Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Yaddaşı gücləndirmək üçün 6 məsləhət, Xalq təbabəti RESEPTLƏRİ
Yaddaşı gücləndirmək üçün 6 məsləhət, Xalq təbabəti RESEPTLƏRİ |
Yaddaşı gücləndirmək üçün nə etməliyik və niyə bizim hafizəmiz zəifləyir və diqqətimiz azalır. Bütün bu halların qarşısını almaq üçün aşağıdakıları diqqətlə oxuyun.
1. Əgər sizdə belə hallar varsa, öncə qanınızı yoxlatdırsanız yaxşı olar, çünki qan azlığında və anemiyalarda belə hallar ola bilər. Əgər anemiya varsa, 1 kiloqram çuğunduru 1 kiloqram balın içinə doğrayıb qarışdırın. 1 həftə gözləyin, sonra süzün, gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı için. 2. Həddən artıq yemək beynimizə axan qanın azalmasına səbəb olur, acmamış yeməyin, doymamış yeməkdən durun. Həftədə 2 dəfə oruc tutulması beynimizin qidalanmasını yaxşılaşdırır. 3. Gündə 2 stəkan kök şirəsi yaddaşı inanılmaz dərəcədə gücləndirir. 4. Bal şərbəti gündə 2 dəfə 1 xörək qaşığı 1 stəkan çiy suda qarışdırıb içə bilərsiniz. 5. Həzrəti Əlidən möhtəşəm bir resept: 1 qram zəfəran yarım stəkan isti (qaynar yox) suya qarışdırılıb 12 saat gözlənilir, sonra stəkan tamam dolana qədər süd qarışdırıb səhər yuxudan duran kimi içmək lazımdır və zəfəranlar yeyilməlidir, içəndən yarım saat sonra yemək yeyilməlidir. 6. Yaddaş məcunu: Zəncəfil 40 qram, Qinko biloba 40 qram, Çiçək tozu 40 qram, Yapon Saforası meyvəsi 40 qram, Jenşen kökü 40 qram, Bal 1 kiloqram. Bitkilər qurudulmuş olmalı, toz formasına salınmalı və bal ilə yaxşı yaxşı qarışdırılmalı, böyüklər gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeməli, uşaqlar yarım çay qaşığı. Xatırladım ki, imtahana hazırlaşan yeniyetmələr üçün çox faydalıdır. Geri dön |