Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məhkəmə Nemtsovun qətlində ittiham olunan bütün şəxsləri günahkar sayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Məhkəmə Nemtsovun qətlində ittiham olunan bütün şəxsləri günahkar sayıb

Məhkəmə Nemtsovun qətlində ittiham olunan bütün şəxsləri günahkar sayıb


Rusiyada andlılar məhkəməsi müxalif siyasətçi Boris Nemtsovun qətlində ittiham olunan bütün şəxsləri günahkar hesab edib.

Moskva Dairə Hərbi Məhkəməsi qətlin birbaşa icraçısı kimi ittiham edilən Zaur Dadayev də daxil olmaqla, 5 nəfəri günahkar sayıb. Gələn həftə prokurorluq Z. Dadayevə tələb etdiyi cəzanı açıqlayacaq, məhkəmə isə cəzanın müddətini təyin edəcək. Cinayət Məcəlləsinə əsasən sifarişli qətldə iştirak edənləri ömürlük həbs cəzası gözləyir.

İttiham olunanlar qərarı sakit qarşılayıb, onlardan birinin həyat yoldaşı isə ağlayıb. Üç gün ərzində 3 iclas zamanı andlılar yekun qərarı verməyə 13 saat vaxt sərf ediblər. Yekdil qərara gələ bilməyən andlılar arasında səsvermə keçirilib. 10 andlı iclasçı Dadayevi günahkar sayıb, 2-si isə bununla razılaşmayıb.

Qeyd edək ki, Boris Nemtsov 2015-ci il fevralın 27-də gecə saatlarında Kreml yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Martın 8-də Moskvanın Basman Rayon Məhkəməsinin qərarı ilə Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan əlavə, 2015-ci ilin noyabr ayından beynəlxalq axtarışda olan, qətlin ehtimal edilən sifarişçisi və təşkilatçısı Ruslan Muxudinov haqqında istintaq davam edir.

Geri dön