Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk tədqiqatçı: “Türkiyə ilə Azərbaycan qüvvələrini daima birləşdirməlidir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan, Müsahibə > Türk tədqiqatçı: “Türkiyə ilə Azərbaycan qüvvələrini daima birləşdirməlidir”

Türk tədqiqatçı: “Türkiyə ilə Azərbaycan qüvvələrini daima birləşdirməlidir”


Aldadılmış millət-üsyançı ermənilər” kitabının müəllifi, tarix elmləri doktoru Gürbüz Mızrakın müsahibəsi:

- Vaxtilə Qərb imperializminin və Çar Rusiyasının ortaya atdığı “erməni məsələsi”nin mahiyyəti nə idi?

- Səlçuk sultanı Alparslan Anadoluya gələndə o bölgədə ermənilər yox idi. O vaxtlar ermənilər Anadolunun Çukurova bölgəsində, Şərqi Anadoluda və Qafqazdakı Türk bəyliklərinin hakimiyyəti altında olan bölgələrdə yaşayırdılar. İstanbuldakı Erməni patriarxiyasını onlara böyük humanistlik nümunəsi göstərərək Sultan Fateh Məhmət qurmuşdu. Özlərinin Türkcə danışmaları, oxuyub-yazmaları bir tərəfə, kilsələrində “İncil”i belə Türkcə oxuyurdular. Osmanlı imperiyası başqa millətlər kimi, onları da “sadiq təbəə” kimi görürdü. Ta ki XİX əsrin ikinci yarısına qədər. Dövlətimiz zəifləyəndə Qərb imperializmi və Çar Rusiyası, bizim vətəndaşlarımız olan ermənilərdən bizə qarşı istifadə etmə planını həyata keçirməyə başladılar. ”İslahat” adı altında Osmanlının daxili işlərinə qarışan Qərb müstəmləkəçiləri erməniləri dövlətimizə qarşı təşkilatlandırmağa başladılar. Bizim “dövlətin sadiq vətəndaşları” kimi gördüyümüz erməni separatçılarını Türk və müsəlman düşmənlərinə çevirib terror aksiyaları törətdirdilər.

Separatçı ermənilər Şərqi Anadolunun bəzi vilayətlərini əhatə edən əraziləri “Qərbi Ermənistan” adlandırmağa başladılar. Eyni əməlləri Qarabağda, Qafqazın başqa bölgələrində, Cənubi Azərbaycanda, Krımda həyata keçirdilər. Çar Rusiyası, Fransa və İngiltərə ilə gizli əməkdaşlığa girərək müharibədə olan Osmanlı imperiyasını arxadan vurdular. Qafqaz cəbhəsindəki İİİ ordunun, Suriya cəbhəsində savaşan İV ordunun və İraqda vuruşan Vİ ordunun varlıqları təhdid altında qalmışdı. Osmanlı imperiyası üçün yaranmış o ağır şəraitdə dövlətin önündə 3 variant dururdu: 1) Dövlət üsyançılarla vətəndaş müharibəsinə girəcəkdi; 2) Üsyan edən erməni separatçılarını imperiya torpaqlarının daha uzaq guşələrinə göndərəcəkdi; 3)Separatçı terrorçuların əməllərinə göz yumub ölkənin parçalanmasına müşahidəçi qalacaqdı. Heç bir dövlət bunu etməzdi. Dövlətimiz də erməni separatçı terrorçularına qarşı ən humanist yolu seçərək onları imperiyanın başqa guşələrinə göndərdi. ”Erməni məsələsi”nin qısa şəkildəki mahiyyəti - imperialist dövlətlərin Osmanlı imperiyasının vətəndaşı olan erməniləri təhrik edərək, təşkilatlandıraraq, əsrlər boyu qayğı gördükləri dövlətə qarşı qısqırtmalarıdır. Bu hiyləgər və xain əməllərin qarşısında hansı dövlət lazımi tədbirləri görməzdi? Bizim dövlətimiz ən humanist tədbiri görmüşdü.

- Cümhuriyyət dövründə yaşanan hadisələr ermənilərin qısqırdılmaya davam edildiyini bir daha sübut etmədimi?

