Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Suşi xərçəng yaradır
Suşi xərçəng yaradır |
Suşi qaraciyər xərçənginə səbəb olur.
Enter.News xəbər verir ki, həkimlər çiy balıqdan hazırlanan yeməklərin qaraciyər xərçəngi riski yaratdığını iddia ediblər. Araşdırmanın nəticələrinə görə, Asiya ölkələrinin mətbəxinə aid olan çiy balıq ətindən hazırlanan yeməklər sağlamlıq üçün zərərlidir. Şirin suda yaşayan balığın yastı qurdları nəzərə çarpmadan öd yollarına daxil olub, uzun illər ərzində orada təhlükəli iltihab prosesi törədir. Məlum olduğu kimi, xroniki iltihabın sonu xərçəng xəstəliyidir. Suşi kimi dünyada məşhur olan Asiya mətbəxinə aid yeməklərin çiy balıqdan hazırlanmasını nəzərə alan həkimlər bu qidanın istifadəsində insanları ehtiyatlı olmağa çağırır. Qaraciyər xərçəngi riski 2-ci tip diabet və artıq çəki ehtimalını da artırır. Amerika Onkologiya Cəmiyyətinin əməkdaşları 1,57 milyondan çox yaşlı insanın iştirakı ilə 14 tədqiqatın məlumatlarını təhlil ediblər. Könüllülər çəki, boy, siqaret çəkmək, spirtli içki içmək və xərçənglə bağlı başqa amillər barədə suallara cavab veriblər. Tədqiqatın əvvəlində iştirakçılardan heç biri xərçəngdən əziyyət çəkməyib. Tədqiqat göstərib ki, bədənin kütlə indeksi (BKİ) artdıqda kişilərdə qaraciyər xərçənginin inkişaf riski 38 faiz, qadınlarda isə 25 faiz artır. Belin həcmi artanda isə onun hər 5 santimetri üçün qaraciyər xərçəngi ehtimalı 8 faiz yüksəlir. İkinci tip şəkərli diabet xəstələrində qaraciyər xərçəngi diabetdən əziyyət çəkməyənlərlə müqayisədə iki dəfə çox inkişaf edir. Tədqiqat iştirakçılarında BKİ göstəricisi nə qədər çox olubsa, qaraciyər xərçəngi riski bir o qədər yüksək olub. Alimlər insanları öz çəkilərini nəzarətdə saxlamağa çağırırlar. Geri dön |