Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > "Beynəlxalq təşkilatların subyektiv maraqlara dayanaraq, mövqe sərgiləməsi ədalətli deyil" AÇIQLAMA
"Beynəlxalq təşkilatların subyektiv maraqlara dayanaraq, mövqe sərgiləməsi ədalətli deyil" AÇIQLAMA |
“3 aylıq həbs qətimkan tədbiri seçilmiş Əfqan Muxtarlının azad edilməsi və ona qarşı irəli sürülmüş ittihamların ləğvi ilə bağlı Avropa Parlamentinin Azərbaycana etdiyi çağırışı ədalətli qərar hesab etmək olmaz. Bu, Azərbaycanın hüquq müstəvisinə müdaxilədir və qərəzli xarakter daşıyır”. Bunu SİA-ya Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
Onun sözlərinə görə, Əfqan Muxtarlı ilə bağlı iş Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən araşdırılır və ortada sübutlar vardır ki, bunlarla bağlı da məhkəmə öz sözünü deyəcək: “Fərdin siyasi, mediya və ya hər hansı ictimai fəaliyyəti onu qanun qarşısında imtiyazlı etməməlidir. Avropa Parlamentinin məsələyə yanaşması sanki bu prinsipin pozulmasının tələbi kimi bir şeydir. Bu isə öz növbəsində heç bir beynəlxalq hüquq normalarına sığmır”. Azərbaycanda siyasi partiyalara dövlət tərəfindən hər hansı bir təzyiq göstərilmədiyini deyən partiya sədri fəaliyyətləri dönəmində hakimiyyət tərəfindən hər hansı bir siyasi təzyiqə məruz qalmadıqlarını və dövlətin güc strukturları tərəfindən onlara qarşı sifarişli davranışlar müşahidə etmədiyini dilə gətirib: “Mən müxalifət partiyasının lideriyəm və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycanda ən aktiv fəaliyyət göstərən təşkilatlardan biridir. Aktiv bir müxalifət partiyasına qarşı göstərilən siyasi dözümlülük onun göstəricisidir ki, hakimiyyət siyasi fəaliyyətinə görə insanlara güc strukturları vasitəsilə təziq etmək niyyətində deyil. Əgər belə bir davranış olsaydı, ilk olaraq bu münasibət bizim kimi təşkilatlara qarşı hiss olunmalı idi. Bu baxımdan bəzi hallarda beynəlxalq təşkilatların ölkəmizdəki bir qrup şəxsin subyektiv maraqlarına dayanaraq, mövqe sərgiləməsi ədalətli deyil və çox təəssüf ki, biz tez-tez bu cür halların şahidi oluruq”. Nailə Məhərrəmova Geri dön |