Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan milli hərəkətinin gəlişim sürəcində öyrənci hərəkətinin rolu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > Güney Azərbaycan milli hərəkətinin gəlişim sürəcində öyrənci hərəkətinin rolu

Güney Azərbaycan milli hərəkətinin gəlişim sürəcində öyrənci hərəkətinin rolu


Giriş:
Tarixsəl dönüm noqtlarında meydana gələn önəmli toplumsal olayları tanımlamaq için qullanılan toplumsal hərəkət qavramı 18 yüz ilin ortalarında itibarən tartışmaya başlamış, 19 yüz ildən bu yana sosyal bilimlərdə gidərək önəm qazanmış və üzərində yoğun çalışılmışdır.
Sosyal bilimlər alanı yazınında toplumsal hərəkətlərin tanımlamaları aynı zamanda hərəkətlərin nitəlikləri haqqında da bilgi içərir. harəkətlərin kollektiv bir kimliyə dayalı , organizə olmuş çatışmacı və sürəklilik arz edən bir yapıya sahib olması, aynı zamanda bu hərəkətlərin nitəlikləri olaraq da qəbul edilməkdədir.
Toplumsal hərəkətinin mahiyitinə qısa bir baxış:
Toplumsal hərəkətlər, çox sayıda kişinin qatıldığı geniş ölçəkli və sürəklilik olan ortaq davranışları ifadə edər. Bireylərin bəlirli bir amacı için bir araya gəlmələri və ortaqlaşa etkinliklərdə bulunmaları toplumsal hərəkətlərin başlanqıç noqtasıdır. Kolektiv davranış ,egemən kültürün norm və dəğərlərini zorlayan çox sayıda kişinin qatıldığı gönüllü və özlüğündən oluşan eyləmlərdir.
Toplumsal hərəkətlərin ortaya çıxış biçimləri, amaçları və yöntəmləri baxımından bir birindən çox fərqili özəlliklərə sahib olsada, bu fərqililik toplumsal hərəkətləri ,ortaq davranış dəyişiminin hədəflənməsi , ortaq bir kimliyin varlığı görəli sürəklilik kimi təməl eksənlərdir
Toplumsal hərəkətlər bir dəyişməyi yada dəyişməyi əngəllənməyi hədəfləyəbilir. Sahib olduğu ortaq noqtalara qarşın toplumsal hərəkətlər özgün özəllikləri sahibdir. Çox böyük ölçəkdədə çeşidlilik sərgilər. Genəl olaraq toplumsal hərəkət biçimləri barış hərəkətləri, çevrəci hərəkətlər, işçi hərəkətləri, ifadə özgürlüğü və demokratik hərəkətlərdir.
Dünya da Öyrənci hərəkətinin yaranmasına qısa bir giris:
Öyrənci hərəktləri ; bütün sosyal hərəkətlər içərisində son yüz ildə özünə özgü şart və özəllikləri olan bir sosyal grubun egəmən gruba qarşı muxalifətini tanımlamaq için qullanılmaqdadır. Son yüz ildə toplumları dərindən etkiləyən kültürəl və siyasal dəyişmələrdə öyrəncilərin oynadığı rol hiç də küçümsəməyəcək qədər etkili və önəmlidır.
1960"ların sonlarında dünyada açıqça gözlənəbilən dərin və dramatik bir dönüşüm və kimilərinə görə bir devrim söz qonusu idi. 1970"lərin yeni siyasal ortamını şəkilləndirəcək olan 1968 mayisinda Fransada, öyrənci hərəkəti qısa sürədə dünyanın bir çox ölkələrinə də yayılmışdır. Öyrənci hərəkətləri eğitim krizi və basqıcı siyasal yönətimlər ilə soğuq savaşın gətirdiği ekonomik və siyası qoşullardan duyulan məmnuniyətsizlik yol açmışdır. Dolayısı ilə 1968 mayis ayinda başlayan öyrənci hərəkəti yaşanan dönüşümün işarət nitəliğindədir.
