Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hər gün 15-20 dəqiqə sürətlə gəzmək iltihabi prosesləri aradan qaldıra bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Hər gün 15-20 dəqiqə sürətlə gəzmək iltihabi prosesləri aradan qaldıra bilər

Hər gün 15-20 dəqiqə sürətlə gəzmək iltihabi prosesləri aradan qaldıra bilər


Sağlam həyat sürməyin bir neçə vacib şərti var. Yuxu norması, düzgün qidalanma və idman etmək həmin sıraya daxildir. Gün ərzində idman məşğələlərinə vaxt ayırmaq, fiziki fəallıq və yaxud açıq havada gəzmək sağlamlığa çox müsbət təsir göstərir.

ABŞ alimləri gündə 20 dəqiqə gəzməyin orqanizmdə iltihabi proseslərin azalmasına kömək etdiyini söyləyirlər. Onların apardığı tədqiqatda aparılan tədqiqatlarda iştirak edən 47 könüllü hər gün yüksək sürətlə 20 dəqiqə gəzib. Gəzintidən sonra tədqiqat iştirakçılarının qan analizləri aparılarkən iltihabi markerlərin 5 faiz aşağı düşdüyü müəyyən edilib. Hər gün 15-20 dəqiqə yüksək sürətlə gəzmək orqanizmdə iltihabı prosesləri aradan qaldıra bilər.

Araşdırmaların rəhbəri Sudi Konq bildirir ki, mütəmadi idman edəndə orqanizmdəki immun hüceyrələri üçün çox faydalıdır. Fiziki fəallıq nəticəsində orqanizmdə hormon istehsalının artması immun sisteminə müsbət təsir göstərən reseptorları aktivləşdirir. Lakin bununla belə mütəxəssislər orqanizmi çox yormağı da məsləhət görmürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Geri dön