- Türkiyə Cümhuriyyəti bütün vətəndaşları kimi ermənilərə də bərabər hüquqlar verməsinə baxmayaraq, 1970-ci illərin əvvəlindən başlayaraq diasporadakı erməni təşkilatları Türkiyəyə qarşı terror aksiyalarını davam etdirdilər. Erməni ASALA terror təşkilatı 1973-1984-cü illər arasında xaricdəki bir çox qiymətli diplomatımızı şəhid etdi. Soyuq müharibənin bitməsi ərəfəsində, 1989-cu ildə Ermənistan parlamenti 1921-ci ildə imzalanmış Moskva sazişini ləğv edərək Türkiyə-Ermənistan sərhədini qəbul etmədiyini və Türkiyədən torpaq tələb etdiyini bildirdi. Türk millətinə qarşı nifrətini fürsət düşən hər yerdə soyqırımlara, qətliamlara çevirən erməni terrorçuları 1992-ci ilin fevralında qardaş Azərbaycanın Qarabağ bölgəsində Türk millətinə qarşı soyqırımı törətdilər. Daha sonra isə Türkiyəyə qarşı qondarma “soyqırım” tələbləri irəli sürərək təzminat və torpaq qoparma həvəsinə düşdülər.

- 2005-ci ildən başlayaraq, Türkiyə o böhtanlara qarşı tarixi sənədlərlə obyektiv şəkildə mübarizə apararaq, ermənilərə yerlərini göstərdi. Avropa İnsan Haqları Məhkəməsinin qərarı isə onların boş ümidlərini tamamilə puça çıxardı...

- Son illərdə Türkiyə qondarma “soyqırım” böhtanlarına qarşı ləyaqətli şəkildə mübarizə apardı. Bu illərdə Türkiyənin xoş niyyətlərinə baxmayaraq, Ermənistan və erməni diasporu Türkiyəyə qarşı düşmən mövqeyindən əl çəkmədi. Təəssüf ki, ölkəmizin bəzi yüksək səviyyəli idarəçiləri yaxın keçmişdə səhv açıqlamalar verdilər. Məsələn, dövlətimiz üçün çox mühüm məsələ olan Dersim hadisəsində tez-tez “Dövlət Dersimdə soyqırım yapdı”- sözlərini daxili siyasətə alət edərkən diaspora ermənilərinin bundan Türkiyəyə qarşı qondarma “soyqırım” böhtanlarında istifadə edəcəklərini düşünmədilər. Xaricdən maliyyələşən bəzi QHT-lər, elm adamları, jurnalist-yazarlar da Türkiyənin qondarma “soyqırımı” qəbul etməsi üçün fəaliyyət göstərdilər. Biz 1915-ci ildə ərazi bütövlüyümüzü qorumaq üçün erməni separatçılarına qarşı ən sülhsevər yoldan tədbir görmüşdük.

Mübarizənin bundan sonrakı mərhələlərində Türkiyə ilə Azərbaycan öz qüvvələrini daima birləşdirməlidir. Ermənilərin Türkiyəyə atdıqları “soyqırım” böhtanlarının əsas məqsədlərindən biri də onların Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımın gündəmə gəlməsinə əngəl olub unutdurmaqdır. Buna imkan verməməli, Xocalı soyqırımını daima dünyanın gündəmində saxlayaraq erməniləri əvvəl-axır məhkum etdirməliyik. 15 sentyabr 1918-də Bakını erməni ünsürlərindən təmizləyən Qafqaz İslam Ordusu komandanı Nuri paşa və Bakının xilas edilməsində müstəsna rolu Ərzurumlu Mürsəl paşa da bizim ortaq qəhrəmanlarımızdır.

- Kitabınız nə vaxt çıxıb?

- Kitabım bir neçə ay əvvəl çıxsa da satışına bu günlərdə başlanıb. Elm dünyasının, siyasətçilərin, araşdırma mərkəzlərinin, tələbələrin kitaba göstərdikləri maraq məni çox məmnun edir. Kitabımın təxminən 1 ay əvvəl Azərbaycanda da çıxdığına dair məlumat almışam, ancaq hələ ki, mənə gəlib çatmayıb.

Geri dön