Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Ermənistan müstəqil deyil, vassal bir ölkədir
Ermənistan müstəqil deyil, vassal bir ölkədir |
Mübariz Qurbanlı: Ermənistanda demokratik seçkilərin keçirilməsindən danışmaq qeyri-mümkündür
Ermənistan müstəqil deyil, vassal bir ölkədir və belə bir ölkədə demokratik seçkilərin keçirilməsindən danışmaq qeyri-mümkündür. Bunu çərşənbə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib. "Onlar ikinci ölkənin sifarişini yerinə yetirirlər və bu da özünü hərtərəfli şəkildə göstərir", - o deyib. Qurbanlı Ermənistandakı seçkilərin əvvəldən axıradək saxtalaşdırıldığını bildirib. "Ən böyük saxtakarlıq seçicilərin sayının 2,5 milyon nəfər göstərilməsidir. Ermənistanda bu qədər seçicinin olması gülünc bir rəqəmdir. Ermənistanda bütün əhalinin sayı heç bu qədər deyil", - millət vəkili deyib. O qeyd edib ki, digər qanun pozuntuları da bəllidir və ATƏT bu barədə öz açıqlamasında bildirib. Geri dön |