Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “İran Dağlıq Qarabağ probleminin yaradılmasında birbaşa maraqlı olan dövlətlərdən biri olub”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > “İran Dağlıq Qarabağ probleminin yaradılmasında birbaşa maraqlı olan dövlətlərdən biri olub”

“İran Dağlıq Qarabağ probleminin yaradılmasında birbaşa maraqlı olan dövlətlərdən biri olub”


Seymur Həsənli: “İran Azərbaycan adında müstəqil dövlətin olmasını öz varlığı üçün ən böyük təhlükə sayır.”

Fars-molla rejimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kontekstində Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyi barədə heç vaxt konkret mövqe sərgiləməyib. İran hətta Dağlıq Qarabağdakı erməni separatçılarının qondarma “seçkilərinə” münasibət bildirməyən yeganə region dövlətidir.
İran-Ermənistan qardaşlığından çox yazılıb. İranın Ermənistana iqtisadi yardımlar göstərməsi, yeni layihələri planlaşdırması, ölkədə tikinti işlərini aparması, Ermənistan “iqtisadiyyat”ına sərmayələr qoyması və hətta iddia edildiyi kimi işğalçı ordunu silahla təmin etməsi artıq çoxdan məlumdur. İran və Ermənistan rəsmilərinin açıqlamaları da bunu deməyə əsas verir. Hətta bir müddət öncə Ermənistana səfər edən İran prezidenti Mahmud Əhmədinejad İranı Ermənistansız təsəvvür etmədiyini də deyib. Bütün bunlara rəğmən İran Dağlıq Qarabağ məsələsində Ermənistanla Azərbaycan arasında vasitəçi olmaq iddiasındadır. Sözügedən məsələ ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənlinin Nbc.az saytına verdiyi açıqlamanı təqdim edirik.


“İranın Dağlıq Qarabağla bağlı hər hansı bir addımı bizim üçün müsbət nəticə vəd etmir. Problemə bir az tarixi baxımdan yanaşmaq lazımdır. Azərbaycan torpaqlarının böyük bir hissəsini (Güney Azərbaycan) öz əsarətində saxlayan və 40 milyona yaxın Azərbaycan türkünə zülm edən bir dövlətin haqqı müdafiə edəcəyi sadəcə gülüncdür. İran Dağlıq Qarabağ probleminin yaradılmasında birbaşa maraqlı olan dövlətlərdən biri olub. Çünki, müstəqilliyə doğru addım atan Azərbaycan dövlətinin həmin problemi olmasaydı, Güney Azərbaycan məsələsi bir nömrəli problem olaraq gündəmdə olacaqdı. Bu üzdən İran Ermənistanın yaşadılması və Qarabağ münaqişəsinin hazırkı vəziyyətdə qalmasının tərəfdarıdır. Qondarma Ermənistan dövlətinin keçmiş prezidenti Ter-Petrosyan təsadüfən deməmişdi ki, “İran Ermənistan üçün nəfəslikdir, o nəfəslik olmazsa, Ermənistan boğular”. Bu yaxınlarda tanınmış tədqiqatçıların biri ilə görüşümüz oldu. 1990-cı illərin sonunda Ankarada keçirilmiş toplantıda İranlı rəsminin Qarabağ münaqişəsi ilə bağlı münasibəti çox maraqlı olub. “Qarabağ torpaqlarının Azərbaycanda və ya Ermənistanda olması İran üçün bir o qədər əhəmiyyət kəsb eləmir. Çünki, o torpaqların hamısı İranındır”.
Bu fikri bir iranlı rəsmi bildirsə də, bunu İran adlanan dövlətin rəsmi xarici siyasət xətti kimi qəbul etməliyik. İran Azərbaycan adında müstəqil dövlətin olmasını öz varlığı üçün ən böyük təhlükə sayır. Böyük Azərbaycanın quzey hissəsində milli azadlıq hərəkatı başa çatıb və Quzey Azərbaycan dövləti qurulub. Bu proses Güney Azərbaycanda hələ də davam edir. Fars mərkəzli İran dövləti isə bu hərəkatı qan bahasına olsa belə yatızdırır, soydaşlarımıza öz ana dillərində təhsil almağı belə yasaqlayır. Bütün bu addımları atan İran adlı dövlət hansı problemin həllinə ədalətlə yanaşa bilər ki? Tanrının bəndəyə vermiş olduğu hüququ onun əlindən alasan, sonra da ədalət nümunəsi kimi görünməyə çalışasan”.

“Hazırda İranın Azərbaycanla bağlı yalnız bir istəyi ola bilər ki, mümkün qədər dövlətimiz problemlər məngənəsində boğulsun. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proses olduğu kimi davam edərək yerində addımlasın. Son zamanlar Azərbaycan dövlətinin məktəblilərin vahid geyim forması ilə bağlı qəbul etdiyi qanundan İranın sui-istifadə etməsi və müxtəlif təxribatlara əl qoyması onun əsl simasını bir daha göstərdi. Hətta bu yaxınlarda Gəncə olaylarını da xatırlasaq, əmin olaraq ki, İran Azərbaycanla bağlı hər hansı bir addımında heç bir zaman səmimi ola bilməz”.

Səbuhi TURANÇI

Geri dön