Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Putinin bu yeniliyini Azərbaycanda da tətbiq etmək olar, amma...”
“Putinin bu yeniliyini Azərbaycanda da tətbiq etmək olar, amma...” |
Fərəc Quliyev: “Bu, çox mütərəqqi bir addımdır”
Rusiya prezidenti Vladimir Putin korrupsiyaya qarşı mübarizə məqsədi ilə maraqlı yeniliyə imza atıb. Putinin qərarına əsasən, gələn ilin ilk günündən etibarən Rusiyada korrupsiyaya yol verdiyi üçün işdən azad edilən məmurların adları məxsusi olaraq bunun üçün hazırlanan xüsusi reyestrdə qeyd olunacaq. İctimaiyyət üçün açıq olan bu reyestrdə işdən qovulan və ya həbs edilən məmurun konkret hansı əməlinə görə cəzalandırıldığı da öz əksini tapacaq və onlar bir daha dövlət işində çalışa bilməyəcəklər. Maraqlıdır, Rusiyadakı məlum yeniliyin Azərbaycanda da tətbiqi məqsədəuyğun olardımı? Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev məlum yeniliyin bəzi dəyişikliklərlə ölkəmizdə də tətbiqini məqsədəuyğun hesab etdiyini vurğuladı: “Hesab edirəm ki, bu, çox mütərəqqi bir addımdır. Bu, ölkədə korrupsiyaya qarşı mübarizə baxımından müsbət bir tədbirdir. Azərbaycanda da korrupsiyaya qarşı mübarizə məqsədi ilə daha mütərəqqi variantlar tətbiq olunub. Dünyada heç bir analoqu olmayan “ASAN xidmət” korrupsiyaya qarşı mübarizə baxımından özünü doğruldan, dünya dövltələrinə nümunə olan bir sistemdir. Yəni Azərbaycanda korrupsiyanın qarşısını almaq üçün gözəl bir sistem formalaşıb. Putinin verdiyi qərar daha çox inzibati xarakterlidir və sonrakı dönəmdə reabilitasiyaya imkan verməməyə hesablanıb. Hesab edirəm ki, bunu müəyyən düzəlişlərlə Azərbaycanda tətbiq etmək mümkündür. Bəzi düzəliş və dəyişikliklərə onun Azərbaycanda tətbiqi normal olar”. Seymur Əliyev Geri dön |