Güney Azərbaycan öyrənci hərəkətin milli söyləmə dayalı oluşması və gəlişim sürəci:
Devrimindən sonra İranın genəlində 1990 cı ilərə qədər öyrənci hərəkətində aktiv fəaliyətdən söz etmək zordur . 1990 ci ildən itibarən Güney Azərbaycanda öyrənci hərəkətinin zəmin yaradan bir neçə etkənin etkisiki ilə milli kimliyi hədəf alaraq orta çıxımışdı.
- Sovetlər birliyinin çöküşü ilə bərabər orta asiyada Türk cumhuriyətlərinin yaranmasi və Türkçülük şuurunun artması
-Quzey Azərbacanın bağımsızlığı,qarabağ savaşı və əbulfəzl elçi bəy faktoru Güney Azərbaycan öyrənci hərəkətini öz söyləmini kimik bazında yaranmasında büyük rolu oynamışdırş. Qarabağın işqalı Güney azərbaycanlı öyrəciləri tərəfindən ilk olaraq büyük protestolara nədən olmuşdur.
Güney Azərbaycan öyrənci hərəkəti bir yandan kültürəl fəaliyətini dəvam eddirirkən , diğər yandan da hərəkətin siyasiləşməsinə zəmin yaradırdı. Güney Azərbacan öyrənci hərəkəti İranda yönətim tərəfindən Azərbaycan Türkələrin olunan təhqir və ihanətlərə ciddi şəkildə qızdırmışdır.İranın rəsmi kanalı tərəfindən yapılan bir ankətdə Azərbaycan Türklərini təhqir edmələri Güney Azərbaycan öyrənciləri tərəfindən 1995 həm mitinglərə nədən olmuşdur. ,həmdə rəsmi organlara yazlı şəkildə etirazlarını bildirilmişdir. Güney Azərbaycan öyrənci hərəkətinin milli hərkətin siyasallaçmasında büyük öncü rol oyanamışdır. Təbrizdə 1996-cı ildə seçimlərdə Güney Azərbaycan öyrənci hərəkəti bütün güçü ilə bu seçimdə aktiv qatımışdır. Seçimi Güney Azərbaycan milli hərəkətinin qazanmasına baxmayaraq İran rejimi o dönəm Güney Azərbaycan öyrənci hərəkətini basdırmaq için çoxlu sayıda öyrənciləri tutuqlamsı ilə sonuçlanmışdır. 1990-cı ildən 1996-cı qədər Güney Azərbaycan öyrənci hərkətini birinci dalqa olaraq da adlandıra biləriz .
Güney Azərbacan öyrənci hərkəti 1996-cı ildən sonra yeni bir faza girmişdir. 1997 - cı ildə reformcuların hakimiyət gəlməsi ilə bərabər İran genəlində əsən ılımlı ortamdan, Güney Azərbaycan öyrənciləri öz milli haqlarının və istəklərini eldə etməsi için ilk olaraq 1998 -cı ildə Muhəqiq Ərdəbil üniversətəsində "Dan Ulduzu" dərgisi yayınlamaya başadı. Daha sonra,İranın genəlində Azərbaycanlı öyrəncilərin girişimi ilə 80 yaxın öyrənci dərgiləri çıxmaya başladı. İlk olaraq Güney Azərbaycanlı öyrəncilərin dərgisəl festivalı keçirilidi.Güney Azərbaycan öyrəncilərin çabası ilə İranın genəlində təhsil alan Azərbaycanlı öyrəncilərin üniversitələrdə Türk dil kilasları bərpa edməklə bərabər çeşitli kültürəl etkinliklər də düzənləyirdilər. Güney Azərbaycan öyrənciləri öyrəncisəl qurumlarda uyə olmaqla, bəzən də yönətim quruluna girməklə Güney Azərbaycan milli məsələnin daha da aktuəl qalmasına zəmin yaradırdılar. Güney Azərbaycan öyrənci hərəkəti reformcuların düzənlədiyi çeşitli panellerde, seminarlarda qatılmaqla bərabər milli məsələnin özəlliklə 15 və 19 cı maddələrin icra olunmasının gündəmə gəlməsi öz özlüğündə milli məsələnin aktuəlliyini qoruyurdu.
