Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Süni intellektin köməyi ilə dərman hazırlanacaq
Süni intellektin köməyi ilə dərman hazırlanacaq |
Böyük Britaniyanın “GlaxoSmithKline” əczaçılıq şirkəti dərmanların hazırlanması üçün süni intellekt tətbiq edəcək.
Son zamanlar əczaçılar tibbi dərman preparatlarının hazırlanması proseduruna süni intellektin cəlb edilməsi ilə daha çox maraqlanırlar. “GlaxoSmithKline” tezliklə öz biznesində bu texnologiyalardan istifadə etmək niyyətindədir. Belə ki, şirkət rəhbərləri bu kimi innovativ texnologiyaların yaradılmasında ixtisaslaşmış “Exscientia” konserni ilə müqavilə imzalayıblar. Hazırda mütəxəssislər dərmanların yaradılması sahəsində süni intellektin potensial tətbiqinə dair tədqiqatla məşğul olurlar. Alimlər preparatların istehsalı ehtimalının proqnozlaşdırılması üçün ən yeni, güclü kompüterlərdən və maşın təlimi mexanizmlərindən istifadə edirlər. Beləliklə, əczaçılar öz maddi vəsaitlərinə və zamana qənaət edərək əlavə təcrübələr aparmayacaqlar. Geri dön |