Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Eurovision-la əlaqədar Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkətinin necə tənzimlənəcəyi açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Eurovision-la əlaqədar Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkətinin necə tənzimlənəcəyi açıqlanıb

Eurovision-la əlaqədar Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkətinin necə tənzimlənəcəyi açıqlanıb


Mayın 10-dan 31-dək yol polisi gücləndirilmiş rejimdə işləyəcək, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, yük avtomobilləri Baklıya buraxılmayacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkətinin tənzimlənməsi məsələsinə aydınlıq gətirib. İdarənin bölmə rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, mayın 10-dan 31-dək yol polisi gücləndirilmiş iş rejimində çalışacaq. Bu müddət ərzində paytaxtın inzibati ərazisinə düşən hissələrdə, xüsusilə də müsabiqənin keçirildiyi əraziyə bitişik küçə və yollar nəzarətə götürülməklə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq. Yük avtomobilləri isə şəhərə buraxılmayacaq.

V. Əsədov sürücüləri müsabiqənin keçirildiyi dövrdə paytaxtın Neftçilər prospekti, Azneft dairəsi, Azadlıq meydanı, Niyazi küçəsi, Z. Əliyeva, Rəsul Rza, Teymur Elçin küçələri istiqamətində şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə çağırıb.

V. Əsədov paytaxtın mərkəzi hissələrində çalışan sakinlərə də müraciət edib. Bildirib ki, Hökumət Evində, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Park Bulvarda, Neftçilər prospekti, Azadlıq meydanı, Azneft dairəsi və bu əraziyə bitişik hökumət və qeyri-hökumət təşkilatlarının ofislərində çalışan hər kəsdən xahiş olunur ki, işə gələrkən şəxsi avtomobillərdən istifadə etməsinlər. Həmin istiqamətlərdə küçələrdə park edilən bütün avtomobillər yığışdırılaraq cərimə meydançasına aparılacaq.

V. Əsədov bütün bunların müsabiqəyə gələcək xarici qonaqların təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildirib.

Geri dön