Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Güney Azərbaycan Türklərinin I Forumu”ilə bağlı mətbuat konfransı keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > “Güney Azərbaycan Türklərinin I Forumu”ilə bağlı mətbuat konfransı keçirilib

“Güney Azərbaycan Türklərinin I Forumu”ilə bağlı mətbuat konfransı keçirilib


Bu gün Türkiyənin paytaxtı Ankarada keçiriləcək “Güney Azərbaycan Türklərinin I Forumu”nun Azərbaycan üzrə təmsilçisi Aynur İmranova və Cənubi Azərbaycan sevərlər mətbuat konfransı keçirib.

“Davam.az”-ın məlumatına görə, Konfransı giriş sözü ilə açan Aynur İmranova Forumun təşkilatçısı Azərbaycan İzmir Kültür dərnəyinin başqanı Cemal Mehmethanoğlunun salmlarını mətbuat işçilərinə çatdırıb. O, mövzunun və tədbirin vacibliyini vurğulayıb və qeyd edib ki, bu gün Güney Azərbaycanın haqq səsini dünyaya çatdırmaq hər birimizin ən ümdə vəzifəsi, borcudur.
Forumda Milli Konqres yaradılma məsələsinin də gündəmdə olduğunu bildiriən digər çıxış edənlər, bu hadisənin Azərbaycan tarixində müstəsna əhəmiyyəti ola biləcyini də vurğulayıblar. Mətbuat Konfransının sonunda Media üçün açıqlama yayaılıb.
Media üçün açıqlamanın tam mətnini sizə təqdim edirik.
Hörmətli Mətbuat əməkdaşları,
Daha əvvəl 21-22 Aprel 2012 tarixində elan etdiyimiz, "Beynəlxalq Azərbaycan Türkləri 1. Forumu "nu, daha geniş təşkil etmək məqsədilə, 12-13 May 2012 tarixinə Türkiyənin paytaxtı Ankara şəhərində keçirəcəyik.
Foruma, Türkiyədən, Azərbaycandan və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, elm adamları, sənətçilər, diaspor təşkilatları, partiyalar, Qeyri Rəsmi Hökumət təşkilatları nümayəndələri, sənət adamları və Güney Azərbaycan Türklərinin Gerçək Dostları dəvət edilmişdir.
Foruma 500-dən çox İştirakçının qatılması gözlənilir.
Forumumuza, Güney Azərbaycan Türklərinin milli problemlərini öz problemləri kimi görən, onların milli və demokratik mübarizələrinə dəstək olan hər Türkün, hər İnsan'ın qatılması vacibdir və biz bunun üçün əlimizdən gələni edəcəyik.
Forumu fərqli edən 5 əsas xüsusiyyət vardır.
• Milli tədbir olması:
Bu tədbirdə Güney Azərbaycan Türklərinin problemlərini müzakirə ediləcək, həll yolları ilə bağlı konkret bir sənəd ortaya qoyulacaq. Məhz buna görə də iqtidar müxalifət ayrı-seçkiliyi qoyulmadan, ya da fərqli görüşlər bir kənara qoyularaq bütün Cənubi və Şimali Azerbaycan partiyaları dəvət edilmişdir.
• Demokratik bir yığıncaq olması: Yığıncağa qatılan hər kəsin, əvvəldən müraciət şərtiylə və forumun məqsədləri xaricinə çıxmamaq şərtilə, danışma və səs istifadə etmək hüququ vardır.
• İştirakçı bir tədbir olması:
İştirakçılar, təyin etmək üsulu ilə dəvət edilməmişdir. Forum hər kəsə açıqdır. Açıq dəvət edilmişdir. Hər partiya, hər şəxs, hər QHT təşkilatı, əvvəl müraciət şərti ilə forumun işində iştirak edə bilər. Forumumuzun bu xüsusiyyətinin bir nəticəsi olaraq da, bütün iştirakçılar, yol və yerləşmə xərclərini özləri ödəyəcək.
• Müasir bir yığıncaq olması:
Forumumuz, Dünyəvi bir yığıncaq olacaq.Gəncliyin və qadınlarımızın iştirakı mövzusunda xüsusi işlər həyata keçirilir. 40 yaş altı iştirakın% 60, qadınlarımızın iştirakının isə ən az% 30 olması nəzərdə.Xüsusilə, Cənublu soydaşlarımızın, partiyalarımızdan, təşkilatlarımızın iştirakı mövzusunda maksimum səy göstəriləcək.
• "Qeyri Hökumət Təşkilatı" bir yığıncaq olması: Toplantımız tamamilə rəsmi olmağa bir yığıncaq olacaq. Heç bir dövlətdən maddi ya da hər hansı bir dəstək alınmadan, keçiriləcəkdir.
Forumumuzu belə təqdim edirik, "Ankarada bir araya gələcək olan, Güney Azərbaycan Türklərinin Gərçək Dostları, səslərinin çıxdığı qədər yüksəkdə, var gücləriylə, Güney Azərbaycan Türklərinin milli problemlərini, Dünyaya haykıracaklar"
Forumumuzun məqsədlərini belə sıralayırıq:
• Güney Azərbaycan Türklərinin milli problemlərini danışmaq, çarələr axtarmaq.
• Güney Azərbaycan Türklərinin varlığını və milli mübarizələrini bütün dünyaya daha təsirli bir şəkildə çatdırmaq
• gələcəkdə, bölgəmizdə gözlənilən, olabiləcək hadisələr qarşısında, Güney Azərbaycan Türklərinin, İraqda Kərkük Türkləri kimi diqqətdən kənarda qalmamaları üçün, dünyanın diqqətini, İran ilə birlikdə Güney Azərbaycan türklərinə çevirmək.
• Güney Azərbaycan Milli təşkilatlarını bir araya gətirərək, güc və hərəkət birliyi yarada bilmə şərtlərini meydana gətirmə.
• Güney Azərbaycan Türklərinin milli və insani problemlərinin daimi olaraq, beynəlxalq platformalarda dilə gətirməsi, müdafiəsi üçün, dünya Azerbaycanlılarından və Azərbaycan Türklərinin dostlarından ibarət olan, MİLLİ AZƏRBAYCAN Şurası adlı bir təşkilat (təşkilat) yaratmaq.
Hörmətli mətbuat əməkdaşları, Azərbaycan Diaspora tarixində, əhəmiyyətli bir yer tutacaq olan forum işlərinə dəstək olmanızı, foruma qatılmanızı və forumun nəticələrinin bütün dünyaya çattırılması mövzusunda, sizlərin köməyini gözləyirik.

Geri dön