Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Mehmet Akif Ersoy “Quran”ı niyə tərcümə etmədi? – MARAQLI
Mehmet Akif Ersoy “Quran”ı niyə tərcümə etmədi? – MARAQLI |
Dilərsən feyzdar olmaq ülul-əlbabdan, Hadi,
Açıb məna qulağın, zahiri guşi firuş eylə! Yozqartlı Məhmət İhsan əfəndi İsmayıl Haqqı Şəngürlərə yazdığı bir məktubda deyir: “Akif Quranın tərcüməsində son dərəcə həssas davranırdı. Bir neçə ayəni tərcümə edib, son şəklini aldıqdan sonra mənə gətirərdi. Son şəkli birlikdə gözdən keçirikdik. Bəzən ufaq dəyişikliklər etməli olurduq.Tərcümə edilən Allah kəlamı olduğu üçün özünü böyük bir cavabdehlik altında hiss edərdi…” Bəli, doğrudan da Məhmət Akif Ərsoy Qurani-Kərimin tərcüməsinə hətta yazılandan daha çox həssaslıqla yanaşırdı. O qədər həssas və ciddi yanaşırdı ki, uşaqlıqdan ərəb dilini mükəmməl bilməyinə rəğmən müqəddəs kitabı tərcüməsini dayandırıb. Belə ki, 1925-ci ildə Türkiyə Böyük Millət Məclisi (TBMM) Qurani-Kərimin tərcüməsi ilə bağlı qərar qəbul edir və Diyanət İşləri Rəyasətinə tapşırıq verir. Quranı tərcümə görəvini isə, ən doğrusunu Məhmət Akif Ərsoyun edə biləcəyini bilərək ona tapşırırlar. Məhmət Akif tərəddüdlə tərcümə sifarişini qəbul edir. Amma bir qədər tərcümə etdikdən sonra tərcümədən imtina edir. Tarixçilərin yazdığına görə bu imtinanın səbəbi Akifin məscidlərdə namazların və əzanın türkcə yerinə yetiriləcəyindən nigarançılığı idi. Təbii ki, imtinanın səbəbi bu ola bilməzdi.Çünki Məhmət Akif tərcümə etməsə belə bütün bunlar ediləcəkdi və edildi də. Quran da tərcümə olundu, digər dualar da. Və Türkiyədə 18 il (1932-1950) əzan Türkcə oxundu. Menderesin hakimiyyətə gəlməyi ilə əzanın doğru şəkildə oxunmasına sərbəstlik verilir, məscidlərə əzan yenidən orijinalı formasında oxunur. (Yeri gəlmişkən onu da qeyd edim ki, qardaş dövlətin hazır ki, qanunlarında da Türkcə əzan yasaq deyil). Məhmət Akif Ərsoy müqəddəs kitabımızın tərcüməsini Ali İmran surəsinin 7-ci ayəsinə çatanda saxlayıb. Həmin ayədə buyurulur: “Sənə kitabı endirən odur. Onun (kitabın) bir hissəsi (Quranın əslini təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə : “Biz onlara iman gətirdik, onların hamısı rəbbimizin dərgahındandır”- deyərlər, onlar da təzəkkür etməzlər, sadəcə Ululəlbab təzəkkür edə bilər”. Ayədən göründüyü kimi Qurani-Kərimi ancaq ululəlbabın açıqlaya biləcəyi buyurulur və elə Akifin də, Akifliyi onda idiki digər Quran tərcüməçilərdən fərqli olaraq ululəlbab olmadığını ağıl edib, tərcüməsini saxlayıb. Bəs kimdir ululəlbab? Elə həmin surənin 190 və 191ci ayələrində buyurulur: “Sözsüz ki, göylərin və yerlərin yaradılışında, gecə ilə gündüzün ard-arda gəlişində ulul əlbab üçün əlbətdə ayələr (dəlillər) vardır. Onlar (ululəlbablar, lüblərin, Allahın sirr xəzinələrin sahibləri), ayaq üstə olarkən, oturarkən, yan üstü yatarkən (daima) Allahı zikr edərlər…” Yenə ayələrdən göründüyü kimi (tərcümə edənlər “ağıl sahiblər” yazmağına rəğmən) cənab Haqq ululəlbabdan bəhs edir və onların sifətini, əlamətini açıqlayır. Onların insanın hər üç halında, ayaq üstə olarkən, oturarkən, yatarkən, yani daima Allahı zikr etdiklərini buyurur. Bəs necə ululəlbab olmalı? Hər bir insan ululəlbab məqamına namizəddir. Zatən insanın yaradılış qayəsi də, elə budur, Qurani-Kərimi yaşamaq. Kitabı tam yaşamaq isə 24 saat Allahla olmaqla (Allahı zikr etməklə) olur ki, buna da, təbiiki az zikrlə başlanır. Məsələn Müzəmmil surəsinin 8-ci ayəsində Allahu-Təala buyurur: “Rəbbinin ismini zikr et və hər şeydən kəsilərək ona dön”. Bu ayədə ağırlıq zikrin, həm də zikrin necə edilməyinin (ismi ilə, Allah-Allah deyə edilməyinin) üzərinə olsada, ayədə başqa bir dəvət də var: “hər şeydən kəsilərək rəbbinə dön”. İnsan sosial varlıqdır. Hər şeydən kəsilərək rəbbinə dön əmri fizik vücudumuza deyil, cənab haqq bizi yaradarkən bizə üfürdüyü ruhumuzadır, ruh vücudumuzadır. Hansıki biz ruhumuzu bu dünya həyatında ikən Allaha qovuşdurmalıyıq, daha dəqiqi qovuşdurmağı diləməliyik. Ki, zikrimizin faydası olsun, zikrimiz mexaniki bir iş deyil, islah edici əməl olsun. Əhzab surəsinin 41-ci ayəsində artıq rəbbimiz bizi çox zikrə dəvət edir: “Ey mömin olanlar! Allahı çox zikrlə (günün yarısından çoxunu) zikr edin”. Nisə surəsinin 103-cü ayəsində isə cənab haqq namazdan, namazın bəlirlənmiş vaxtlar üçün fərz olduğundan bəhs edərək, daimi zikri üzərimizə fərz edir: “Beləcə namazı bitirdikdən sonra artıq ayaq üstə olarkən, oturarkən, və yan üstü olarkən(yatarkən) (davamlı) Allahı zikr edin! Daha sonra güvənliyə çıxdığınız zaman namazı ərkanıyla qılın. Sözsüz ki, namaz möminlərin üzərinə-vaxtları bəlirlənmiş bir fərz-olmuşdur”. Əslində oxuduğunuz bu yazı elə bir mövzudur ki, daha bir neçə ayə ilə, mütəfəkkir və övliya sözləri ilə bəzəyib çox uzatmaq olar. Amma rəbbimizin bir xəbərdarlıq ayəsi ilə yekunlaşdırıram. Yunus surəsi 7, 8: “Sözsüz ki, onlar bizə qovuşmağı (həyatda ikən ruhlarını Allaha qovuşdurmağı) diləməzlər. Dünya həyatından razı olmuşlardır və onunla doyuma çatmışlardı və onlar ayələrimizdən qafil olanlardır. Beləcə onların qazandıqları (dərəcələr) etibarı ilə gedəcəkləri yer alovdur”. Sərxan Carçı/Turkustan.info Geri dön |