Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Almaniya səfiri: "Dağlıq Qarabağ dondurulmuş yox, közərməkdə olan münaqişədir"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Almaniya səfiri: "Dağlıq Qarabağ dondurulmuş yox, közərməkdə olan münaqişədir"

Almaniya səfiri: "Dağlıq Qarabağ dondurulmuş yox, közərməkdə olan münaqişədir"


Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabla müsahibə

- Almaniyalı investorlar üçün Azərbaycanda ən cəlbedici sahələr hansılardır?

- Almaniyalı investorlar hər zaman bütün dünyada biznes imkanlarına maraq göstərir. Bu il Azərbaycana Almaniyadan iki biznes nümayəndə heyətinin səfəri gözlənilir. Ümid edirik ki, biz bu marağı möhkəm işgüzar münasibətlərə çevirə biləcəyik. Almaniya şirkətləri adətən neft-qaz sahəsində liderlərdən sayılmır, amma onlar Azərbaycanda bu sahənin inkişafında podratçı və subpodratçı qismində rol oynayır. Bundan başqa, qeyd etmək istərdim ki, "Cənub Qaz Dəhlizi" Aİ-nin enerji ehtiyatlarının diversifikasiyası, eləcə də enerji strategiyası üçün əhəmiyyətli rol oynayır. Almaniya da Aİ kimi "Cənub Qaz Dəhlizi" layihəsini dəstəkləyir, çünki bu layihə Aİ üçün prioritet enerji layihələrindən biridir.

- Azərbaycan almaniyalı turistləri nə ilə cəlb edə bilər və Azərbaycanda turizmin gələcək inkişafını necə qiymətləndirirsiniz?

- Manatın devalvasiyası ilə əlaqədar Azərbaycana səyahət avropalılar üçün daha asan olub. Bundan başqa ASAN Visa - elektron vizaların verilməsi sistemi ölkəyə gəlişi daha da asanlaşdırıb. Hesab edirəm ki, vaxt keçdikcə, Azərbaycana gələn turistlərin sayı artacaq. Mən elə bir alman görməmişəm ki, Azərbaycana gəldikdən sonra, ölkənin gözəlliyindən heyranlıqla danışmasın. Bundan başqa, turizm cəmiyyətlərimiz arasındakı münasibətləri möhkəmləndirən qüvvə kimi iştirak edə bilər.

- Təkcə Azərbaycan üçün yox, bütün region üçün başlıca problem olan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Almaniyanın mövqeyi nədən ibarətdir?

- Almaniya münaqişənin həlli prosesində substantiv danışıqların başlamasını görməyi arzulayır. Biz hesab edirik ki, tərəflərdən heç biri zorakılığın artmasında maraqlı deyil. Almaniya dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir. Şəxsən mənim üçün bu dondurulmuş münaqişə yox, közərməkdə olan münaqişədir. Qarşıdurma xəttinin hər iki tərəfində insanlar öz həyatlarını itirir. Aİ-nin üzvü olaraq Almaniya ATƏT Minsk qrupunun və həmsədrlərinin səylərini dəstəkləyir.

- Sizin Azərbaycana səfir qismində gəlişinizdən artıq bir ilə yaxın vaxt keçib. Ölkə barədə təəssüratlarınız necədir?

- Mən birinci dəfə Azərbaycana 2001-ci ildə Gürcüstanda səfir olarkən gəlmişəm. İkinci dəfə isə 2016-cı ildə Almaniyanın Azərbaycandakı səfiri olmaq üçün gəlmişəm. Məni şəhərdə baş verən dəyişikliklər, şəhərin sürətlə gözəlləşməsi heyrətləndirib. Mən ayda bir dəfə Azərbaycanın regionlarına rəsmi səfərlər edirəm. Bu səfərlər də Azərbaycanın gözəllikləri ilə, təbiətin müxtəlifliyi ilə tanış olmağa imkan verir.

Geri dön