Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda bu il doğuş zamanı 27 ana ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanda bu il doğuş zamanı 27 ana ölüb

Azərbaycanda bu il doğuş zamanı 27 ana ölüb


“Azərbaycanda hər bir ana ölümü ciddi araşdırılır və son illər bu sahədə müsbət nəticələr əldə olunub. Bu nəticələr Avropanın bir çox ölkələri ilə müqayisə oluna bilər”.

Bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsəvər Ağayev bildirib. Nazir müavini qeyd edib ki, Azərbaycanda ana və uşaq ölümünün sayı azalıb: “Ana ölümündə həkimin səhvinin olduğu hallar da olur. Bu zaman cəzalandırma tədbirləri müxtəlif olur. Həkim üçün ən ağır cəzalardan biri onun işdən uzaqlaşdırılması və yaxud iş yerinin dəyişdirilməsi, töhmət verilməsi, inzibati cəza tədbirlərinin görülməsidir”.

E. Ağayev bildirib ki, 100 min doğuşa ana ölümü göstəricisi təxminən 15-dən bir qədər artıqdır: “Bu il 27 ana ölümü hadisəsi olub. Bu da respublika üçün böyük rəqəm deyil. Amma hər halda bu da bizi narahat edir və azaldılması istiqamətində mütəmadi işlər aparılır”.

Geri dön