Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güneyli milli fəallar Salar Turi və Vəhid Həbib Çeşmənin məhkəmə işləri bitmir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güneyli milli fəallar Salar Turi və Vəhid Həbib Çeşmənin məhkəmə işləri bitmir

Güneyli milli fəallar Salar Turi və Vəhid Həbib Çeşmənin məhkəmə işləri bitmir


Azərbaycanlı fəallar Salar Turi və Vəhid Həbib Çeşmə 2012-ci fevralın 21-i (1390-cı il isfəndin 2-i) Səhənd şəhərində tutuqlanıblar.İlk olaraq Üskü şəhərinin istintaq idarəsində onların dosyesinə baxılıb. Müstəntiq qanunsuz qruplarda üzv olmaq və sistemin əleyhinə təbliğ ittihamlarını elan etdikdən sonra, dosye Üsküünün ümumi məhkəməsinə göndərilib.Üskü məhkəməsinin hakimi isə azərbaycanlı fəalların dosyesini Təbrizin inqilab məhkəməsinə göndərib. Hakim azərbaycanlı fəalların mülki vəsiqə qarşılığında azadlığa buraxılması məsələsini gələcək birinci məhkəmə iclasına qədər geri atıb.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəallar Salar Turi və Vəhid Həbib Çeşmə daha bir neçə azərbaycanlı fəalla birlikdə Təbriz zindanında saxlanılırlar.

Geri dön