Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın Avroparlamentin qətnaməsinə səbrli yanaşmasının səbəbi...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycanın Avroparlamentin qətnaməsinə səbrli yanaşmasının səbəbi...

Azərbaycanın Avroparlamentin qətnaməsinə səbrli yanaşmasının səbəbi...


Tahir Kərimli: “Sanki hər kəs Azərbaycanda nöqsan axtarır”;

Fərəc Quliyev: “Bunu o zaman böyütmək olardır ki, sənəd kifayət qədər ciddi olsun”

Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi sərt qətnamədən bir həftə ötür. Bu müddət ərzində müəyyən iqtidar təmsilçiləri tərəfindən qərara sərt təpkilər verilsə də, Azərbaycan hökumətinin ümumilikdə bu məsələdə ehtiyatlı davrandığı müşahidə olunur.
Ekspertlər mövcud durumu müxtəlif istiqamətlərdə şərh edirlər. Onlar hesab edirlər ki, rəsmi Bakı Qərblə, xüsusilə, nüfuzlu beynəlxalq qurumlarla münasibətləri pozmamaq üçün ehtiyatlı, səbrli siyasətə üstünlük verir. Bu siyasəti müdafiə edənlərin sayı kifayət qədər çoxdur. Çünki 700-dən çox üzvü olan avroparlamentin 70-ə yaxın təmsilçisinin qəbul etdiyi qətnamənin nə Avropa Parlamentinin, nə də Qərbin mövqeyinin olmadığı vurğulanır.


Siyasi şərhçilər Azərbaycanın bu şəkildə hədəfə alınmasının Rusiyanın maraqlarına işlədiyini düşünürlər. Həmin qətnamənin də daha çox Rusiyaya bağlı olan sosialist qrupun üzvlərinin ortaya çıxardığı bildirilir. Heç şübhəsiz ki, Kreml heç zaman region dövlətləri ilə Qərb arasında yaxın əlaqələrin olmasını istəmir. Bu cür təzyiqlərə məruz qalan Azərbaycan tipli ölkələrin isə sonunda səbir kasaları dolur və nəticədə Qərblə soyuq münasibətlər yaranır...

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli hesab edir ki, Azərbaycanın yürütdüyü hazırkı siyasət onun apardığı dövlət siyasəti ilə birbaşa bağlıdır: “Dövlət siyasəti konfliktə girməmək, tərəf saxlamamaq, bir-birinin daxili işlərinə qarışmamaqdır. Ona görə mövcud durum Azərbaycanın dövlət siyasətinin mahiyyətini göstərir. Azərbaycan heç bir halda hətta onu tənqid edən təşkilatlarla belə münasibətləri qırmaq istəmir. İstəyirik ki, hər bir dövlətə bərabər şəkildə münasibət göstərilsin, Ermənistana başqa, Azərbaycana tam başqa cür münasibət göstərilməsinin əleyhinəyik. Vəziyyətimiz elədir ki, Ermənistan istisna olmaqla istənilən ölkə və təşkilatla əlaqələrin yüksək səviyyədə qurulmasının tərəfdarıyıq. Bunu daim hiss etmişəm. Daim axtarışdayıq ki, hər hansı bir konflikt varsa, orada müəyyən razılığa gəlinsin. Bu baxımdan Azərbaycanın dövlət səviyyəsində kəskin reaksiyasını görmədim. Ölkəmizin çox həssas məqamında belə qətnamələrin qəbul edilməsi bir çox mətləblərdən xəbər verir.

Bizi gözləri götürməyənlər var. Azərbaycan müsəlman ölkələrinin şimalında yerləşir. Açığı, İslam Oyunlarında gözlədiyimiz kimi müsəlman dövlətlərinin reaksiyasını görmədim. Sanki hər kəs Azərbaycanda nöqsan axtarır. Dostda eyib axtaranın sonunda özü dostsuz qalır. Mən Azərbaycanın hazırkı siyasətini doğru hesab edirəm. İstənilən beynəlxalq təşkilatla, dövlətlərlə, xüsusilə, Qərb dövlətləri ilə aydınlaşmamış hələ çox şeylər var. Məsələn, Amerika ilə Azərbaycan formalaşmış münasibətləri yoxdur, yeni administrasiya dövründə. Bu da tək Azərbaycan tərəfdən asılı olan məsələ deyil. Amerikanın özünün də oturuşmuş müvafiq siyasəti yoxdur. Yeni prezident Donald Tramp seçki vaxtı verdiyi vədləri, önə çəkdiyi problemləri yerinə yetirmək qüdrətində deyil. Əksinə Amerikaya kənardan təsirlər görməkdəyik. Almaniya tipli dövlətlərdə ABŞ-ın hazırkı siyasəti ilə razılaşmama halları üzə çıxır. Beynəlxalq münasibətlərdə Azərbaycana təsir edə biləcək dövlətlər var. Bu sırada qonşu ölkələrimizi, eləcə də, Avropa dövlətlərini misal çəkə bilərik. Bu dövlətlər və Azərbaycana təsir edə biləcək beynəlxalq qurumlar arasındakı əlaqələr belə heç kəsə aydın deyil. Amma əvəzində rəsmi Bakı bu dövlətlər və təşkilatlarla bağlı uğurlu siyasət aparır. Məsələn, Avropa İttifaqı ilə danışıqlar gedir, hər iki tərəf arasında saziş bağlanacaq, çıxdığımız “Avronest”də fəaliyyətimizi bərpa etdik. ATƏT-lə müəyyən problemlər var ki, oda Qarabağ münaqişəsi ilə bağlıdır”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev isə Avropa Parlamenti tipli qurumların verdiyi bu cür qərarların tövsiyə xarakterli olduğunu bildirdi: “Son qətnaməyə Azərbaycan tərəfin münasibəti oldu. Partiya sədrləri, hökumət adamları, deputatlar mövqelərini sərgilədilər. Bunu o zaman böyütmək olardır ki, sənəd kifayət qədər ciddi olsun. Amma bu sənəd ümumi fikri ifadə edirdi. Deyilən fikirlərə də mövqelər oldu. Bunu ehtiyatlılıq kimi adlandırmazdım. Bu təsisatla ölkəmiz arasındakı münasibətlər də pozulmamalıdır. Orada Azərbaycan əleyhinə qərar çıxaran şəxslər bütövlükdə Avropa Parlamentinin mövqeyini sərgiləmirlər. Prosedura belədir ki, bir qrup adam-70-75 nəfər yığılıb qərar qəbul edə bilirlər. Amma orada 700-dən çox üzv var. Erməni lobbisinin qurbanı olmuş, ölkəmizə qarşı qərəzli münasibətdə olmuş bir qrupa görə bütövlükdə bir təsisatla münasibətlərimizi poza bilmərik. O təsisatın son zamanlar ölkəmizə yönəlik münasibətində müsbət amillər kifayət qədər var. Avropa Parlamenti üzvü olan dövlətlərin Azərbaycanla çox yaxşı münasibətləri var. Hətta onlar etiraf edirlər ki, Azərbaycan lazımı və ciddi tərəfdaşdır. Bu baxımdan belə profokosion qətnamələrə görə münasibətlərimizi pozmamalıyıq. Ən düzgün xətti yürüdürük”.


Cavanşir ABBASLI

Geri dön