörd qızı vardı:
Heydər xan-atasının sağlığında vəfat etmişdir.
Qütbəddin-şahzadə,qardaşı Cəmşidqulu tərəfindən kor edilmişdir.
Cəmşidqulu Bəy-şahzadə- II Qütbşah.
Əbdülkərim-atasına üsyan etmiş və edam edilmişdir.
Dövlət xan Dəli-qardaşı İbrahimin dövründə vəfat etmişdir.
İbrahimqulu şah-şahzadə- IV Qütbşah.
Sultanqulu Bəy Baharlı Qütbülmülk 2sentyabr 1543-cü ildə,oğlu Cəmşidqulu tərəfindən namaz üstə öldürülmüşdür.Ölən vaxtı onun 73 yaşı vardı. Ölümündən sonra Cəmşidqulu taxta keçmişdi.
Cəmşidqulu Bəy Baharlı Qütbşah 1543-1550-ci illərdə Qolkonda Sultanlığının ikinci hökmdarı olmuşdur. Sultanqulu Bəy Baharlının oğlu olan Cəmşidqulu Bəy 2 sentyabr 1543-cü ildə atasını öldürərək taxta çıxıb. Bidər sultanlığı ilə müharibə aparıb.1550-ci ildə xəstəlikdən vəfat etmişdir.
Sübhanqulu şah-Qütbşah- Qolkonda Sultanlığının üçüncü hökmdarı idi.1543-cü ildə doğulmuşdur. Atası Cəmşidqulu Bəy Baharlı,anası Bilqız Zaman xanımdır. Hakimiyyətə gələndə hələ 7 yaşı vardı.1550-ci ildə yanvar ayından iyuladək hakimiyyətdə olmuşdur. 1550-ci ildə qardaşı İbrahimqulu Bəy 7 ay sonra-1550-ci ilin iyulunda qardaşı Sübhanqulunu devirərək taxta çıxmışdı.
İbrahimqulu Bəy Baharlı Qütbşah Qütübşahlıların IV sultanı (1550-1580). İbrahimqulu şah Vali –Qolkonda sultanı ilk dəfə sultan titulundan istifadə etmişdir. Sultanqulu şahın üçüncü oğlu idi.1518-ci ildə doğulmuş,qardaşı Cəmşidquludan qorxduğu üçün 1543-cü ildə Vicayanaqara qaçmışdı.O,burada Teluqu dilini də mükəmməl öyrənmişdi.Onun hakimiyyəti dövründə ələvi qaraqoynlulardan əlavə hindular da dövlət vəzifələrinə gətirildi.Vicaynaqar imperiyasına qarşı Əhmədnaqar, Bicapur, Berar və Bidar sultanları ittifaq bağladılar. Bu ittifaqa Qolkonda sultanları Qütbşahlar da qoşuldu. 23 yanvar 1565-ci ildə Rakşasi və Tanqadi kəndləri yaxınlığında döyüş baş verdi. Bəzi mənbələrə görə 1 milyondan çox əsgərin iştirak etdiyi döyüşdə 140 min müsəlman Vicaynaqar əsgəri sultanların tərəfinə keçdi.Vicayanaqar imperiyası yıxıldı.1580- ci ildə İbrahimqulu şah Kondavidunu işğal etdi və Udayagiri yağmaladı.1580-ci ildə İbrahimqulu şah vafat etdi.Yerinə oğlu Məhəmmədqulu şah keçdi.
Qütbşah Məhəmmədqulu Qütbşahların V sultanıdır (1580-1611). Məhəmmədqulunun hakimiyyəti illərində Qolkonda sultanlığı daha da genişləndi.1565-ci ildə dünyaya gəlmişdi. İbrahimqulu şahın üçüncü oğlu idi. Anası Əhmədnaqar sultanı I Hüseyn Nizam şahın qızı idi.15 yaşında taxta gətirilmişdi.Məhəmmədqulu şah 1586-ci ildə Andranı işğal etdi. Penukondanı özü mühasirəyə almışdı.Qandikota və Qutti torpaqlarının ilhaqını isə qaraqoyunlu tayfasına mənsub sərkərdəsi Rüstəm xana tapşırmışdı.Vicayanaqar hakimi II Venkata qarşı Rüstəm xanın başçılığı ilə 100 min qaraqoyunlu əsgəri hücuma göndərildi. Lakin hindlilərin tələsinə düşən qaraqoyunlular artilleriya atəşləri altında əsgərlərinin yarısını itirdi.Qaraqoyunlu sərkərdəsi Rüstəm xanın özü isə öldürüldü.
