Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda korrupsiya faktı ilə əlaqədar baş həkim saxlanıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Bakıda korrupsiya faktı ilə əlaqədar baş həkim saxlanıldı

Bakıda korrupsiya faktı ilə əlaqədar baş həkim saxlanıldı


Korrupsiya Qarşı Mübarizə İdarəsi Mərdəkan və Buzovna xəstəxanalarında əməliyyat keçirib

Azərbaycanda bir neçə səhiyyə işçisi korrupsiya faktı ilə əlaqədar tutulub. Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakının Xəzər rayonunda, 26 saylı Mərdəkan və 14 saylı Buzovna xəstəxanalarında əməliyyat keçirib. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində 14 saylı Buzovna xəstəxanasının baş həkimi Oqtay Salamov və daha bir neçə həkim şübhəli şəxs qismində saxlanılıb. Onlar rüşvət almaqda günahlandırılırlar. 14 saylı Buzovna xəstəxanasından APA-ya faktı təsdiqləsələr də, bu barədə ətraflı açıqlama verilməyib. 26 saylı Mərdəkan Xəstəxanasından isə hazırda xəstəxanada prokurorluq tərəfindən əməliyyat aparıldığını bildiriblər.

Geri dön