Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda həbs olunan iki gənc azərbaycanlı şairlə bağlı yeni xəbər yayılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranda həbs olunan iki gənc azərbaycanlı şairlə bağlı yeni xəbər yayılıb

İranda həbs olunan iki gənc azərbaycanlı şairlə bağlı yeni xəbər yayılıb


Birqurup yazar Bakıda İran səfirliyi qarşısında bu günə planlaşdırılan aksiyanı təxirə saldılar.

İrana səfər etmiş iki gənc Azərbaycan şairi Şəhriyar del Gerani (Hacızadə) və Fərid Hüseynin Təbrizdə mülki geyimli şəxslər tərəfindən həbs edilməsi ilə bağlı narahatlıq artmaqdadır. Faktla bağlı hələ də təfsilatlar bəlli deyil.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ANN.Az-a açıqlamasında bildirib: “Bu məsələ bizim Təbrizdəki Baş konsulluğumuz tərəfdən araşdırılır. Hələlik bizdə bu iki nəfərin hansı şəraitdə, necə həbs olunmaqları haqda məlumat yoxdur. Yalnız bəzi fərziyələr var ki, Marağa və Təbriz şəhərlərində həbs ediblər gəncləri. Biz də hər iki variant üzərində işlərimizi davam etdiririk. Demək olar hər gün baş konsulluqla əlaqə saxlayırıq, məlumatlar alırıq. Bu gün də əlaqə saxlayacağıq. Yəqin bu gün gənclər barədə müəyyən bir informasiya mətbuata veriləcək”.

Qeyd edək ki, bu gün bir qrup gənc yazar məsələ ilə bağlı İranın Bakıdakı səfirliyi qarşısında aksiya (göstəri) keçirməyi planlaşdırırdı.

Lakin aksiya təxirə salınıb. Aksiya təşkilatçılarının ANN.Az-a verdiyi xəbərə görə, tədbir təxirə salınıb: “Bu gün Şəhriyarın atası Hacı Mail Hacıyevlə əlaqə saxladıq. O bildirdi ki, artıq İran səfirliyinə sorğu göndərilib. Məsələ ilə bağlı Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla şəxsən İran səfirliyinə müraciət edib. Hacı Mailin sözlərinə görə, məsələni həm də Azərbaycanın Xarici İşlər Nazirliyi araşdırır. Şəhriyarın atası hər hansı əlavə aksiyaya ehtiyac görmür. Bu səbəbdən də, dostlarımızın ailəsi ilə razılaşdırılmamış hər hansı addımı atmaq istəmədik”.

Aksiya təşkilatçıları ilə telefon söhbətində Ş.Hacızadənin atası onu da deyib ki, bu gün saxlanılanların taleyi ilə bağlı hər hansı məlumat alacağına ümid edir.

Geri dön