Güney Azərbaycan öyrənci hərəkəti bütün bu fəaliyətlərin yanında milli və tarixi şəxsiyətlərimizi anma törənlərini keçirmələri milli hərəkətin keçmişlə bağlarını sıxılaşdirması idi.
Güney Azərbaycan öyrənci hərkəti reformcu teyfin verdiyi vədələri gerçekələşməyəcəyini anlayınca, həm öyrəci hərəkətini, həm də milli hərəkəti reformcuların tuzaqıdan qurmaq için Babək qalasına yürüş başladı, Babək qalası milli hərəkəti şəhər mərkəzlilikdən çıxasa ,ancaq Babək qalası Güney Azərbaycan öyrənci və milli hərəkətinin özünə dönüş noqtasıdır.Babəkin Xurəmdinin cəsarətliyi ,onun vətən uğrunda savaşmasi Güney Azərbaycan toplumu için milli mucadilədə cəsarət qaynaqı olmuşdur.Eyni zamanda Babək qalası milli də tribuna çevrilmişdir.
1998-cı ildənm dan 2003 illərə qədər dəvam edən öyrənci dərgiləri eyni zamanda Güney Azərbaycan milli hərəkətin də tribunları sayılmaqdydı. Eynı zamanda öyrənci hərəkətinin gəlişim sürəcinə baxılırsa ən parlaq dönəmi də söyləyəniliriz.Güney Azərbaycan öyrənci hərəkət bu dönəmlər arası həsrət ədəbiyatından siyasi ədəbiyata keçərək ilə bərabər " gələcək bizimdir" şuarı da gələcəyə umudla baxmaq milli hərəkətin də bir söyləm halinə gəldi.
Güney Azərbaycan öyrənci hərəkətini 1997-cı 2003 -cı ilə qədər ikinci dalqa olaraq da adlandırabiləriz .
2003-ci ildən etibaren İranda reformcuların siyasi iflasa uğraması ilə bərabər İran " da öyrənci hərəkətlərinin fəaliyətlərini də etkiləmişdir. Güney Azərbaycan öyrənci hərkəti fəaliyət alanı daraımışdır. Arxa arxaya baqlanan öyrənci dərgiləri Güney Azərbaycan öyrənci hərkətini toplumla olan ilişkisini zəyifləmişdir.
Güney Azərbaycan bu sürəçdən çıxmaq için ,İran da internetin umumiləşməsi ilə bərabər Güney Azərbaycan öyrənci hərəkəti də bu durumdan yararlanaraq blog və saytların yaranmasi ilə bərabər yenidən toplum ilə olan ilişkisini teknoloji sayəsində yenidən qurmayi başardi.
May qiyami və Güney Azərbaycan öyrənci hərəkəti:
May qiyami mahiyət etibari ilə Güney Azərbaycan milli hərəkəti və öyrənci hərkətində bir dönüm noqtasıdır. 12 mayis 2006 İran devlətinin rəsmi xəbər ajansı olan İran qazetəsində Türkləri hamambəcəyinə bənzətən karikatorda"bizi böcəkləsdirməmələri için nə etməliyiz". Azərbaycan Türklərini ikinci kəz devlətin rəsmi kanalından təhqir olundu.
