Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazim Nasrəddinov: - ... Yaxşıya kərim dünya.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Nazim Nasrəddinov: - ... Yaxşıya kərim dünya.

Nazim Nasrəddinov: - ... Yaxşıya kərim dünya.


Bu Dünya- Şirin Dünya,

Quyusu dərin dünya.

Bu gün də belə keçdi,

Yaxşıya kərim dünya.




(Yada düşür yetmiş yaşlı yaşıdlarım)




Bu dünyada hər adamın öz yeri,

İşıqlı dünyada çaşanlar azdır.

Çaşana yerini göstərir dünya,

Dünya bu cəhətdən düzdür, tarazdır.



Tələsən insanlar təndirə düşür,

Kimisi səhv edir kəndirə düşür,

Əyrilər son vaxtlar yaman sürüşür,

Baxmır ki, bu, Kürdür,yoxsa Arazdır.



Topuq məsələsi burda anılmır,

Doğru söz deyəndə insan yanılmır.

Qanmayan, görəsən,niyə yonulmur

Bəlkə elə bilir toxunulmazdır.



Mənim yaşıdlarım gedirlər, haray...

Bəd xəbər səslənir,hər həftə, hər ay...

Niyə vaxtsız -vaxtsız sökülür saray

Bu necə oyundur, bu necə bazdır?



Əvvəllər qorxurdum otuz yeddidən,

İndi qırx yeddiyə yaxın getmirəm.

Fikrimdə dolanır bu fikir hər dəm:

"Ah. Dünya necə də bir oyunbazdır".



70-in yanından sıfrı silən yox,

Sabahkı gününü dəqiq bilən yox.

Nə qədər tutsa da özünü mərd,tox,

Dünyanın bir üzü sərtdir, bombozdur.



Nazim Nəsrəddinov.

14.06.2017.

Geri dön