Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əli Həsənov: 907-ci düzəliş erməni lobbisinin təzyiqi ilə qəbul edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Əli Həsənov: 907-ci düzəliş erməni lobbisinin təzyiqi ilə qəbul edilib

Əli Həsənov: 907-ci düzəliş erməni lobbisinin təzyiqi ilə qəbul edilib


Azərbaycan 20 ilə yaxındır ki, ABŞ-ın siyasi planlaşdırma mərkəzlərinə və dövlət siyasətini həyata keçirən bütün instansiyalara çatdırmaq istəyir ki, 907-ci düzəliş məsələsində ölkəmizin haqqı pozulub. Bunu şənbə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Həsənov xatırladıb ki, 907-ci düzəliş ədalətsiz bir qərardır.
"Azərbaycan bu qərara layiq deyil. Bu, erməni lobbisinin təzyiqi ilə 1992-ci ildə Azərbaycana qarşı qəbul edilmiş qərardır və onu aradan qaldırmaq lazımdır. Ötən dövr ərzindəki fəaliyyətimizlə sübut etmişik ki, bu qərar sözün həqiqi mənasında ədalətsiz qəbul olunub, Azərbaycan Ermənistanı blokadaya salmayıb, Ermənistan oz-özünü blokadaya salıb. Ermənistanla Azərbaycan arasındakı məsafəni işğal edən Ermənistandır", - PA rəsmisi bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan üçün bu qətnamənin heç bir aktuallığı yoxdur.
"Biz ABŞ-dan heç bir maliyyə, iqtisadi yardım gözləmirik. Buna heç ehtiyacımız da yoxdur. Azərbaycan ABŞ ilə bərabər hüquqlu tərəfdaşdır. Əgər bu ölkənin siyasi planlaşdırma mərkəzləri hesab etsələr ki, bu düzəlişi aradan qaldırmaq bundan sonra ABŞ-ın maraqlarına cavab verir, qaldırarlar. Əks halda biz bunun üzərinə getməyəcəyik. Bizim 907-ci düzəliş çərçivəsində ABŞ-dan hər hansı qrant almağa ehtiyacımız yoxdur", - Ə. Həsənov qeyd edib

Geri dön