Krikator krizi Güney Azərbaycan öyrənci hərəkəti toplumu səfərbər etmək ünivərsitələrdə
düzənlənən mitnglər və protestolar qısa zamanda tün Azərbayca şəhərlərinə yayınland.May qiyamının ilk qığıcımları öyrəncilər tərəfindən başlatıldı. Güney Azərbaycan öyrənci hərəkəti bu mitinglərin gerçəkləşməsində başat rol oaynadı. Güney Azərbaycan öyrənci hərəkəti milli hərəkəti dəyil bəlki Güney Azərbaycan toplumu bu mitinglərə səfərbər eddi..Güney Azərbaycan öyrənci hərəkəti milli kimlik sahib çıxmaq zəruriyətindən yarnmışdır.Dolayısı ilə öz yaradığı misiya sahib çıxmaq zorundaydi. May qiyami ilə bərabər öz misyasını bir daha da göstərməklə bərabər eməyi boşa çıxmadı. Güney azerbaycan öyrənci hərəkətinin may qiyaminda kı, rolu ulusal kimliyi Güney Azərbaycan tolumu ilə birlikdə sahib çıxdı. Güney Azərbaycan ulusal kimliyinə sahib çıxması ilə bərabər Fars kimiliyin Güney Azərbaycan coğrafiyasinda zəyifləməsi , Azərbaycan Türk kimliyin güçlənməsidir. Azərbaycan Türk kimliyi güçlənməsi ,siyasallaşması Güney Azərbaycan öyərnci hərəkətinin yarandığı gündən izlədiyi misiyasidir.
Sonuç:
Öyrəncilərin oxuması( Entəlləktüəl rolu, gelişme və deyəşiməyə açiq olması). dinamik bir ortama və çevrəyə sahib olma və gələcəyin bəlirləyicisi olma özəlliyini daşıdığı için toplumsal bir hərəkətdə öyərəncisiz bir hərəkətini düşünmək zordudur.
Güney Azərbaycan öyrənci hərəkətini başqa öyrənci hərəkətlərindən ayıran, milli söyləmlərə dayanan, Çeşitli yöntəmlərlə asimilə olunmuş bir millətin milli kimlik uğrunda mücadələ verən Azərbaycançılık ,Türkçülük və çağdaşlıq ruhunu"gələcək bizimdir"şuarında biləşdirib daşımasıdır.
Güney Azərbaycan öyrənci hərəkəti bir yandan milli söyləmlərin toplum içində umumiləşməsinə çalışırkən, diğər yandan da milli söyləmlərə dayanaraq Fars mərkəzlı öyrənci hərəkətindən bağımsız hərəkət etməsidir. İlk olaraq milli siyası söyləmlərin İranın siyasi alanına daşımış və beləliklə teorik baxımından da fars metodolojisini çalışə çəkmişdir.
Güney Azərbaycan öyrənci hərəkəti ilə yanaşı xaricə öyrənci aktivistləri "Günaztac" kimi bilimsəl dərgisini çıxarması ilə bərabər çeçitli qonulara o cümlədən Fars milliyətçiliyini gerçək mahiyətini ortaya qoymuşdur. "Günaztac" kimi bilimsəl dərgilər ayni zamanda Güney Azərbaycan milli hərəkətini də dünya kamo oynuna tanımaqda büyük qatqıları olmuşdur.
Güney Azərbaycan öyrənci hərəkəti 1990-cı ildən günümüzə qədər milli hərəkət içərisində bəliləyici unsur kimi milli hərəkətin büyüməsində qonnumu etibari ilə başat rol oyanamışdır.
Güney Azərbaycan öyrəncisi dinamik yapısı və milli hərəkət içində kı, qonumu etibari ilə, bygün Urmu gölünün bilinçli şəkildə qurudulmasına ilişkin önləmlərin alınması yenə də başat rol oynayabilər. Urmu gölü sorunu milli hərəkətinin var olub olmama sorunudur. Dolayısı ilə Güney Azərbaycan öyrənci hərəkətini önümüzdəki günlərdə büyük bir sınav gözləməkdədir.
Şahin Xiyavlı
Oslo/08.05.2012

Geri dön