Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Aqşin Mehdiyev: -Beynəlxalq ictimaiyyət Ermənistandan anneksiya və etnik təmizləmə siyasətini dayandırmağı tələb etməlidir-
Aqşin Mehdiyev: -Beynəlxalq ictimaiyyət Ermənistandan anneksiya və etnik təmizləmə siyasətini dayandırmağı tələb etməlidir- |
“Beynəlxalq ictimaiyyəti çağırırıq ki, Ermənistandan öz anneksiya və etnik təmizləmə siyasətinə son qoymağı tələb etsin”.
Bu fikirlər Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyevin BMT baş katibi Pan Gi Muna göndərdiyi məktubda öz əksini tapıb. Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, bu ilin iyulunda Azərbaycanın işğal altında olan ərazilərində qondarma “president seçkiləri”nin keçirilməsi planlaşdırılır. Səfir Aqşin Mehdiyev məktubunda bildirib ki, beynəlxalq birlik Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu işğal olunmuş ərazi kimi tanıyıb: “Ermənistan Azərbaycan torpaqlarının işğal etmək üçün hərbi güc sərf edib və orada marionet separatçı təsisat yaradıb. Bu təsisat təcavüzkar siyasətin törəməsindən başqa bir şey deyil və Ermənistanın siyasi, hərbi, iqtisadi və digər yardımlarının hesabına mövcudluğunu qoruyur. Bu separatçı təsisatın qeyri-qanuni olduğu dəfələrlə beynəlxalq səviyyədə vurğulanıb. Münaqişənin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə nizamlanmasına yönəlik siyasi səylərin davam etməsinə baxmayaraq Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif növ qeyri-qanuni fəaliyyət həyata keçirir. Bu isə Ermənistanın o torpaqları öz ərazisinə birləşdirmək niyyətini aşıq şəkildə ortaya qoyur”. Səfir BMT üzvü olan ölkələri bu cür qanunsuz və təxribat xarakterli addımlara qarşı birmənalı etiraz etməyə çağırıb. Geri dön |