Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Monqol Elində ölüm hökmü ləğv edilib
Monqol Elində ölüm hökmü ləğv edilib |
Monqol Elində ölüm hökmü və işgəncənin verilməməsi haqqında qərar qüvvəyə minib.
Bununla Monqol Eli ölüm hökmü ləğv edilən və işgəncələrin tətbiqi qadağan olunan 105-ci dövlət olub. Ölkə parlamenti 2015-ci il dekabrın 3-də bu barədə qərar qəbul edib. Bu qərar iyulun 1-dən qüvvəyə minib. Məlumata görə, ölkədə sonuncu dəfə ölüm hökmü 2008-ci ildə icra olunub. 2010-cu ildən isə bununla bağlı moratorium tətbiq edilib. Ümumiyyətlə, son 5 ildə Benin, Konqo, Fici, Latviya, Madaqaskar, Nauru və Surinam da oxşar addım atıb. Qvineya isə adi cinayətlərə görə ölüm hökmünü ləğv edib. Qeyd edək ki, Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv olunub. Azərbaycan Avropa Şurasına üzv olmadan əvvəl ölüm cəzasını ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbslə əvəzləyib. ABŞ-ın bir sıra ştatlarında və Avropa Şurasına üzvü olan bir sıra dövlətlərdə hələ də ölüm cəzası qüvvədə qalır. Geri dön |