Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Baş beyinin effektli müayinə üsulu
Baş beyinin effektli müayinə üsulu |
Elektroensefaloqrafiya (EEQ) - baş beynin bioelektrik aktivliyini qeyd etməklə, qeyri-invaziv müayinə üsuludur. Bu həssas üsul baş beyin qabığının və beyinin dərin strukturlarının cüzi funksional dəyişkənliyini əks etdirir.
EEQ baş beyinin funksional vəziyyətinin və qıcıqların təsirinə qarşı reaksiyasının keyfiyyət və kəmiyyət analizini etməyə imkan verir. Bu müayinə üsulunun aparılmasına heç bir əks-göstəriş yoxdur. EEQ epilepsiya və baş beyinin digər patologiyalarının diaqnozunda geniş tətbiq edilir. Elektroensefaloqramma elektroensefaloqraf cihazi ilə qeyd edilir, xüsusi elektrodlar pasiyentin başının dərisinə qoyulur. Elektroensefaloqrammanın açıqlanması əsasında nevropatoloq yaxud neyrofizioloq rəy verir. Bu müayinə nə vaxt aparılır? Yuxusuzluq Qıcolma Epilepsiya Kəllə-beyin travmaları Ensefalit, meningit Vegeto-damar distoniyası İnsultdan sonrakı vəziyyət Baş ağrıları Başgicəllənmələr Xroniki yorğunluq Diensefalik kriz Panik həmlələr Autizm Kəkələmə Nitq inkişafının ləngiməsi Müayinəyə hazırlıq Müayinədən 12 saat əvvəl kofeinli və energetik içkilər (tərkibində psixostimulyator var) qəbul etmək olmaz. Baş yuyulmalı və bundan sonra hər hansı vasitələrdən istifadə edilməməlidir. Müayinədən yarım saat əvvəl qida qəbul etmək lazımdır. Sakit vəziyyətdə olmalı. Müayinəni aparmaq olmaz: əgər pasiyent avtomobili şəxsən özü idarə edərək gəlmişsə; kəskin respirator virus infeksiyaları zamanı. Qeyd edək ki, hazırda Bioloji Təbabət Klinikasında EEQ müayinə metodu həyata keçirilir və nəticələr yüksək ixtisaslı həkim-nevroloqlar tərəfindən qiymətləndirilir. Ünvan: Bakı, Nəsimi, Seyid Cəfər Pişəvəri-110 Telefon: (+994 12) 430-89-89, (+994 50) 430-89-89, (+994 55) 430-89-89, (+994 70) 430-89-89 Geri dön |