Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Er­mə­ni tə­ca­vü­zü baş­la­yan­dan bə­ri Co­cuq Mər­can­lı­da ilk məs­kun­laş­ma baş­la­dı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Er­mə­ni tə­ca­vü­zü baş­la­yan­dan bə­ri Co­cuq Mər­can­lı­da ilk məs­kun­laş­ma baş­la­dı

Er­mə­ni tə­ca­vü­zü baş­la­yan­dan bə­ri Co­cuq Mər­can­lı­da ilk məs­kun­laş­ma baş­la­dı


"Köç Azər­bay­can əha­li­si­nin qorx­maz­lı­ğı­nı və öz tor­pa­ğı­na sa­hib çıx­maq ira­də­si­ni nü­ma­yiş et­di­rir"


Fə­rəc Qu­li­yev: "Co­cuq Mər­can­lı kən­di­nə qa­yı­dış bü­tün dün­ya­ya me­saj­dır ki, Azər­bay­can bir qa­rış tor­pa­ğı­nı da gü­zəşt et­mə­yə­cək"

Ötən ilin ap­rel ayın­da Azər­bay­can Or­du­su­nun hə­ya­ta ke­çir­di­yi uğur­lu əks-hü­cum hər­bi əmə­liy­ya­tı nə­ti­cə­sin­də Lə­lə­tə­pə yük­sək­li­yi­nin er­mə­ni iş­ğa­lın­dan azad edil­mə­sin­dən son­ra Cəb­ra­yıl ra­yo­nu­nun Co­cuq Mər­can­lı kən­din­də in­san­la­rın təh­lü­kə­siz ya­şa­ma­sı müm­kün olub. Bu­nun­la da ta­ri­xən bu­ra­da ya­şa­mış dinc əha­li­nin öz doğ­ma yurd­la­rı­na qa­yıt­ma­sı üçün Azər­bay­can Si­lah­lı Qüv­və­lə­ri­nin tam nə­za­rə­ti­nə keç­miş hə­min əra­zi­lər­də əsas­lı ye­ni­dən­qur­ma iş­lə­ri­nin baş­lan­ma­sı­na şə­ra­it ya­ra­nıb.
Ar­tıq Cəb­ra­yıl ra­yo­nu­nun Co­cuq Mər­can­lı kən­di­nin ye­ni­dən qu­rul­ma­sı­nın ikin­ci mər­hə­lə­si­nə start ve­ri­lib. Kən­də on­lar­la kran və yük ma­şı­nı cəlb edi­lib.
Məc­bu­ri Köç­kün­lə­rin So­si­al İn­ki­şaf Fon­du­nun di­rek­to­ru Sa­bir Əh­mə­dov APA-ya açıq­la­ma­sın­da Co­cuq Mər­can­lı­da 100 evin ti­kin­ti­si üçün 17 hek­tar tor­paq sa­hə­sin­də tə­miz­lə­mə iş­lə­ri­nin apa­rı­la­ca­ğı­nı de­yib. Kənd­də ye­ni ev­lər, uşaq bağ­ça­sı, 50 yer­lik xəs­tə­xa­na, in­zi­ba­ti bi­na, poçt mən­tə­qə­si, elə­cə də kom­mer­si­ya ob­yekt­lə­ri­nin in­şa­sı nə­zər­də tu­tu­lub.
Cəb­ra­yıl Ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı Ka­mal Hə­sə­nov me­dia nü­ma­yən­də­lə­ri­nə açıq­la­ma­sın­da bil­di­rib ki, Co­cuq Mər­can­lı­da apa­rı­lan ti­kin­ti iş­lə­ri­nin ikin­ci mər­hə­lə­si də kənd sa­kin­lə­ri­nin bü­tün­lük­lə ev­lə tə­min olun­ma­sı­na yet­mə­yə­cək: "Çün­ki əha­li­nin sa­yı kənd sa­kin­lə­ri­nin bu­ra­nı tərk et­dik­lə­ri dövr­lə mü­qa­yi­sə­də iki də­fə ar­tıb. Co­cuq Mər­can­lı er­mə­ni­lə­rin nə­za­rə­ti­nə ke­çən­də ev he­sa­bı ilə kənd­də 209 ev, 250 tə­sər­rü­fat var idi. Am­ma bu gün 418 tə­sər­rü­fat, yə­ni ai­lə möv­cud­dur. Hə­min dövr­də əha­li­nin sa­yı 1070 nə­fər idi­sə, bu gün 1500-dək ar­tıb".
Qeyd edək ki, Co­cuq Mər­can­lı­nın ye­ni­dən qu­rul­ma­sı­nın bi­rin­ci mər­hə­lə­sin­də in­şa olu­nan 50 evin sa­hib­lə­ri püş­kat­ma yo­lu ilə mü­əy­yən­ləş­di­ri­lib. On­la­rın qə­sə­bə­yə kö­çü­rül­mə­si­nə iyu­lun 4-dən baş­la­nıb.
Co­cuq Mər­can­lı kən­di­nə kö­çün baş­lan­ma­sı ba­rə­də fi­kir bil­di­rən mil­lət və­ki­li Fə­rəc Qu­li­yev "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, bu, Qa­ra­ba­ğa bö­yük kö­çün baş­lan­ma­sı de­mək­dir: "Azər­bay­can döv­lə­ti­nin bu mə­sə­lə­də cid­di ira­də­si­nin nü­ma­yi­şi­dir. Pre­zi­den­tin be­lə bir və­ziy­yət­də Co­cuq Mər­can­lı kən­di­nə və­sa­it ayır­ma­sı ça­ğı­rış­dır. Mü­ha­ri­bə bi­tən­dən son­ra Qa­ra­bağ­da gi­rov qa­lan er­mə­ni əsil­li və­tən­daş­la­rı­mı­zın şə­rai­ti­ni yax­şı­laş­dır­maq im­ka­nı­mız var. Qa­ra­ba­ğın bü­tün əra­zi­lə­rin­də bər­pa iş­lə­ri gö­rü­lə­cək.
Həm­çi­nin, bu köç Azər­bay­can əha­li­si­nin qorx­maz­lı­ğı­nı və öz tor­pa­ğı­na sa­hib çıx­maq ira­də­si­ni nü­ma­yiş et­di­rir. İn­san­lar ar­tıq cəb­hə böl­gə­si ol­ma­sı­na bax­ma­ya­raq, öz tor­pa­ğı­na qa­yı­dır".
Mil­lət və­ki­li­nin söz­lə­ri­nə gö­rə, Co­cuq Mər­can­lı kən­di­nə qa­yı­dış bü­tün dün­ya­ya me­saj­dır ki, Azər­bay­can bir qa­rış tor­pa­ğı­nı da gü­zəşt et­mə­yə­cək. Biz ilk ola­raq Co­cuq Mər­can­lı­ya və son­ra tam ola­raq Qa­ra­ba­ğa bö­yük qa­yı­dı­şa ha­zır­la­şı­rıq: "Bu sə­bəb­dən də Co­cuq Mər­can­lı kən­di­nə qa­yı­dış bö­yük əhə­miy­yət da­şı­yır".
Gü­nel CƏ­Lİ­LO­VA

Geri dön