Məhəmmədqulu şah farsca, teluqu və urdu dillərində şeirlər müəllifidir.Urdu ədəbiyyatında ilk “sahibi-divan“ təxəllüsü almış şəxsdir. Məhəmmədqulu Bəy Baharlı Qütbşah 1591-ci ildə Çarminar məscidinin yerində olan Çiçelam kəndində Pakmati adlı bir rəqqasə ilə tanış olub evlənmişdi.Daha sonra bu rəqqasə Heydər Mahal adını almışdı. Məhəmmədqulu şahın yeganə övladı Həyat Bəxş xanım qardaşı oğlu Sultan Məhəmməd şah ilə evlənmişdi. Məhəmmədqulu Bəy Baharlı 1591-ci ildə həyat yoldaşı Pakmatinin (adını dəyişdirib Heydər Mahal qoymuşdu) şərəfinə Heydərabad (Hindistan) şəhərini saldırdı və bu şəhər Qolkonda Sultanlığının paytaxtına çevrildi. Bu şəhər hazırda Andhra-Pradeş ştatının inzibati mərkəzidir. Heydərabad şəhərindəki Qütbşahlılar sülaləsinin saray kompleksi müsəlman və hind memarlığının sintezidir.Qolkonda Qaraqoyunlu Sultanlığının paytaxtı 1518-1591-ci illərdə Qolkonda şəhər qalası idi. Məhəmmədqulu şah 1591-ci ildə tikdirdiyi Heydərabad şəhərini paytaxt etdi.Qolkonda Qaraqoyunlu Sultanlığının paytaxtı 1591-1687-ci illərdə Heydərabad şəhəri oldu. Qolkonda Sultanlığının üçüncü mərkəz şəhər qalası Varanqala idi.
Sultan Məhəmməd şah Qütübşahlıların VI sultanıdır (1611-1625). I Şah Abbasın Məhəmməd şahın sarayında Hüseyn Bəy Keçəçibaşı adlı səfiri vardı.
Abdulla şah Qütübşahlıların VII sultanı (1625-1672). Hakimiyyətə gələndə 14 yaşı vardı. Şah Cahanın oğlu Övrəngzib Əhmədnaqara hücum etdi. Abdulla şah Moğollardan (özbəklərdən) asılı olduğunu elan etməyə məcbur oldu. Abdulla şahın oğlu yox idi. İki qızı vardı. Onlardan biri Padşah Bibi xatun -13 aprel 1656-cı ildə Övrəngzibin böyük oğlu Məhəmməd Sultan ilə evlənmişdi. Məhəmməd atası tərəfindən edam edilmişdi. Digər qızı-Əbül Həsən Qütbşah Baharlı ilə evlənmişdi.Onu əvəz edən elə kürəkəni idi.
Əbülhəsən Bəy Baharlı Qütbşah Qütübşahlıların VIII sultanı idi (1672-1687). Əbülhəsən Tana 1672-ci ildə Qütbşahlılar dövlətinin sultanı elan olundu.1683-cü ildə Övrəngzibə olan xəracını vermədiyi üçün hücuma məruz qaldı.120 min nəfərdən ibarət Moğol (özbək) ordusuna qarşı qaraqoyunlular 35 min əsgərlə çıxmağa məcbur olmuşdu.Qolkonda qalasının 8 aylıq mühasirəsi başladı. Bu mühasirə Moğol ordusunu zəiflətsə də admiral Münəvvər xanın dənizdən gələn ərzaq yardımı ilə ordu öz gücünü bərpa etdi. Qütbşah sərkərdələrindən qaraqoyunlu tayfasına mənsub Sərəndaz xan və Müqərra xan qaraqoyunlu əsgərləri ilə Moğollara qoşulmuş, şəhəri Övrəngzibə təslim etmişdilər.Əbülhəsən Tana əsir düşmüşdü.Həyatının son illərini əsirlikdə keçirən şah 1699-cu ildə vəfat etmişdi.
Qolkonda Sultanlığı (Qütbşahlılar dövləti) rəsmən 1687-ci ildə Böyük Moğol İmperiyasının tərkibinə daxil oldu. Baharlı sülaləsinə mənsub adamlar Moğol imperatorluğunda Aud nəvvabları kimi tanınır. Hidistanın şimalında əyalət olan Aud Qaraqoyunlulara Qolkonda sultanlığına əvəz olaraq hakim təyin olunmuşdular.1722-ci ildə Böyük Moğollar imperyasının imperatoru Sultan Məhəmməd şah Səadətəli xanı Audun valisi təyin etdi. ”Nəvvab” titulunu qəbul etdi. Audun paytaxtını Feyzabad şəhərinə köçürdü. Aud nəvvabları çox vaxt baş vəzir (baş nazir) vəzifələrinə qədər yüksələ bilmişdilər. Hindistanın şimalında əyalət olan Aud- Aud nəvvabları Qaraqoyunluların davam edən nümayəndələridir. Son Aud nəvvabı Bircis Qədir xan olmuşdu. Bundan əlavə Hindistanda “Aud Şahlıq Ailəsi” kimi Qaraqoyunlu sülaləsi üzvlərini birləşdirən təşkilatlar var. Hindistan dövlət quruculuğunda, ordu quruculuğunda Hindistanın maddi -mədəni yüksəlişində Azərbaycan türklərinin, qaraqoyunluların xidmətləri misilzizdir. Qolkonda Sultanlığı və Aud nəvvablığı Hindistanı idarə edən Azərbaycan türklərinin qurduqları dövlətlərdir.

Elşən Mirişli
Gəncə şəhəri tarixçi

Geri dön