Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Baş kardioloq: "Azəbaycanda ürək-damar xəstəlikləri sürətlə artır"
Baş kardioloq: "Azəbaycanda ürək-damar xəstəlikləri sürətlə artır" |
"Son illər Azərbaycanda ürək-damar xəstəlikləri epidemioloji xarakter daşıyır və yayılma sürəti artır".
Bunu Azərbaycanın baş kardioloqu Faiq Quliyev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, hazırda ölkədə 1000 nəfər əhaliyə 4 nəfər arterial hipertenziya xəstəsi düşür: "Ölkədə ürək-damar xəstəliklərindən arterial hipertenziya 40 yaşdan yuxarı insanlarda 40%, 50 yaşdan sonra 50%, 60 yaşdan yuxarı insanlarda isə 60% təşkil edir". F.Quliyev bildirib ki, son vaxtlar əhalinin orta yaş göstəricisinin artması ilə əlaqədar ölkədə ürək xəstəliklərinin faizi artmağa başlayıb: "Əgər Avropada 70 yaşdan yuxarı əhali arasında ürək çatışmazlığı 10% təşkil edirsə, bu rəqəm Azərbaycanda 70 yaşdan yuxarı əhali arasında 12-13%-dir. Əgər bu xəstələr xəstəxanalarda lazımi müalicə olunarsa, şuntlama və digər əməliyyatlar həyata keçirilərsə, ölüm halı 1% olar, əks halda bu rəqəm 3-4% təşkil edir". Geri dön |