Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > 1919-cu ilin Zəngəzur döyüşləri - General Cavad bəy Şıxlinskinin döyüşlər barədə hərbi nazirliyə teleqramı
1919-cu ilin Zəngəzur döyüşləri - General Cavad bəy Şıxlinskinin döyüşlər barədə hərbi nazirliyə teleqramı |
Bu gündən etibarən təqdim etdiyimiz məktublar içərisində Demopkratik Cümhuriyyətin dönəmində torpağımıza soxulan ermənilərə qarşı döyüşən və bu döyüşlər barəsində komandanlığa məlumat verən generallarımızın məktublarına da yer ayıracağıq. Çünki hərb tariximizi o qədər də ətraflı öyrənməmişik. O üzdən də tapıb-təqdim etdiyimiz hər bir sənəd insanlarımızın maariflənməsinə xidmət edəcəyini düşünürəm. Beləliklə...
Zəngəzurda məskunlaşan ermənilər İrəvan daşnaklarının təhrikiylə bu vilayəti özlərinə ilhaq etmək niyyəti ilə Azərbaycan hakimiyyətini tanımırdılar. 1919-cu ilin oktyabr ayında general Cavad bəy Şıxlinskinin komandanlığı altında Zəngəzur ermənilərinə qarşı hərbi yürüş oldu. Bu səfər bir aydan artıq davam etdi. Zəngəzurdakı erməni hissələrinə qarşı hərbi əməliyyatlar aparan Cavad bəy Dığ kəndi ərazisində düşmənin möhkəmləndirilmiş istehkamlarını dağıdır və kəndi onlardan təmizləyir. Az sonra ingilislərin işə qarışması ilə hücum dayandırılır. Həmin il noyabrın 23-də olan barışığa əsasən erməni hərbi hissələri Zəngəzur ərazisini tərk edir. Bu gün də olduğu kimi ermənilərin havadarları görəndə ki, Azərbaycan tərəfi (istər Demokratik Cümhuriyyətin dönəmində, istərsə də indi) əks hücumla torplaqlarına göz dikənləri qovub çıxarır, o saat o havadarlar araya girib döyüşü saxladırlar. Çünki o qüvvələr heç bir vaxt Azərbaycanın erməniləri yenməsinə razı ola bilmirlər. Bu dünən də elə idi, bu gün də elədir. Enter.News hərb tariximizin tədqiqatçısı Şəmistan Nəzirlinin araşdırmalarından əldə etdiyi Genral Cavad bəy Şıxlinskinin 1919-cu ilin noyabrın 8-də olan döyüşlər barədə Hərbi nazirliyə göndərdiyi teleqramı təqdim edir: “Adamların həddindən artıq yorulduqlarını və Dığ kəndini əldə saxlamağın mümkün olmayacağını müəyyənləşdirdikdən sonra, mən qrupu Zabıx çayının şimal sahilinə çəkməyi və əlverişli mövqe tutmağı qərar aldım. Bütün hissələr çayı sağ-salamat keçib müəyyən olunmuş mövqeyi tutdular. Enişi enərkən toplardan biri yoldan çıxdı və dərəyə düşdü, onu çıxarma mümkün olmadı. Həmin topun açarını, təkərlərini və mühüm hissələrini söküb götürdük. Top bizim mövqeyimizin yaxınlığındadır, çalışıram ki, ayın 9-na kimi çıxardıb aparaq. Mənim bütün gösətrişlərimi yerinə yetirmək üçün Yadigarovun dəstəsi Abdallara gəlib. Qəhrəmanlıqla həlak olan Cavanşir alayının podpraporşiki Muradovun və Zaqatala alayının praporşiki Qazıyevin böyük cəsurluğunu xüsusi qeyd etməliyəm. Bizim artilleriyada əla döyüş xidmətləri olan podpolkovnik Novruzovun məharətini də unuda bilmərəm. Bizim itki belədir: Zaqatala alayından həlak olan və itkin düşən 40 nəfər, 50-i nəfəri isə yaralanıb. Cavanşir alayından 5 nəfər həlak olub, iyirmi nəfər yaralanıb, Qarabağ alayından isə ikisi və artilleristlərdən bir nəfər yaralanıb. Zabitlərdən üçü həlak olub, dördü isə yaralanıb. İtkilərimziin sayını əlavə olaraq yenə sizə bildirəcəm. General Cavad bəy Şıxlinski Abdallar kəndi” Təqdim etdi: Rəşad Sahil Geri dön |